UEFA “Dnepr-1” klubunu Konfrans Liqasından kənarlaşdırıb.
Qitə futbol qurumunun qərarına görə, Konfrans Liqasının 2024/25 mövsümünün iyulun 25-də keçirilməsi nəzərdə tutulan “Dnepr-1” - “Puşkaş Akademiya” (Macarıstan) oyunu Ukrayna klubunun mövcud vəziyyəti üzündən baş tutmayacaq. Bu səbəbdən “Dnepr-1”ə avtomatik olaraq 0:3 hesablı ilə məğlubiyyət verilib. Komandalar arasında gələn həftəyə təyin olunan cavab oyunu üçün də eyni qərar qəbul edilib. Sanksiyaya Ukrayna klubunun maliyyə intizamını pozması səbəb olub.
Qeyd edək ki, “Dnepr-1” bir neçə gün əvvəl Ukrayna premyer-liqasından kənarlaşdırılıb. 2015-ci ildən bu adla fəaliyyətini davam etdirən klub (əvvəlki adı “Dnepr” idi) müflisləşmə ərəfəsindədi və fəaliyyətini bu səbəbdən dayandıra bilər.