Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" - "Şerif" matçı ilə bağlı oyunöncəsi mətbuat konfransı keçirilib.
"Football-plus.az"ın məlumatına görə, "qartallar"ın müdafiəçisi Ruan Renato jurnalistlərin suallarını cavablayıb:
"Düşünürəm ki, cavab matçı birincidən daha gərgin olacaq. Çünki rəqib bizi təhlil edib. Meydana daha yaxşı vəziyyətdə çıxacaqlar. Amma bu bizi çəkindirmir. Doğma azarkeşlərin önündə olacağıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik".
- Rəqiblə bağlı ehtiyatlandığınız nəsə var?
- "Şerif" daha motivasiyalı olacaq. Onlar xüsusilə təkbətək mübarizələrdə çox effektlidi. Hər top uğrunda tər tökəcəklər. İlk oyunda qələbə qazanmaq mərhələni adlamaq üçün yetərli deyil. Sabah daha yaxşı müdafiə olunmalı, hücumda şanslar axtarmalıyıq.
- Rəqib səni ilk oyunda çox yordu. Cavab görüşündə də belə olacağını güman edirsən?
- "Şerif" istədiyi nəticəni qazanmaq üçün bu dəfə daha çox hücum edəcək. Amma onlara qarşı təcrübəmiz var. İlk oyunda istər start heyətində, istərsə də sonradan meydana çıxan bütün futbolçularını analiz etmişik. Nəyə qadir olduqlarını bilirik. Bu üzdən əlimizdən gələnin ən yaxşısını edib rəqibi mübarizədən kənarlaşdıracağıq.
KƏNAN BAHADIR