Təcrübəli belçikalı cinah müdafiəçisi ''Fənər''i gözəl tanıyır. Çünki o, ötən mövsümün ikinci dövrəsində Türkiyədə çıxış etmiş və ''Trabzonspor''un şərəfini qorumuşdu. Amma 32 yaşlı futbolçu bu yay Trabzon təmsilçisindən ayrılaraq ''Lill''ə yollanmağa üstünlük verdi. Menyeni dinləyək:
''Joze Mourinyo kimi bir məşqçinin təyinatından da göründüyü kimi ''Fənərbaxça''nın imkanları çox genişdi. Zatən heyətləri güclü idi və üstəlik bu yay yenə bir sıra önəmli transferlər həyata keçiriblər. Ötən mövsüm ikinci pilləni tutdular. İşimiz heç də asan olmayacaq. Amma bizim də heyətimizdə səviyyəli futbolçular var və onlara ciddi problemlər yaradacağımıza şübhə etmirəm. Çox böyük bir motivasiya və arzu ilə oynayacağıq''.
ƏLİ




