• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bəzi ədalət təmsilçilərinin “kitabı bağlandı” - TFF-nin yeni prezidenti hakimlərə dəstək verdi

Dünya futbolu

3-08-2024, 14:0

Türkiyə Futbol Federasiyasında baş verən rəhbər dəyişikliyinin ardından hakimlərlə bağlı maraqlı olaylar yaşanır.

Bilindiyi kimi, İbrahim Hacıosmanoğlu federasiya prezidenti seçiləndən sonra Ahmet İbanoğlu Hakimlər Komitəsinin (HK) sədri vəzifəsindən istefa vermiş və onu Fərhat Gündoğdu əvəzləmişdi. Bir neçə gün öncə yeni mövsümdə superliqada əsas hakim qismində çalışacaq 25 ədalət təmsilçisinin adları açıqlandı. Onların arasında FİFA hakimi Abdulkadir Bitigenin olmaması şok effekti verdi. Amma iş bununla bitmədi.

Bazar günü məlum oldu ki, Volkan Bayarslan bir müddət superliqa oyunlarına təyinat almayacaq. Halbuki onun adı 25 hakimin arasında var idi. Sən demə, Bayarslan FİFA-nın hakimlər üçün müəyyənləşdirdiyi fiziki testlərdən keçə bilməyib. Ona görə də o, ikinci testə qədər oyun idarə edə bilməyəcək. 46 yaşlı Bayarslan 2011-dən superliqa oyunlarına təyinat alır. O, FİFA hakimi statusunda deyil. Bundan başqa, iyulun 26-dan etibarən HK tərəfindən hakimlər üçün seminarlar təşkil olunur.

Bu seminarlar avqustun 3-nə qədər davam edəcək. Burda da diqqətçəkən məsələ var. İki yan xətt hakimi – Sərkan Ok ilə Aleks Taşçıoğlu, eləcə də 4 VAR hakimi – Hakan Ceylan, Mustafa Öğretmenoğlu, Sərkan Tokat və Koray Gənçərlər seminara dəvət olunmayıb! Halbuki onların hər birinin adı yeni mövsüm üçün açıqlanan siyahıda var idi. Hadisələrin belə axarından sonra Sərkan Ok ilə Aleks Taşçıoğlu karyerasını bitirmək qəırarına gəlib. Onlar Türkiyə çempionatında uzun illər Fırat Aydınusun köməkçiləri kimi oyunlara təyinat alırdı. Hakimlik mövzusunun davamı kimi bildirək ki, TFF-nin qərarı ilə ədalət təmsilçilərinin gəlirləri ikiqat artırılıb. Hakimlərin aylıq maaşı 20 min lirədən 40 min lirəyə, yəni bizim pulla təxminən 1000 manatdan 2000 manata yüksəldilib. Onların qonorarları da artıb. Artıq hakimlər idarə etdikləri hər oyuna görə 30 min yox, 60 min lirə qazanacaqlar.

Bu arada seminarda Hacıosmanoğlu da iştirak edib. O, hakimlərə dəstək nümayiş etdirib. Onun sözlərindən belə başa düşmək olar ki, artıq əcnəbi VAR hakimlərinə ehtiyac olmayacaq:

“Qarşımda sanki böyük bir ordu görürəm. 600 il dünyanı idarə etmiş bir millətin övladlarıyıq. Öz övladımıza güvənməyərək bu ölkəyə əcnəbi hakimləri gətirdik. Bu, tək sizə yox, bütün türk millətinə qarşı təhqirdi. Heç kimin inanmadığı bir işi bacararaq prezdent seçildik. Sizdən istədiyim yeganə bir şey var. O da ədalətli olmaqdı. Məncə, çətin bir şey deyil. Bu məsələdə iradə çox önəmlidi. O iradə bizdə var. Xəlil Umut Mələr Ankarada döyüldü. Halbuki bizi Avropada gözəl təmsil edən hakimdi. Balıq başdan iylənir. TFF-nin başında duran şəxs hakim qardaşlarımızı qorumağı bacarmalıdı. Biz hakimlərin arxasında dağ kimi duracağıq. Sizə ediləcək təhqir sizə yox, bu ailənin lideri olan mənə ünvanlanacaq. Klub prezidentlərinin Nizam-İntizam Komitəsinə sövq edilməsini yığışdırdım. Artıq istədikləri kimi açıqlama verə biləcəklər. Bunu siz hakimlərə güvəndiyim üçün etmişəm. Səhvə yol verməmək üçün əlinizdən gələni etməlisiz. Arxa planda sizi rahatlamaq, üzərinizdəki təzyiqi götürmək üçün biz də əlimizdən gələni edəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2022, 11:0

Çakır adını futbol tarixinə yazdıra bilmədi!

Dünya futbolu

16-05-2022, 17:0

FİFA hakimi testlərdən keçə bilmədi

Dünya futbolu

27-07-2024, 12:0

TFF-dən yeni qərarlar və təyinatlar - HK sədri məlum oldu, legioner limiti dəyişdirildi

Dünya futbolu

26-12-2023, 18:0

Superkubokdakı derbinin hakimi bəlli oldu

Dünya futbolu

14-12-2022, 19:0

Türkiyədə yeni FİFA hakimləri kim olacaq?

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə