Ramil Şeydayevin “Neftçi”yə keçidi rəsmiləşdi, bu mövzuda müzakirələr davam edir. Onun tez-tez klub dəyişməsi kimi, “ağ-qaralar”a transferi də, görünür, uzun müddət danışılacaq.
Görəsən, “İmarət Tayfa” Rami Şeydayevin əzəli rəqibə tranfserini necə qarşılayıb?
Bu sualla adı çəkilən fanklubun rəhbərlərindən Elnur Quliyevə müraciət etdik. Onun “Football-plus.az”a dedikləri belə oldu:
“Ramil Şeydayevin “Neftçi”yə keçidinə heç də yaxşı baxmırıq. Bizə xoş deyil, amama xüsusi rəğbət bəslənən futbolçu da olmayıb. Təbii ki, “Qarabağ”da oynayan bütün oyunçular biz tərəfdən sevilir. Amma Şeydayev seçilən biri olmayıb. Bizim əsas futbolçularımız əzəli rəqibə keçsə, daha çox narahat olar, qəzəblənərik. Məslən Qaranın keçidi başqa cür təsir etmişdi. Onun yeri tam fərqli idi deyə, azarkeşlərin bir qismi kədərlənmiş, hətta əsəbləşmişdi. Amma indiki məqamda Ramilin “Neftçi"yə keçidini müəyyən qədər xoş qarşılamasaq belə, bizi çox narahat etmir”.
RÖYANƏ OĞUZ