Dünyaca ünlü niderlandlı mütəxəssis Lui van Qal müalicədən sonra səhhəti ilə bağlı açıqlamalar verib.
Qeyd edək ki, hələ 2022-nin dekabrında Van Qala prostat vəzinin xərçəngi diaqnozu qoyulub. Son olaraq 2022-nin dekabrında Niderland yığmasından ayrılan və o vaxtdan bu yana müalicə olunan 73 yaşlı məşqçi bunları deyib:
''İndi özümü çox yaxşı hiss edirəm. 3 ildi davam edən radioterapiyalar, böyrəyimdəki infeksiyalar, prostat vəzindəki əməliyyatlardan sonra nəhayət, yavaş-yavaş normal həyata qayıdıram. Ən əsası özüm təbii şəkildə sidiyə çıxa bilirəm. Bu, çox yaxşı haldı. Amma digər tərəfdən artıq sevişə bilmirəm. Bu isə yaxşı hal deyil''.
ƏLİ