• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Spartak” məğlubiyyət, “Zenit” inamlı qələbə ilə başladı - TURUN ŞƏRHİ

Dünya futbolu

25-07-2024, 16:0

Ötən həftəsonu Rusiya premyer-liqasında yeni mövsüm start götürdü. Şənbəyə təsadüf edən ilk oyun günündə 4 qarşılaşma keçirildi. Turun və mövsümün açılış oyununda “Lokomotiv” debütant “Akron”u qəbul etdi. Tarixində ilk dəfə elitada çıxış edən Tolyatti təmsilçisi güclü rəqibinə layiqincə müqavimət göstərsə də, evə xalla qayıda bilmədi. 2010-cu ildən bəri ilk turlarda uduzmayan “Loko” oyunun sonlarında rəqibinin müqavimətini qıra bildi. Qələbə qolunu “Orenburq”dan transfer edilən Vorobyov hesabına yazdı.

Son illərin dəyişməz çempionu “Zenit” ilk oyunlardan etibarən rəqiblərin canına vəlvələ salmağa başlayıb. “Krasnodar”ı 4:2 məğlub edərək mövsümə superkuboku qazanmaqla başlayan Sergey Semakın komandası ilk turda çətin Samara səfərində 4 qol vuraraq şou göstərdi. Sankt-Peterburq nəhəngi ilk hissəyə 3 qol sığışdıraraq ikinci yarını formallığa çevirdi. Ümumiyyətlə, “Zenit”in bu rəqibə çempionatda ardıcıl 15-ci səfər oyununda uduzmadığını bildirək. Yeni transfer Qluşenkov mükəmməl məhsuldarlıq sərgiləməkdə davam edir. “Lokomotiv”dən transfer olunan istedadlı futbolçu superkubokda olduğu kimi, bu oyunda da dubl etdi. Qluşenkov XXI əsrdə “Zenit”in heyətində çempionatda debüt oyununda iki qol vuran ilk futbolçu oldu! Onu da bildirək ki, piterlilər ardıcıl 22-ci mövsümə məğlubiyyətsiz start verərək bu göstəricidə rekordu bir qədər də yaxşılaşdırdılar. “Zenit”in ilk turda uduzmasına sonuncu dəfə 2002-ci ildə “Anji” ilə oyunda rast gəlinib (0:2). Ötən mövsümün bürünc mükafatçısı “Dinamo” da yeni “futbol ili”nə qələbə ilə start verdi. Moskva təmsilçisi “Fakel”lə ev oyununda ciddi problem yaşamadı. Turun maraqla gözlənilən oyunlarından biri Rostovda keçirildi. Amma “Rostov”la ÇSKA-nın duelində qapılara qol vurulmadı. Maraqlıdı ki, “Rostov” ötən mövsüm bütün ev oyunlarında qol vurduğu halda, yeni mövsümün ilk ev oyunundaca qola həsrət qaldı.

Bazar günü isə favoritlər ümidləri doğrultmadı. Bir sıra əsas oyunçularını itirən və ötən mövsümlə müqayisədə bir qədər zəifləyən “Krasnodar” Qroznıda bərabərliyə razı oldu. “Spartak”da məşqçilər bir-birini əvəz etsə də, nəticə yaxşılığa doğru dəyişmir. Moskva nəhəngi Deyan Stankoviçin debüt oyununda gözlənilmədən səfərdə iddiasız “Orenburq”a uduzdu. Meydan sahiblərinin heyətində hesabına qol və məhsuldar ötürmə yazan türkiyəli vinger Əmircan Gürlük matçın ən yaxşısı seçildi. Premyer-liqada hesabına qol və məhsuldar ötürmə yazan sonuncu türkiyəli futbolçu 2017-ci ildə “Rubin”in heyətində Gökdəniz Karadəniz olmuşdu. Stankoviç “Spartak”ın başında premyer-liqaya qələbə ilə başlaya bilməyən ardıcıl 5-ci məşqçi oldu! Son 5 məşqçiyə nəzər salsaq, Rui Vitoriya, Paolo Vanoli və Stankoviç mövsümə məğlubiyyət, Domeniko Tedesko ilə Gilyermo Abaskal heç-heçə ilə start verib. “Ağ-qırmızılar”ın başında ilk çempionat oyununda qələbəyə sevinən son məşqçi 2018-də Oleq Kononov olub.

1-ci tur
Krılya Sovetov – Zenit 0:4

Qluşenkov, 6; 45+2. Kassyerra, 18. Pedro, 90+3.
Zenit: Latışonok, Karavayev, Yerakoviç, Nino, Santos, Barrios, Vendel (Yeroxin, 86), Artur (Qorşkov, 46), Qluşenkov (Sergeyev, 84), Mostovoy (Pedro, 74), Kassyerra (Mantuan, 74).

Axmat – Krasnodar 1:1
Çernikov, 43-öz qapısına – Krivtsov, 30.
Krasnodar: Aqkatsev, Batçi (Olusequn, 58), Tormena, Kayo, Kosta, Sa, Çernikov, Krivtsov (Yektov, 85), Kozlov (Pina, 46), Spertsyan, Smolov (Kobnan, 73).

Lokomotiv – Akron 3:2
Pinyaev, 28. Batrakov, 38. Vorobyov, 79 – Bakayev, 36. Eldaruşev, 40.
Lokomotiv: Lantratov, Nenaxov (Sarveli, 57), Silyanov, Nyamsi, Morozov, Tiknizyan (Rakov, 80), Barinov, Batrakov, Karpukas (Samoşnikov, 57), Pinyayev (Süleymanov, 69), Vorobyov (Saltıkov, 80).

Orenburq – Spartak 2:0
Peres, 62. Əmircan Gürlük, 67.
Spartak: Maksimenko, Denisov, Çernov, Babiç, Xluseviç, Umyarov (Zinkovski, 68), Zobnin, Zorin (Martins, 46), Bonqonda (Meleşin, 85), Medina (Uqalde, 46), Sobolev (İqnatov, 68).

Rostov – ÇSKA 0:0
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Kruqovoy, Oblyakov, Bistroviç (Qayç, 80), Koyta (Zdelar, 54), Musayev (Jemaletdinov, 65), Çalov (Qlebov, 80).

Dinamo Mos. – Fakel 3:1
Lepski, 3. Nqamaleu, 21. Qladışev, 28 – Markov, 74.

Ximki – Dinamo Mah. 1:1
Zabalotnı, 51 – Şumaxov, 33.

Nijni Novqorod – Rubin 2:4
Ze Turbo, 3. Tsarukyan, 71 - Daku, 5. Zotov, 33. Vada, 42. Kabutov, 90+1.

Növbəti turun oyunları iyulun 26-28-i aralığında keçiriləcək: Krılya Sovetov – Rostov, Nijni Novqorod – ÇSKA, Rubin – Zenit, Dinamo Mos. – Lokomotiv, Fakel – Akron, Ximki – Spartak, Orenburq – Axmat, Krasnodar – Dinamo Mah.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Hücum planında bu gün istədyimiz hər şeyi həyata keçirdik. Qol buraxmasaq da, müdafiədə müəyyən problemlər var idi. Amma bu, daha çox psixoloji məqamlardan qaynaqlanan problemdi. Çünki iki erkən qol vurandan sonra komandada istər-istəməz rahatlıq yaranır. 2-ci qoldan sonra bir müddət tempi və oyuna nəzarəti itirdik. Həmin anlarda “Krılya Sovetov” çox yaxşı təsir bağışlayırdı və qol vura bilsəydilər, işimiza çətin olacaqdı. Bəxtimizdən onlar fərqlənə bilmədi. Biz isə fasiləyə qədər 3-cü topu da vurduq. İkinci hissə ilə bağlı isə heç bir iradım yoxdu. Mövsümə qələbə ilə başlamaq həmişə xoşdu. Komanda yavaş-yavaş formaya düşəcək. Klaudinyonun əzələsində ağrılar olduğu üçün bugünkü oyuna hazır deyildi. Qluşenkov isə hələ ki ümidlərimizi artıqlamasıyla doğruldur. Bizə ötən mövsüm məhz belə yaradıcı futbolçu çatışmırdı. Bizim sistemimizdə özünə çox tez yer tapdı”.

Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:

“İlk növbədə rəqibi təbrik edirəm. Hiss olunurdu ki, oyuna çox yaxşı hazırlaşıblar. Onların aqressiv və sürətli oyununa eyni şəkildə qarşılıq verə bilmədik. Uzun ötürmələrdən də çox yaxşı istifadə edirdilər. Təbii ki, “Spartak” bundan daha yaxşı oynamağa qadirdi. Oyunumuzu yaxşılaşdıra bilərik. Bu gün bizim futbolçular sanki məşqlərdə mənim izlədiyim oyunçular deyildi. Yeni məşqçi üçün mövsümə məğlubiyyətlə başlamaq asan deyil. Amma mən belə tez təslim olanlardan deyiləm. Gələcəyə ümidlə baxıram. Çünki bu oyunçuların potensialını bilirəm. Fanatlarımıza söz verirəm ki, gələn oyunda tam fərqli “Spartak” izləyəcəklər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Dünya futbolu

12-04-2023, 17:0

“Loko” və Dzyuba “Zenit”lə bacara bilmədi – ŞƏRH

Dünya futbolu

30-04-2022, 23:0

"Zenit" yenə Rusiya çempionu oldu

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə