Amerika Kubokunda müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşib.
Üç nominasiyadan ikisində çempion Argentina yığmasının oyunçuları qalib adını qazanıblar.
Amma turnirin ən yaxşı oyunçusu üçün nəzərdə tutulan mükafata kolumbiyalı Xames Rodriges layiq bilinib. O, AK-nın tarixinə yeni rekordçu kimi düşüb. “San Paulu”nun 32 yaşlı yarımmüdafiəçisi meydana çıxdığı 6 oyunda 6 məhsuldar ötürmə etməklə (1 qol vurub) son 50 ildə AK-da ən yaxşı göstəricini yeniləyib. Qeyd edək ki, göstərilən müddətdə braziliyalı Denilson (1997), onun həmyerlisi Aleks (2004) və argentinalı Lionel Messi (2021) bir turnirdə hesabına 5 assist yaza bilmişdi.
Ən yaxşı bombardir üçün nəzədə tutulan mükafat 5 qol vuran “İnter”in argentinalı hücumçusu Lautaro Martinesə çatıb. AK-2024-ün ən yaxşı qapıçısı adını isə “Aston Villa”nın da formasını daşıyan argentinalı Emiliano Martines qazanıb. 31 yaşlı əlcək sahibi turnirdə keçirdiyi 6 oyunda yalnız bir top buraxıb.