• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messidən iki tarixi nəticə - Kolumbiyanın 23 illik həsrəti başa çatdı

Dünya futbolu

13-07-2024, 22:0

İyulun 9-10-da ABŞ-də təşkil edilən 48-ci Amerika Kubokunun (AK) yarımfinal matçları keçirildi.

Argentina Kanadaya 2:0, Kolumbiya isə Uruqvaya 1:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı. İyulun 13-də turnirin bürünc mükafatçısı, ertəsi gün isə qalibi müəyyənləşəcək.

yarımfinal
Argentina - Kanada 2:0

Alvares, 23. Messi, 51.
Argentina: E.Martines, Montyel (Molina, 71), Lisandro Martines, K.Romero, Talyafiko (Otamendi, 64), De Paul, Makallister (Palasios, 78), E.Fernandes, Di Mariya (N.Qonsales, 77), Messi, Alvares (Lautaro Martines, 77).
Kanada: Krepo, Conston, Bombito, Kornelius, Devis (C.Osorio, 71), Kone, Lareya (Ahmed, 55), Euştakio (Şuenye, 72), Devid (Oluvaseyi, 64), Şaffelberq (Millar, 55), Larin.

Qrup mərhələsində yaxşı təsir bağışlayan, 1/4 finalda Venesuelaya 1:1 hesabı ilə nəticələnən oyundan sonra penalti seriyasında qalib gələn Kanada yığmasının son çempion Argentina ilə dueldə uğur qazanmaq şansı, təbii ki, minimuma bərabər idi. Qeyd edək ki, komandalar qrup mərhələsində qarşılaşmış, Alvareslə Lautaro Martinesin fasilədən sonra vurduğu qollar argentinalıların 2:0 hesablı qələbəsini təmin etmişdi. Maraqlıdı ki, hesabı yenə Alvares açdı. MS-nin hücumçusu bu dəfə Kreponun qoruduğu qapıya ilk hissənin ortalarında De Paulun gözəl ötürəsindən sonra yol tapdı.
Fasilədən sonra isə çoxdan gözlənilən hadisə baş verdi: Messi, nəhayət, qitə çempionatında qol hesabını açdı. Ulduz futbolçu bununla iki tarixi nəticəyə imza atdı. Messi ardıcıl 6 AK-də qol vurmaqla 1957-ci ildə braziliyalı Zizinyonun müəyyənləşdirdiyi rekordu təkrarladı. Lionel ardıcıl 10-cu turnirdə qapıya yol taparaq 2006-cı ildən başlayan seriyasını da davam etdirdi. İndi onun hesabında AK-də və dünya çempionatında son 18 il ərzində vurduğu 27 qol var. Messinin milli formada 109-cu qolunu vurmaqla İran yığmasının sabiq hücumçusu Əli Daeini (108) arxada qoyaraq dünya futbolunda “təmiz” 2-ci yerə yüksəldiyini də qeyd edək. Argentinalı indi dünya rekordçusu olan portuqaliyalı Kriştiano Ronaldodan (130) 21 top geri qalır.

Uruqvay - Kolumbiya 0:1
Lerma, 39.
Uruqvay: Roçet, M.Olivera (K.Olivera, 46), X.M.Ximenes, Kaseres, De la Krus (Kanobbio, 90), Bentankur (Varela, 34/L.Suares, 67), Valverde, Uqarte, M.Arauxo, Pelyistri (De Arraskaeta, 46), D.Nunyes.
Kolumbiya: K.Varqas, Munyos, D.Sançes, Kuesta, Moxika, C.Aryas (S.Aryas, 46), Rios (Uribe, 62), Lerma, Xames Rodriges (Kastanyo, 62), L.Dias (Sinisterra, 86), C.Kordoba (Mina, 75).

Yarımfinalın ən çox maraqla gözlənilən oyunu Şarlottda keçirildi. Uruqvay yığması 2011-ci ildən sonra ilk dəfə yarımfinala çıxmışdısa, Kolumbiya AK-nın finalında sonuncu dəfə 2001-ci ildə görünmüşdü. Uruqvay cari turnirin əvvəlindən əla təsir bağışlayan Kolumbiya ilə vacib matça ciddi itkilərlə çıxdı. Marselo Byelsanın çalışdırdığı komandanın aparıcı müdafiəçilərindən Ronald Arauxo zədəli, Braziliya ilə əvvəlki matçda qırmızı vərəqə alan Nandes isə cəzalı idi. Əlbəttə, bu faktlar hücumu yetərincə güclü olan kolumbiyalılar üçün sevindirici idi.

Nestor Lorensonun komandası ilk dəqiqələrdən topa daha çox nəzarət edir və hücuma can atırdı. Uruqvaylılar rəqibin həmlələrini çətinliklə də olsa, dəf etməyi bacarırdılar. Onlar yalnız hissənin ortalarından başlayaraq özləri qol vurmağa çalışdılar. Lakin Darvin Nunyes ardıcıl iki imkanı boşa verdi. Rəqib isə fasilə ərəfəsində yaratdığı ən real qol vəziyyətini dəyərləndirdi: yarımmüdafiəçi Lerma Xames Rodrigesin yerinə yetirdiyi künc zərbəsindən sonra hesabı açdı. O, cari turnirdə 2-ci qolunu vurarkən, Xames AK-nın tarixinə yeni rekordçu kimi düşdü. “San Paulu”nun 32 yaşlı yarımmüdafiəçisi cari turnirdə 6-cı məhsuldar ötürməni verməklə son 50 ildə AK-da ən yaxşı göstəricini yenilədi. Qeyd edək ki, göstərilən müddətdə braziliyalı Denilson (1997), onun həmyerlisi Aleks (2004) və argentinalı Messi (2021) bir turnirdə hesabına 5 assist yaza bilmişdi. Amma qalan vaxtda Rodrigesin komandasının işi çətinə düşdü: kolumbiyalıların müdafiəçisi Munyos 15 dəqiqə ərzində iki xəbərdarlıq alaraq komandasını fasilədən sonra on nəfərlə oynamağa məcbur etdi.

Əlbəttə, uruqvaylılar 2-ci hissədə çox hücum etdilər. Lakin onların həmlələrindən heç biri hədəfə düşmədi. Luis Suaresin zərbəsindən sonra top dirəyə dəydi. Amma Byelsanın komandasının əksər hücumları rəqibin sıx müdafiəsi qarşısında aciz qaldı. Beləliklə, finala çıxan Kolumbiyanın 23 illik həsrəti başa çatdı.

Bombardirlər: Lautaro Martines (Argentina) - 4, Rondon (Venesuela) - 3.

AMERİKA KUBOKU
tarix saat oyun

13 iyul 04.00 Kanada - Uruqvay
14 iyul 04.00 Argentina - Kolumbiya
Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-06-2024, 15:0

Messi AK-nın yeni rekordçusu oldu

Dünya futbolu / Reportaj

3-07-2024, 13:0

Kolumbiya, Kanada və Ekvador da 1/4 finala vəsiqə qazandı - AMERİKA KUBOKU

Dünya futbolu

30-06-2024, 22:0

Argentina və Venesuela 1/4 finalda - AMERİKA KUBOKU

Dünya futbolu

6-07-2024, 10:0

Amerika Kuboku: Kanada yarımfinalda

Dünya futbolu

9-07-2024, 14:0

4 oyunda 1 qələbə qazanan Braziliya mübarizəni dayandırdı - AMERİKA KUBOKU

Dünya futbolu

10-02-2023, 17:0

Messi və 2022-ci ilin rəmzi komandasında 7 argentinalı

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə