• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər” heç kimdə olmayan göstəriciyə nail oldu - İCMAL

Dünya futbolu

5-08-2024, 09:0

Ötən həftə də Türkiyə klubları üçün uğurlu keçdi.

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununda “Luqano”nu qəbul edən “Fənərbaxça” Joze Mourinyonun başçılığı altında ilk rəsmi ev oyununu keçirdi.

Gözlənildiyi kimi, fanatlar matça böyük maraq göstərərək sevimlilərinə mükəmməl dəstək verdilər. Amma ilk yarı İstanbul nəhəngi üçün çətin və uğursuz alındı. İsveçrədəki görüşdə olduğu kimi, yenə “Luqano”nun “çərçivə”yə düşən ilk zərbəsi qolla nəticələndi. Tunisli yarımmüdafiəçi Mohammed Mahmudun cərimə meydançası kənarından vurduğu qüvvətli zərbə Livakoviç üçün əlçatmaz oldu. Bu qol “Fənər”lilər üçün “soyuq duş” effekti verdi və komanda uzun müddət özünə gələ bilmədi. Livakoviç fasiləyə qədər önəmli bir qurtarış edərək komandasını ikinci qoldan xilas etdi. Bütün bunlar azmış kimi, “Fənər” hələ ilk yarıda Fredi itirdi. Diz bağlarından zədə alan “sambaçı” 3-4 həftəliyə sıradan çıxdı. Amma qəribədi ki, məhz Fredin yerinə İsmayıl Yüksəkin və fasilədə Kruniçi əzələyən Mərt Hakan Yandaşın meydana çıxması ilə “sarı-lacivərdlilər”in oyunu canlandı. Bu ikilinin inamlı oyunu sayəsində həm pressinq işə düşdü, həm də meydanın mərkəzi ələ keçirildi. İnamlı oynamağa başlayan “Fənər” 59-cu dəqiqədə Cekonun baş zərbəsi ilə hesabı bərabərləşdirdi. Ona dəqiq asmanı isə Mərt Hakan etdi. Sona qədər yalnız cılız hücumlar quran “Luqano” son dəqiqələrdə riskə gedincə ikinci qolu da buraxdı. Tadiçin ötürməsindən sonra topu boş qapıya göndərən Şimanski yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, “Fənər” iki oyunun nəticəsinə görə 6:4 qalib gələrək növbəti mərhələdə “Lill” ilə qarşılaşmaq haqqı qazandı.

“Trabzonspor”la “İstanbul BŞ” də fanatlarını sevindirdi. Trabzon təmislçisi “Rujomberok”u yeni transfer Draquşun qolu ilə yendi. “İstanbul BŞ” isə zəif San Marino klubuna səfərdə də rəhm etmədi. Onu da bildirək ki, AL-də yoluna davam edən “Trabzonspor” növbəti mərhələdə Vyana “Rapid”i, KL-də yoluna davam edən “İstanbil BŞ” isə Gürcüstan təmsilçisi “İberiya” ilə qarşılaşacaq.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
Fənərbaxça – Luqano (İsveçrə) 2:1 (ilk oyun – 4:3)
Ceko, 59. Şimanski, 90+3 – Mahmud, 7.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 70), Çağlar Söyüncü, Ciku, Oostervolde, Kruniç (Mərt Hakan Yandaş, 46), Fred (İsmayıl Yüksək, 31), Tadiç, Şimanski, Fərdi Kadıoğlu (İrfan Can Kahveci, 83), Ceko.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
Trabzonspor – Rujomberok (Slovakiya) 1:0 (2:0)
Draquş, 65.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Densvil, Ərən Elmalı (Barışiç, 85), Lundstram, Ozan Tufan (Bardi, 71), Visça, Cihan Çanak (Enis Destan, 80), Trezeqe (Umut Günəş, 80), Draquş (Nvakaeme, 71).

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
La Fiorita (San Marino) – İstanbul BŞ 0:4 (1:6)
Pyontek, 13; 90+1. Ömər Əli Şahinər, 31. Həmzə Gürələr, 35.
İstanbul BŞ: Dəniz Dilmən, Duarte, Ba, Həmzə Gürələr, Ömər Əli Şahinər (Keni, 73), Berkay Özcan, Onur Ərgün (Aleksiç, 83), Dəniz Türüc (Lima, 83), Pelkas (Fiqeyredo, 66), Davidson (Sərdar Gürlər, 66), Pyontek.

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 272-ci oyununu keçirdi və 109-cu qələbəsini qazandı (55 heç-heçə, 108 məğlubiyyət, top fərqi – 372:388).
* “Fənərbaxça” ÇL-in təsnifat mərhələsində 36-cı oyununu keçirdi və 14-cü qələbəsini qazandı (11 heç-heçə, 11 məğlubiyyət, top fərqi – 54:43).
* Mourinyo məşqçi karyerasında avrokubokların təsnifatında keçirdiyi 7-ci oyundan da qələbə ilə ayrıldı! Buna qədər o, “Tottenhem”lə 3, “Roma” ilə 2 qələbə qazanmışdı.
* Mourinyo məşqçi karyerasında vətəni Portuqaliya təmsilçiləri istisna olmaqla digər bütün klubların başında ilk rəsmi ev oyunundan qələbə ilə ayrılıb. O buna qədər “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”in başında da evdəki ilk rəsmi oyunda qələbə qazanıb.
* “Fənərbaxça” indiyə qədər avrokubokların pley-off və təsnifatlarında səfərdəki ilk oyunda qalib gəldiyi 10 halın hamısında mərhələni adlamağı bacarıb!
* “Trabzonspor” avrokuboklarda 151-ci oyununu keçirdi və 56-cı qələbəsini qazandı (37 heç-heçə, 58 məğlubiyyət, top fərqi – 193:205).
* “Trabzonspor” Slovakiya klubuna qarşı keçirdiyi 2-ci dueldən də qalib ayrıldı. Trabzon təmsilçisi daha öncə 1996/97-də UEFA kubokunun təsnifat mərhələsində “Slovan”dan üstün olmuşdu (səfərdə 1:2, evdə 4:1).
* “İstanbul BŞ” avrokuboklarda 52-ci oyununa çıxdı və 19-cu qələbəsini qazandı (12 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 77:76).
* “Fənərbaxça” “Luqano” üzərindəki qələbə ilə maraqlı göstəriciyə nail oldu. Komandanın qələbə sayı (109), məğlubiyyət sayını (108) üstələdi “Fənər” hazırda avrokuboklarda qələbə sayı məğlubiyyət sayından çox olan yeganə Türkiyə klubudu. Bu baxımdan “Trabzonspor” (56 qələbə, 58 məğlubiyyət) 2-ci pillədə qərarlaşıb. Qaradənizlilərin də eyni göstəriciyə nail olması üçün cəmi 3 qələbəyə ehtiyacı var. “Qalatasaray”da qələbə ilə məğlubiyyət sayı uyğun olaraq, 113 və 119-a, “Beşiktaş”da isə 91 və 103-ə bərabərdi.

Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Oyunçular hərəsi fərqli durumda olduğundan və fərqli zamanda hazırlığa başladığından bu şərtlər altında işləmək çətindi. Məsələn, Fərdi bizlə cəmi 5-6 məşqə çıxıb. Amma bu gün 80 dəqiqə meydanda qaldı. Mətbuat konfransında da dediyim kimi “Luqano” yaxşı komandadı və bunu növbəti dəfə göstərdi. Bizə problem yaratmağı bacardılar. Soyuqqanlılığımızı qoruduq. 1:1-dən sonra hər şey bizim əlimizə keçdi. İlk yarıda yaxşı oynamadıq. Adətən, belə məqamlarda fanatların dəstəyinə rast gəlinmir. Amma bizim fanatlarımız həmin anlarda da komandanı əla dəstəklədi. Yalnız 1-2 epizodda bəzi oyunçulara etiraz etdilər. Onlar bilsinlər ki, belə etiraz ayrı-ayrı oyunçulara yox, bütün komandaya yönəlir. Çünki biz bir komandayıq. Azarkeşlərimizə hörmət edirəm. Belə şeylər futbolun bir parçasıdı. Onlardan bir şey istəmək şansım varsa, hər kəsə dəstək olmalarını istəyirəm. Mənim üçün hər oyunda qalib gəlmək önəmli deyil. Mənim üçün mərhələni adlamaq önəmlidi. Yəni bu gün oyun 1:1 hesabı ilə bitsəydi də, sevinəcəkdim. Mənim yox, oyunçuların və fanatlarımızın sayəsində qalib gəldik. “Luqano”ya AL-də uğurlar arzulayıram. Türkiyə klublarının Almaniya, Fransa təmsilçilərinə qarşı çətinlik çəkmələrini anlayıram. Gərək püşk zamanı bəxt də yanımızda olsun. 3-cü mərhələ üçün bəxt bizim yanımızda olmadı. Amma eyni sözlər “Lill” üçün də keçərlidi. “Fənərbaxça” onlar üçün heç də asan rəqib deyil”.

Mattia Kroçi-Torti, “Luqano”nun baş məşqçisi:

“Mourinyoya xoş sözlərə görə təşəkkür edirəm. Amma onun sözlərinin bizə bir faydası yoxdu. “Fənərbaxça” bizdən daha səviyyəli komanda olduğunu göstərdi. Hər şeyə rəğmən, komandamla fəxr edirəm. Xüsusilə ikinci hissədə üzərimizdə ciddi təzyiq qurdular. Ceko ilk oyunda olduğu kimi, bu gün də qol vuraraq səviyyəsini göstərdi. 1:1-dən sonra həvəsdən düşdük və “Fənər”in oyununa heç bir reaksiya göstərə bilmədik. Üzgünəm. Çünki burdan daha yaxşı nəticə ilə ayrıla bilərdik. Hər iki oyunda “Fənərbaxça”nı həyəcanlandırsaq da, yenildik. “Fənərbaxça” “Beşiktaş”dan daha səviyyəli komandadı. Biz ötən mövsüm “Beşiktaş”a qarşı oynadıqda onlar çətin dönəmdən keçirdilər. Fanatlar öz oyunçularını fitə basırdılar. Bütün bunlar işimizə yaramışdı. “Fənərbaxça” AÇ-dən dönən futbolçuları formaya düşəndən və yeni transferləri uyğunlaşandan sonra daha da güclənəcək”.

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“Yaxşı oyun keçirdik. Hiss olunur ki, oyundan-oyuna artırırıq. Matçın böyük hissəsində üstünlük bizim tərəfimizdə oldu. Fanatlarımıza təşəkkür edirəm. Ötən mövsümün son ev oyunlarında onların dəstəyindən məhrum olmuşduq. Bu dəfə mövsümün ilk rəsmi oyununda bizi yalqız buraxmadılar. Qolu çox vacib məqamda vurduq. Hər iki oyunda qol buraxmadan qələbə qazanmağımız məni ikiqat sevindirdi. Növbəti rəqibimizə də ən yaxşı şəkildə hazırlaşacağıq. Yeni transferlər hələ ki yaxşı və doğru işlər görür. Onlar gələcək adına ümid verirlər. Çatışmazlıqlarımızı yoluna qoyandan sonra daha sürətli, aqressiv və topa daha çox sahib olan komandaya çevriləcəyik. Transferlər davam edəcək. Mövsüm ərzində 55 oyunu eyni futbolçularla keçirə bilmərik. Ona görə də heyətimiz mümkün qədər geniş və rəqabətədavamlı olmalıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-08-2024, 17:0

''Fənərbaxça'' əsas oyuncusunu 3-4 həftəliyə itirdi

Dünya futbolu / Manşet

31-07-2024, 23:0

Həm Mourinyonun, həm də ''Fənərbaxça''nın seriyaları davam etdi

Dünya futbolu

24-07-2024, 14:0

''Fənərbaxça'' qalib gəldi, Mourinyo UEFA-dan gileyləndi

Dünya futbolu

3-08-2024, 11:0

''Fənərbaxça''nın iştirak ərizəsində hansı dəyişikliklər var?

Dünya futbolu / Manşet

14-07-2024, 16:0

''Fənərbaxça'' toplanışı darmadağınla başa vurdu

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
Daha çox
Oxunub: 225
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 152
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə