Türkiyənin sabiq hakimi və tanınmış futbol şərhçisi Ərman Toroğlu ''Beşiktaş''ın ''Qalatasaray''ı 5:0 məğlub etdiyi superkubok matçının ardından diqqətçəkən açıqlamalar verib.
Son illər ''A Spor'' kanalında şərhçilik edən Toroğlu artıq ''yutub'' üzərindən fəaliyyət göstərən ''Ekol TV''yə ''transfer olunub''. 75 yaşlı Toroğlu Türkiyə Futbol Federasiyasından təklif aldığını etiraf edib:
''İndi bir söz deyəcəm mənə əsəbləşəcəklər. Amma sanki ''Qalatasaray''lılar Mehmet Büyükekşinin federasiya başqanı vəzifəsini itirməsinə çox üzülüblər. Hər halda məndə belə təəssürat yarandı. Mourinyo gəldikdən sonra futbolumuzda sanki daşlar yerindən oynayıb. Mourinyonun tərzi, futbola baxışı, hərəkətləri çox fərqlidi. Deyəsən ''Qalatasaray''lılar indidən Mourinyo ilə rəqabət apara biləcək məşqçi axtarırlar. İbrahim Hacıosmanoğlu federasiya prezidenti seçildikdən sonra mənə Hakimlər Komitəsinin sədri olmağı təklif etdi. Amma qəbul etmədim''.
ƏLİ