"Növbəti mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik" - "Şerif"in futbolçusu

17.07.2024 19:11 328
Ölkə futbolu / Manşet
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" - "Şerif" matçı ilə bağlı mətbuat konfransı keçirilib.

"Football-plus.az"ın məlumatına görə, "arılar"ın yarımmüdafiəçisi Peter Ademo oyunla bağlı fikirlərini bölüşüb.

- Bütün həftə məşq etdik, xüsusən də ilk görüşün səhvləri üzərində işlədik. Növbəti mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik.

- "Zirə"nin heyətindən hansı futbolçunu fərqləndirmək olar?
- Heç kimi xüsusi qeyd etmək istəmirəm. Bilirdik ki, rəqib güclüdü. Konkret hansısa oyunçuya yox, komandaya köklənmişdik.

- Heyətə yeni futbolçular gəlib. Uyğunlaşma problemi var?
- Məncə, yox. Bir aydı ki, birlikdəyik. Artıq öyrəşmişik. Hər gün daha yaxşı vəziyyətdə oluruq.

- Bakı haqqında təssüratların necədi?
- Düzü, paytaxtınızın bu qədər gözəl olduğunu zənn etmirdim.

- İndiyə qədər Azərbaycan klublarından təklif almısan?
- Xeyr.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul