''Yunayted'' standart zərbələr üzrə məşqçi gətirdi

28.07.2024 18:42 318
Dünya futbolu / Manşet
“Mançester Yunayted”in məşqçilər korpusuna daha bir isim daxil olub.

“Football-plus.az” xəbər verir ki, Andreas Qeorqson yeni mövsümdə İngiltərə nəhəngində standart zərbələr üzrə məşqçi kimi çalışacaq. 42 yaşlı mütəxəssis son 6 ayda ''Lillestrem''in baş məşqçisi vəzifəsini icra edirdi. Qeorqson bu yay ''Yunayted''in məşqçilər korpusuna qoşulan 4-cü və sonuncu isim oldu. Daha öncə Ruud van Nistelrooy ilə Rene Hake baş məşqçi Erik ten Haqın köməkçisinə çevirmişdisə, Yelle ten Ruvelaar qapıçılar üzrə məşqçi kimi çalışmağa başlamışdı.

Bir müddət ''Malmö''nü də çalışdıran Qeorqson İngiltərə futboluna yaxşı bələddi. Belə ki, isveçli mütəxəssis daha öncə ''Brentford'', ''Arsenal'' və ''Sauthempton''un məşqçilər korpusunda çalışıb.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul