• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

ABŞ-yə yaraşmayan təşkilatçılıq

Dünya futbolu

18-07-2024, 01:0

Artıq Amerika Kuboku-2024 (AK) tarixə qovuşub.

Maraqlıdı ki, hətta final ərəfəsində də ABŞ-yə ünvanlanan irad və tənqidlər səngiməmişdi. Nöqsanlarla dolu olan təşkilatçılığın qitənin ən qüdrətli dövlətinə yaraşmadığını çoxları deyir. Halbuki Şimali Amerika ölkəsində bu planda ciddi problemlərin olmayacağı ehtimal edilirdi.

Məşqçilər məmurlardan narazılıq etdilər
3-cü yer uğrunda keçirilən Kanada – Uruqvay matçından sonra baş məqşçilərin açıqlamaları diqqətdən yayına bilməzdi. Yox, diqqəti cəlb edən heç də onların oyunla bağlı fikirləri deyildi. Uruqvay yığmasını çalışdıran Marselo Byelsa AK-nın təşkilatçılarını və KONMEBOL-un məmurlarını “yalançı” adlandırıb:

“Təşkilatçılar mətbuat konfransında Birləşmiş Ştatlarda meydanın ideal vəziyyətdə olduğunu demişdilər, amma bu fikir yalan çıxdı. Onlar məşq bazalarında qazonun ideal olduğunu da iddia etmişdilər. Lakin boliviyalılar onlar üçün ayrılan bazada məşq edə bilmədilər. Məndə bunu sübut edən şəkillər var. Futbolun başında dayananlar yalançılar yığınıdı. Hələ bizim ünvanımıza hədələr yağdırmağı da unutmurlar. Amerikalılar sizə “biz ideal qazonlar təqdim edirik” deməyəcəklər. Onlar “biz üç gün əvvəl hazırladığmız qazonları veririk” deyəcəklər”.

Kanadalıların amerikalı çalışdırıcısı Cessi Marş isə ABŞ yığmasının başına keçmək haqda düşünmədiyini deyib. Mübarizəni qrupda dayandıran ev sahiblərinin baş məşqçisi Qreqq Berhalteri istefaya göndərən yerli məmurlar Marşdan, necə deyəllər, yağlı sillə alıblar. 50 yaşlı mütəxəssis milli komandanı məhz hazırkı futbol başbilənlərinə görə qəbul etməyəcəyini deyib.
Göründüyü kimi, iki məşqçi ABŞ-nin futbol təsərrüfatında problemlərin olduğunu açıq şəkildə dilə gətirib. Bu böyük ölkədə təhlükəsizliklə bağlı problem də var. Çox da uzağa getmək lazım deyil. Prezidentliyə namizəd olan Donald Trampa atəş açılıb. Əlbəttə, bu, iyulun bir nömrəli xəbəridi. Təhlükəsizlik problemi futbolda da var. Fakt budu ki, AK-nın izləyiciləri turnir zamanı özlərini bəzən, belə desək, ikinci sort adam kimi hiss ediblər. Bu isə dəhşətdi...

Futbolçularla fanatlar əlbəyaxa oldular
İki ildən sonra dünya çempionatını təşkil edəcək üç ölkədən biri məhz ABŞ olacaq (digər ikisi Kanada və Meksikadı). Bu ölkəyə çılğınlıqda cənubi amerikalılardan heç də geri qalmayan avropalı fanatlar da gələcəklər. 68 yaşlı Byelsa mövcud vəziyyətin çətinliyinə də işarə vurub. Cənubi Amerikada futbolun inkişafı ilə bağlı tənqidi fikir söyləyən ortaya çıxırsa, onu dərhal işdən azad edirlər. Bu regionda çoxları belə vəziyyətə düşməkdən qorxurlar, buna görə susurlar. Sözün düzü, AK-da əvvəllər də təhlükəsizlik problemi olub. Amma ABŞ-də yaşanan hadisə bu ölkənin imicinə qətiyyən xeyir gətirə bilməz.

Ən pisi odu ki, bu dəfəki turnirdə futbolçularla fanatlar arasında əməlli-başlı dava düşüb. İnsident yarımfinalın Uruqvay – Kolumbiya oyununda (0:1) baş verib. Ortaya təbii sual çıxır: polislərlə stüardlar sərxoş kolumbiyalı azarkeşlərin uruqvaylı futbolçuların ailə üzvlərinin olduğu sektora yaxınlaşmasına necə imkan verə bilirlər? Kolumbiyalıların əvvəlcə uruqvaylı kişiləri təxribata çəkdikləri, qadın və uşaqların ünvanına təhqiramiz söz və ifadələr işlətdikləri deyilir. Bu səbəbdən matçdan sonra uruqvaylı hücumçu Darvin Nunyes ilə onun bəzi oyundaşları yaxınlarının müdafiəsinə qalxaraq birbaşa tribunaya çıxıb və fanatlarla əlbəyaxa olublar. Adamı şoka salan digər fakt isə polislərin belə vəziyyətə böyük ölçüdə biganə qalmasıdı! Bəli, asayiş qoruyucularının işinə laqeyd yanaşması üzündən, necə deyərlər, ara qarışıb, məzhəb itib. Nəticə budu ki, Nunyes ilə bəzi oyundaşlarını müəyyən cəzalar gözləyir: KONMEBOL-un müvafiq komitəsi ağlagəlməz insidentlə bağlı təhqiqat aparır. Deyilənə görə, davada iştirak edən fanatlardan biri katolik kilsəsinin rahibidi. Həmin din xadimi Darvinin başına yumruğu ilə zərbə endirib.

Skaloni AK-da niyə şikayətlənə bilmir?
Təşkilatçılıqdan argentinalılar da narazıdılar. Bəlkə də inanmayacaqsız, amma Lionel Messi ilə oyundaşlarının ölümlə göz-gözə qaldığı da faktdı! Argentina yığması bir neçə il əvvəl köhnə təyyarə icarəyə götürübmüş. İstifadədən üç həftə sonra həmin təyyarədə olan “Şapekoense”nin (Braziliya) qəzaya uğradığı hamıya bəllidi... Yerli futbol qurumunun rəhbəri Klaudio Tapya pula bu şəkildə qənaət etməyi lazım bilir. Onun prezident postunda özünü diktator kimi aparması çoxlarına məlumdu. Bu səbəbdəndi ki, baş məqşçi Lionel Skaloni AK-da qazonların vəziyyətindən şikayətlənə bilmir. Bu, ona qadağan edilib. Görünür, Tapya KONMEBOL ilə münasibətlərin korlanmasını istəmir. Amma Byelsa Argentinada işləmədiyi üçün danışmaqda sərbəstdi.
ABŞ bir ildən sonra daha bir böyük turnirə evsahibliyi edəcək: Klublararası Dünya Çempionatı yeni formatda ilk dəfə bu ölkədə keçiriləcək. 32 klubun iştirakı ilə baş tutmalı olan turnir təxminən bir ayı əhatə edəcək. ABŞ 2026-cı ildə isə tarixdə ilk dəfə 48 yığmanın iştirak edəcəyi dünya çempionatına səhnə olacaq. Maraqlıdı, 16 komandalı AK-nın təşkilatçılığında ciddi nöqsanlara yol verən amerikalılar qonşuları kanadalılar və meksikalılarla birgə DÇ-2026-nı hansı səviyyədə təşkil edəcəklər? Üç ölkənin 16 stadionunda hansı vəziyyət yaşanacaq? 104 oyunun keçiriləcəyi qazonlar indiki kimi yarıtmaz olacaq?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2024, 20:0

Amerika Kubokunda 3-cü yeri tutdular

Dünya futbolu

31-03-2024, 15:0

Amerika Kuboku: bütün iştirakçılar müəyyənləşdi

Dünya futbolu / Manşet

14-07-2024, 17:0

Suares Uruqvaya bürünc medallar qazandırdı

Dünya futbolu

2-02-2023, 18:0

Amerika Kuboku-2024 ABŞ-da təşkil ediləcək

Dünya futbolu

6-07-2024, 10:0

Amerika Kuboku: Kanada yarımfinalda

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Bu gün, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 175
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə