“Barselona” Mamadu Fallı transfer edib.
“Los Anceles”in müdafiəçisi ilə “2+2 il” sxeml üzrə müqavilə imzalanıb. Transfer İspaniya klubuna 4 milyon avroya başa gəlib.
Qeyd edək ki, 21 yaşlı seneqallı futbolçu ötən mövsüm icarə əsasında “Barselona B”də çıxış edib. O, bu komanda ilə 22 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.