• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

7-08-2024, 20:0

Stiv Maklaren, Yamayka yığmasının baş məşqçisi:

“Yamayka yığmasının baş məşqçisi olduğum üçün həyəcanlı və olduqca qürurluyam. Hərçənd bu imkan əlimə gözlənilmədən düşdü. Buna baxmayaraq, heç nəyi götür-qoy etmədən razılığımı verdim. Yamayka yığmasının mənim üçün ideal variant olduğunu düşünürəm”.

Robert Levandovski, “Barselona”nın hücumçusu:
“Xavi komandaya çətin dövrdə təyinat aldı. Onu “Barsa”ya dərin emosional bağlar bağlayır və bu amil hərdən adamı mürəkkəb vəziyyətə salır. O, komandada əla iş gördü. Hərçənd ötən mövsümün sonuna yaxın keçirdiyimiz matçlarda heç də yaxşı təsir bağışlamadıq. Amma bu həqiqətdi: çətin vəziyyətdə olan komandaya gəlib hər şeyi dəyişdi və tədricən müəkmməl işlər gördü. Xavi kimi məşqçinin komandasında oynamağımla fəxr edirəm. Gələn mövsümündən nə gözləyirəm? Ötən mövsümdəkindən daha çox qol vuracağıma əminəm. Son mövsüm mənim və komandam üçün uğurlu alınmadı (“Barselona” ötən mövsüm 85 xalla La Liqada 2-ci yeri tutub, Levandovski isə bütün turnirlərdə keçirdiyi 59 matçda 30 qol vurub – R.Y.)”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi (Xulian Alvaresin klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibəti):
“Alvaresin gələcəyini düşündüyü barədə məlumatı oxumuşam. Yaxşı, qoy düşünsün. Sonra verəcəyi qərarını bizə deyər. Xulian keçən mövsüm kifayət qədər oynayıb. Daha çox oynamaq istəyir? Bu, futbolçunun normal istəyidi”.

Mark-Andre ter Ştegen, “Barselona”nın qapıçısı:
“İnanıram ki, komanda titullar uğrunda mübarizə aparmağa hazırdı. Bizdə böyük həvəs var və mən əminəm ki, rəqabət aparacaq güclü heyətə malikik. Bizi qarşıda uzun bir mövsüm gözləyir. Komandanın yeni baş məşqçisi Hans-Diter Flik futbolçuların fiziki hazırlığına xüsusi diqqət yetirir. Onun üsullarını izləyirəm və bu, məni heyran edir. Hər bir məşqçi öz fəlsəfəsi ilə unikaldı. Ümid edirəm ki, fiziki hazırlığımız bizə fayda və mövsümün istənilən anında mübarizə aparmaq üçün güc verəcək”.

Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Çelsi”ni “Mançester Siti”nin səviyyəsinə yüksəltmək istərdim. Yeni iş yerinə öz ideyası ilə gələn hər bir məşqçi vaxt istəyir. Premyer-liqada dominantlıq edən komandalarla bizim aramızda böyük fərq var. Amma nəzərə alaq ki, Qvardiola “Siti”yə 8, Arteta “Arsenal”a 5 ildi başçılıq edir. Mən isə yeni komandada təxminən 2-3 həftədi işləyirəm...”

Neymar, “Əl-Hilal”ın hücumçusu:
“Belə ağır zədədən sonra çətin günlər başlayır, hər şeyi bir kənara atmaq istəyirsən (braziliyalı futbolçu ötən ilin oktyabrında milli komandanın oyununda dizindən aldığı zədəyə görə mövsümü erkən başa vurmuşdu – R.Y.). Bu uzun prosesi yaşamaq çox çətindi. Amma mən istəyinə çatmayınca sona qədər çarpışan döyüşçüyəm! Tanrı mənim gücüm və qalamdı. Biz yeni mövsümdə hər gün mübarizə aparacağıq”.

Manuel Ruy Koşta, “Benfika”nın prezidenti:
“Neveşin transferi reallaşsa, tənqidlərin məntiqi olduğunu düşünəcəyəm (yarımmüdafiəçinin PSJ-yə satılacağı haqda xəbərlər artıq bir neçə həftədi səngimir – R.Y.). Joaonun gedişi “Benfika”da heç kimə xoş görünməyəcək. Bu şəkildə komanda qurmağı xoşlamıram”.

Ernesto Valverde, “Atletik”in baş məşqçisi:
“Nikonun yaxşı oyunçu olduğunu bilirik. Baxarıq, görək qarşıda nə baş verəcək. Ona görə ki, mediada bu mövzuda hər gün yeni nəsə ortaya atılır (yerli mənbələr İspaniya yığması ilə Avropa çempionu olan hücumçunun “Barselona”ya keçəcəyi haqda iddialar daha çox səslənir – R.Y.). Biz KİV-ə nəzarət etmək gücündə deyilik. Uilyams ilə bağlı xəbərlər bizi tarazlıq vəziyyətindən çıxarmamalıdı”.

Maks Eberl, “Bavariya”nın idman direktoru:
“Kimmix ilə məlum məsələ ilə bağlı görüşümüz müsbət axarda keçdi. Onunla ünsiyyətimiz bundan sonra daha sıx olacaq. Yozua uzun illər ərzində “Bavariya”nın aparıcı oyunçuları sırasında olub. Onun bu statusunu bundan sonra da qoruyacağı gözlənilir”.

Antonio Kassano, İtaliya yğmasının sabiq hücumçusu:
“Milli komadanın 1/8 finada İsveçrə yox, qrupun Xorvatiya ilə son oyunundan sonra mübarizəni dayandırmasına üstünlük verərdim. Bizim yığmamız bədbəxt gündədi, komandada yüksək səviyyəli oyunçu yoxdu. Fikrimcə, indiki heyətlə qitə çempionatında bundan artığını edə bilməzdik (AÇ-2020-in qalibi olan İtaliya yığması bu dəfə 1/8 finalda İsveçrəyə 0:2 hesabı ilə uduzub – R.Y.). Spalletti işlədiyi bütün komandalarda futbolu tamaşaya çevirə bilib. O dahidi, amma sərəncamındakı heyətlə möcüzə törədə bilməzdi”.

Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Yaxşı özülümüz var. Amma hansısa komponetlərdə “artırmalı”, bir qədər yenilənməliyik. Yəni daha da inkişaf etməliyik. “Bayer-04” indi başqa cür qəbul edilir (komanda Alonsonun başçılığı altında bundesliqanın son mövsümünü məğlubedilməz çempion kimi başa vurub – R.Y.). Bunu istirahət etmək üçün getdiyim İspaniyada gördüm. Ölkəmdə hamı Leverkuzenin “Bayer-04”ünü indi daha yaxşı tanıyır. Bu, klubun müsbət imici üçün çox yaxşı haldı”.

Antonio Konte, “Napoli”nin baş məşqçisi:
“Komandaya fərdi keyfiyyətləri aşılamaq üçün taktiki cəhətdən səylə çalışırıq. Oyunçuların hazırlığından və istəkli olmasından razıyam, amma bizim daha da “artırmaq” üçün imkanlarımız var. Bir neçə gündən sonra “Brest” ilə növbəti sınaq matçını keçirəcəyik. Hər planda, taktiki və fiziki cəhətdən yorulmadan işləyirik. Sınaq oyunlarında bu planlarda işimizi davam etdirəcəyik”.

Fransesk Fabreqas, “Komo”nun baş məşqçisi:
“O, fenomenal futbolçudu. Rafaeli sıralarımıza qatmaqla yeni mövsümə ciddi hazırlaşdığımızı göstərdik. Varan böyük təcrübəyə malik olan əsl qalibdi. Dünya çempionu ilə birgə işə başlamağı səbirsizliklə gözləyirəm”.

Rafael Varan, “Komo”nun müdafiəçisi:
“Əvvəlcə “Komo”nun yeni layihəsi ilə tanış olmağı lazım bildim. Və bunun mənə təklif olunan digər layihələrdən fərqli, xüsusi olduğunu anladım. İtaliyada olduğum üçün çox xoşbəxtəm. Yeni komandada və çempionatda çox şey etməli olduğumu bilirəm. Yerli publikanı yalnız bu halda əyləndirə bilərəm. Yüksək səviyyədə çıxış təcrübəm böyükdü. İndi bütün bacarıqlarımdan istifadə etməklə yeni komandama ilk növbədə A seriyasında möhkəmlənməkdə kömək etməliyəm. “Komo” ilə uğurlu mövsüm keçirəcəyimə ümidliyəm. Bu kluba gəlmək mənim üçün çox həyəcanvericidi”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Həyəcanlı deyiləm. İndi hər mövqedə əla oyunçulara malik komandayıq. Sıralarımıza yenicə qoşulan Kilian Mbappe fantastik futbolçudu. Mövsümə hazırlıq üçün elə də çox vaxtımız yoxdu. Avropa çempionatında iştiraklarına görə bütün oyunçularımız çempionatının startına qədər hazır formada ola bilməyəcəklər. Ən vacib məsələ futbolçuların ağır mövsümdən sonra yaxşıca istirahət etməsidi”.

Harri Maquayr, “Mançester Yunayted”in müdafiəçisi:
“Klub mənə artıq komandaya lazım olmadığımı və ya məni satmaq istədiyini deməsə, “Yunayted”də qalmağa hazır olacağam. Bunu indidən deyirəm. Hissiyyatımı dilə gətirirəm. Mən hələ də klubun gələcəyinin bir hissəsiyəm. Böyük qələbələr uğrunda mübarizə aparmaq və titulları sıralamaq üçün irəli addımlamağın vaxtı yetişib”.

Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:
“Federiko Kyeza və onun kimi qarşıdakı sınaq oyunlarına çağırılmayan digər oyunçular bizim yeni layihəmizə daxil deyillər”.

Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Çelsi”ni “Mançester Siti”nin səviyyəsinə yüksəltmək istərdim”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-08-2024, 18:0

Levandovski ''El Klasiko''da qalib gələ biləcəklərinə inanır

Dünya futbolu

9-11-2022, 21:0

Levandovski yenə “Qızıl buts” aldı

Dünya futbolu

31-10-2022, 16:0

"Xavi nə edəcəyini bilir" - Levandovski

Dünya futbolu

4-08-2024, 18:0

Məşhur mütəxəssis Amerikaya yollandı

Dünya futbolu

25-09-2023, 14:0

Xavi ilə bağlı məsələ rəsmiləşdi

Dünya futbolu

17-05-2024, 13:0

Xavi Levandovski ilə vidalaşmaq istəyir?

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə