• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərədə Qvardiolanın “Siti”sinə rəqib yoxdu

Dünya futbolu

27-07-2024, 00:0

Çoxdan premyer-liqada çempionluq uğrunda belə nəfəskəsən mübarizə yaşanmırdı.

Yox, əlbəttə, əvvəllər də hər şeyin son turda həllini tapdığı hallar olub. Ancaq titula birdən-birə üç komandanın iddia etməsi – “Dumanlı Albion”da çoxdan belə mənzərə görünmürdü.

"Football-plus.az" xəbər verir ki, sonuncu dəfə 2013/14 mövsümündə üç klub arasında çempionluq mübarizəsi yaşanmışdı ki, həmin vaxtdan da 10 il ötüb. Düzdü, “Liverpul” iki əsas rəqibinin təklif etdiyi tempə son tura qədər dözə bilmədi. Ancaq Klopp “qırmızılar”ın “sükanı arxasında” olduğu son mövsümdə MS ilə “Arsenal”a bacardıqca müqavimət göstərdi. Hər halda, Liqa kubokunu qazanan “Liverpul” da titulsuz qalmadı.

Mövsümün kralı isə ardıcıl 4-cü dəfə çempion olan “Mançester Siti”di. Qvardiola tarixə düşdü – nə ser Aleks, nə Arsen Venger, nə də bir başqası əvvəllər bunu bacarmışdı. Ancaq kataloniyalı mütəxəssis ölkə kubokunun finalında MY-yə uduzmaqla “qızıl dubl” imkanını qaçırdı.

Qvardiola ilə komandasının motivasiyası aydın idi: “trebl”dən sonrakı hədəf klubun qatıldığı bütün turnirləri qazanması idi. Bunlar isə əsas turnirlərlə yanaşı, UEFA Superkuboku, İngiltərə Superkuboku və klub dünya çempionatı idi. Ölkə Superkuboku uğrunda oyunda penalti seriyasında “Arsenal”a uduzan “Siti” dərhal hədəflərindən biri ilə vidalaşdı. Avropa Superkuboku uğrunda oyunda “Sevilya”nı məğlub edən “şəhərlilər” çempionata 6 qələbə ilə başladı, ardından “Vulverhempton”la “Arsenal”a uduzdu. Bu iki məğlubiyyəti nə birləşdirir? Rodrinin yoxluğu. Komanda ilin sonunda lider olmasa da, ilk “4-lük”də idi. “Siti” artıq Səudiyyə Ərəbistanına da yollanmış, ordan klub dünya çempionatının qalibi kimi qayıtmışdı. Məhz həmin səfərdən sonra Qvardiola İngiltərədə kubokun finalını çıxsaq, heç kimə uduzmadı. Mövsümün ilk yarısını zədə üzündən buraxan De Bruynenin dönüşü də yerinə düşdü. Komanda ardıcıl 4-cü dəfə çempion olsa da, Gündoğanla Mahrezin gedişindən sonra bir qədər zəiflədiyi şübhə doğurmur. Bunu ÇL-də mübarizəni erkən dayandırmaq, “top-6” komandaları ilə oyunlarda qələbələrin azlığı da sübut edir.

“Arsenal”ın göstəricilərinə baxanda çempionluğa ən azı MS qədər layiq olduğunu deyə bilərik. 28 qələbə (klubun premyer-liqadakı ən yaxşı göstəricisidi!), “böyük beşlik” ölkələrində qapı çərçivəsinə zərbə sayına görə 1-ci yer, mövsümün 17 oyununda 3 və daha artıq qol, “top-6” komandalarının heç birinə uduzmamaq! “Topçular”ın turnir yoluna baxanda ilin sonunda “Vest Hem”dən və “Fulhem”dən alınan məğlubiyyətləri xatırlaçmaq olar. Ancaq sonradan Arteta komandanı silkələdi, mövsümün 2-ci yarısında xal itkiləri azaldı. Sadəcə, əsas rəqibin mövsümün sonunda 9 oyunun hamısında qələbə qazanırsa, titulu ondan qoparmaq çətindi.

Yanvarın 26-da “Liverpul” azarkeşləri şoka düşdü. Məhz həmin gün Klopp mövsüm bitəndən sonra gedəcəyini açıqladı. “Qırmızılar” həmin vaxt lider idi, üstəlik ölkə və Liqa kubokunu, Avropa Liqasını qazanmaq iddiasını da qoruyurdu. Dərhal da söz-söhbət başladı ki, Kloppun son mövsümü bütün kubokların qazanılmasıyla əlamətdar ola bilər. “Liverpul” 28-ci tursa “Siti”ni məğlub etsəydi, beynəlxalq fasilə ərəfəsində liderliyi qoruyacaqdı. Ancaq heç-heçə ilə kifayətləndi. Bir həftə sonra ölkə kubokunda MY-dən alınan məğlubiyyət komandanı bir qədər də ruhdan saldı. Ardından “Kristal Pelas” və “Everton” ilə oyunlarda məğlubiyyətlər, “Vest Hem” ilə heç-heçə... Beləliklə, çempionluq qatarı uzaqlaşdı.
Mövsümün uğurlu komandalarından biri də “Aston Villa”dı. Birmingemlilər noyabr-dekabr aralığında “Tottenhem”, “Siti” və “Arsenal”ı məğlub etdi. Hətta premyer-liqa çərçivəsində evdəki qələbə seriyasını 15 oyuna çatdırdı – sadəcə, fantastik nəticədi! Ardından Emerinin komandası gözlənilməz böhran yaşadı. Nəticədə yalnız ÇL-ə vəsiqə qazandıran 4-cü yeri “Tottenhem”ə verməməyi bacardılar.

Ange Postekoğlunun “sükan arxasına” keçməsi “Tottenhem”ə yeni enerji dalğası gətirdi. Daim hücum üslubuna bel bağlayan “mahmızlar” ilk 10 oyundakı 8 qələbə, 2 heç-heçə hesabına liderliyi də ələ keçirdi. “Çelsi” ilə 11-ci turdakı oyunu avstraliyalı mütəxəssis heç vaxt unutmayacaq. Van de Ven ilə Meddison zədə üzündən sıradan çıxdı, Udoci ilə Romero meydandan qovuldu. 4 aparıcı oyunçunun yoxluğu dərhal nəticələrdə özünü göstərdi. “Mahmızlar” növbəti qələbəni bir də yalnız dekabrın ortalarında qazandı. Aprel və maydakı uğursuzluqlar isə ÇL-ə vəsiqənin əldən getməsiylə nəticələndi.
“Çelsi” rəhbərliyi yayda total yenidənqurma kursu götürmüşdü. “Sükan arxasına” gətirilən Maurisio Poçettinodan heç kim çempionluq gözləmirdi.

“Zadəganlar” mövsümün 2-ci hissəsində daha yaxşı təsir bağışladı, finişdə isə ardıcıl 5 qələbə qazanmaqla 6-cı yeri tutdular. Düzdü, Avropa Liqasına vəsiqə qazanmaq mümkün olmadı, ancaq oyundakı tərəqqidən danışmaq olar. Belə vəziyyətdə baş məşqçi ilə vidalaşmaq qərarı nə qədər qəribə görünsə də, “Çelsi” rəhbərliyi Poçettinonu göndərərək baş məşqçi postunu Entso Mareskaya tapşırdı.
Erik ten Haq isə MY-dəki postunu qorudu. “Qırmızı şeytanlar” premyer-liqa yaranandan bəri ən zəif nəticəsini göstərsə də, kuboku qazanmaq niderlanlı mütəxəssisin işinə yaradı. Onun daha bir dəlili var – komanda mövsüm boyunca zədəlilərin çoxluğundan əziyyət çəkib. Belədə hansısa ciddi hədəf uğrunda mübarizə aparmaq çətindi. Ancaq klubun maliyyə imkanları ilə meydanda göstərilən oyun arasında təzad var. MY-nin rəqibə asanlıqla qol imkanları verməsi neytral azarkeşləri belə təəccübləndirirdi. Ümumiyyətlə, Ten Haq böhran dövrünün baş məşqçisi olmağı bacarmadı.

MY-nin kuboku qazanması “Nyukasl”a ciddi zərbə vurdu. 7-ci yeri tutan “sağsağanlar” məhz buna görə avrokuboklardan kənarda qaldı. Sözsüz, onlar ötən mövsümlə müqayisədə geriyə addım atıb. Zədəlilərin çoxluğunda bir neçə cəbhədə mübarizə aparmaq mümkün olmadı. Klub rəhbərliyinin yeni mövsüm üçün baş məşqçinin qarşısına qoyduğu vəzifə Çempionlar Liqasına qayıtmaqdı.

Mövsümün autsayderlərinə gəlincə, “Luton”, “Bernli” və “Şeffild Yunayted” gəldiyi yerə - çempionşipə qayıtdı. Onlar üçün premyer-liqa macərası çox qısa çəkdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2024, 19:0

“Liverpul” Liqa kubokunu 10-cu dəfə qazandı

Dünya futbolu

10-05-2024, 18:0

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Dünya futbolu

6-05-2022, 19:0

Klopp: “Düşünürəm ki, hamı televizoru söndürməyə hazır idi”

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

26-05-2022, 12:0

Klopp çempion ola bilməsə də...

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə