"Bütün ssenarilərə uyğun hazırlıq görmüşük" - Yuri Qura

17.07.2024 19:27 374
Ölkə futbolu / Manşet
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" - "Şerif" matçı ilə bağlı mətbuat konfransı keçirilib.

"Football-plus.az"ın məlumatına görə, "arılar"ın baş məşqçisi Yuri Qura jurnalistlərin suallarını cavablayıb.

- İlk oyunda heyətdə moldovalı futbolçu yox idi. Səbəb nədi?
- Komandada yerli oyunçular var. Matçın statusu fərqli olduğundan əcnəbi oyunçulara şans verdik.

- Bakı həm də çimərlik şəhəridi. Futbolçularınızı dənizə aparmaq fikriniz var?
- Xeyr. Moldovada da istidi.

- Əyyub Allaşdan Azərbaycan və ya "Zirə" haqda soruşmuşduz?
- Bəli, o, Azərbaycan futbolu haqda məlumat verib. "Zirə"ylə bağlı standart vəziyyətlərdəki davranışlarından danışıb.

- "Zirə"ylə oynayacağınızı biləndə ilk oyunda evdə belə nəticəylə qarşılaşacağınızı düşünürdüz?
- Deməzdim ki, "Zirə"dən qorxmuşduq. Sabah da oyun var. Nəticəni lehimizə dəyişməyə çalışacağıq.

- İlk oyunda uduzmağınıza baxmayaraq, favorit göstərilirsiz. Bu, komandaya necə təsir göstərir?
- Komandaya heç bir təsir etmir. Biri var ki, favorit sayılmaq, biri də var meydanda sübut etmək...

- Üç il öncə səfərdə "Real"ı məğlub edən komanda "Zirə"ni keçə bilməsə, belə hal klubda və Moldovada necə qarşılanacaq?
- "Zirə"dən güclü olduğumuzu göstərmək istəyirik. Bunu sübut etmək niyyətindəyik.

- İlk oyundakı məğlubiyyətdən sonra klub rəhbərliyi sizə "sonuncu oyundu" dedi?
- Belə söhbət olmadı. Amma hər məşqçi və klub prezidenti qələbə qazanmaq istəyir.

- Rəşad Sadıqovu tanıyırdız? O, "Qarabağ"ın heyətində futbolçu kimi "Şerif"ə qarşı oynayıb...
- Bəli, çox yaxşı tanıyırıq. Köməkçim onunla Türkiyədə oynayıb. Ondan da kifayət qədər məlumat əldə etmişik. Püşk bəlli olandan sonra dərhal ilk işimiz rəqibi və baş məşqçini analiz etmək olub.

- Həmyerliniz Roman Qriqorçuk "Neftçi"yə baş məşqçi təyin edildi. O, Azərbaycan futboluna bələddi. Qriqorçukdan "Zirə" haqda məlumat almısız?
- Xeyr. O, artıq "Neftçi"yə keçib. Hazırlıqla məşğul idilər deyə, narahat etmək istəmədim.

- Bakıya ilk səfərinizdi? Azərbaycanda işləmək variantınız olub?
- İlk gəlişimdi. 2001-ci ildə Qazaxıstanda, "Aktau"da oynayanda, Bakıya o tərəfdən baxırdım.

- Penaltilər seriyasına hazırlaşacaqsız?
- Bütün ssenarilərə uyğun hazırlıq görmüşük.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul