UFC-nin vitse-prezidenti Devid Şou qurumun mətbuat xidmətinə maraqlı açıqlama verib.
O, təmsil etdiyi promouşenin turnirlərinin postsovet məkanı ölkələrində təşkili imkanını dəyərləndirib:
“Asiyanın bir neçə ölkəsi var ki, onlarla maraqlanırıq. Səudiyyə Ərəbistanı eksperimentini təkrarlaya bilərik, bunun üçün əsaslarımız var: Bəhreyn, İordaniya, Qazaxıstan, Gürcüstan, Azərbaycan. Hazırda bəzi imkanları dəyərləndiririk. Ancaq məsələ dəqiq variantlara qədər inkişaf etməyib”.