• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

AÇ

10-07-2024, 01:0

Didye Deşam, Fransa yığmasının baş məşqçisi:

“Hər iki komandada fərq yarada biləcək futbolçular var. Portuqaliyada bizim komandada olduğu kimi çox yüksək səviyyəli futbolçular çıxış edir. Biz Avropanın ən yaxşı komandalarından biriyik. Əminəm ki, bu, vacib oyun olacaq. Tarixən aramızda olan matçlar çox gərgin keçir. Turnirin bu mərhələsində nadir hallarda bir tərəfin üstünlüyü müşahidə olunur. Ronaldo oyunun nəticəsini həll etməyi və qol vurmağı bacaran oyunçudu. Onda bu keyfiyyət həmişə olub, olacaq da. Yaşı çox ola bilər, amma böyük rəqibdi”.

Xviça Kvaratsxeliya, Gürcüstan yığmasının yarımmüdafiəçisi:
“Avropa çempionatını başıuca və qürur hissi ilə tərk edirik! Almaniyadan valehedici emosiya və xatirələrlə ayrılırıq. Biz Gürcüstana böyük sevinc və fəxarət hissi bəxş etdik. Hamıya təşəkkür etmək istəyirəm. Biz işləməyə və inkişafa davam edəcək, daha güclü komanda kimi qayıdacağıq!”

Yens Lemann, Almaniya yığmasının sabiq qapıçısı:
“İspaniyanın qrup mərhələsində yaxşı nəticələrini gördük. Texniki baxımdan yəqin ki, bizdən üstündülər. Ancaq onların futbolçuları yaşca kiçik və təcrübəsizdilər. Bu, bizim üçün üstünlükdü. İspaniya, demək olar ki, uşaqlardan ibarət komandadı. Onların çox sayda gənc futbolçuları var. İspaniyanın hazırkı komandasının beynəlxalq turnirlərdə o qədər də təcrübəsi yoxdu”.

Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:
“İstəyirəm ki, gözəl oyun nümayiş etdirək və qollar vuraq. Məhz təhlükəli hücumları qolla tamamlamaq bizim hələ də çatışmayan cəhətimizdi. Həmişə ən yaxşı oyumumuzu oynamağa çalışırıq. Yaxşı oynadığımız zaman qalib gəlmək şansımız daha çox olur. Milli komandanın heyətində çox titul qazanan, çoxlu sayda oyun və qol rekordlarının müəllifi olan birini görmək vacibdi. Kriştiano Ronaldonun komandaya gətirdiyi təravət təəccüblüdü. O, bir nümunədi: hər gün qalib gəlmək, hər gün yarışmaq istəyir. Fədakar oyunçunuz olanda onun keçmişdə etdiklərini unudun. Fədakar oyunçu bir imtiyazdı. Avropa çempionatında matçlar çox gərgin keçir. İlk qolu vurmaq çətindi. Fikrimcə, biz çox risk edirik. Qol vurmaq üçün üçüncü zonaya düşməlisən. Biz topa çox sahib olur və yaxşı mövqe tuturuq. Çox şeyi yaxşı edirik və eyni ruhda davam etməliyik. Ancaq oyunumuzda yaxşılaşdırmalı olduğumuz komponentlər də var. Hamı böyük komandaların necə oynadığını yaxşı bilir. Əsas futbolçularımızın çıxışı və istedadıdı. Fransa ilə oyuna tam hazır olduğumuzu düşünürəm. Artıq 1/4 final mərhələsidi və biz bütün diqqətimizi özümüzə yönəltmişik. Həmişə inkişaf etmək istəyirik, lakin oyundan oyuna hər şeyi dəyişmək məcburiyyətində deyilik”.

Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
“Həmişə öz işimizi görməyi düşünürük. Biz Almaniyanın işinin öhdəsindən gəlib-gəlməyəcəyi haqda fikirləşmirik. Rəqibin güclü tərəflərini minimuma endirməyə və zəif cəhətlərindən öz xeyrimizə yararlanmağa çalışacağıq. Bəzi oxşar xüsusiyyətlərimiz var. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq. Üzərimizdə çox böyük məsuliyyət hiss edirik. Təbii ki, Almaniyada çıxış təcrübəsi olan Dani Olmo və Alexandro Qrimaldo ilə çox danışmışam. Onlar həmişə bizə Almaniya futbolunun müəyyən tərəflərindən bəhs edirlər. Amma onların komandasını çox yaxşı tanıyırıq və bütün oyunçularım oyuna hazırdı. Oyun planımız dəyişməyəcək. Bir və ya iki kadr dəyişikliyi ola bilər, amma plan əvvəlki kimi qalacaq. İspaniya - Almaniya Avropa çempionatının finalı da ola bilərdi, amma oyunun bərabər səviyyədə keçəcəyini düşünürəm. Almaniya həmişə matça güclü başlayır. Ona görə də buna qarşı çıxmağa çalışacağıq. Həm də çalışacağıq ki, ilk dəqiqədən təşəbbüsü ələ keçirək”.

Emiliano Martines, Argentina yığmasının qapıçısı:
“Penalti seriyasından (Argentina Amerika Kubokunun 1/4 finalında Ekvadora penalti seriyasında Emilianonun iki seyvi nəticəsində 4:2 hesabı ilə qalib gəlib – R.Y.) əvvəl uşaqlara dedim ki, evə qayıtmağa hazır deyiləm. Amerika Kubokunun və dünya çempionatının son qalibi olduğumuzdan növbəti mərhələdə oynamağa layiq olduğumuzu düşünürdüm. Emosional qələbə idi...”

İlkay Gündoğan, Almaniya yığmasının yarımmüdafiəçisi:
“Rodrinin “Mançester Siti”dəki ilk mövsümünü xatırlayıram. O, məşqdə Pep (baş məşqçi Xosep Qvardiola - red.) ilə 45 dəqiqədən bir saata qədər əlavə işləyirdi. O, futbolda uzun məsafə qət edib və çox şey öyrənib. Fikrimcə, Rodri dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidi. Onun kimi yüksək səviyyəli futbolçunu 90 dəqiqə ərzində “bağlamaq” mümkün deyil, amma onun işini çətinləşdirməyin yolları var. Yamal 16 yaşlı bir yeniyetmə üçün uzun bir yol qət edib. Mənim də 16 yaşımda olduğum səviyyəyə nəzər salsanız görərsiz ki, Yamal tamam başqa səviyyədədi. O, necə futbol oynayır, hansı risklərə gedir... Lamin İspaniya və “Barselona” üçün çox vacib oyunçudu. Mən ona həqiqətən hörmət edirəm”.

Pol Poqba, “Yuventus”un yarımmüdafiəçisi:
“Mən hələ də futbolçuyam: karyeramı davam etdirirəm. Mənim futbolçu həyatıma son qoyduğumu iddia edənlərə inanmayın (fransalı futbolçu orqanizmində dopinq aşkarlandığı üçün 4 illik cəza alıb – R.Y.). Məşqlərdə səylə çalışıram. Meydana qayıdacağım anı səbirsizliklə gözləyirəm”.

Daniel Karvaxal, İspaniya yığmasının yarımmüdafiəçisi:
“Məndə oyunla bağlı əla hiss var. Komanda yoldaşlarıma baxarkən görürəm ki, hamı rahatdı. Qələbə qazanmaq üçün əla performans göstərməli olduğumuzu bilirik. Mən bu turnirdə İspaniya yığmasının simasında özünəinamlı və enerjili komanda görürəm. Şanslar 50-50-yədi. Fikrimcə, Almaniya ilə oyunda bir sıra detallar həlledici olacaq. Stadiondakı bütün ispaniyalı azarkeşlərin və evdə oyuna baxacaq hər kəsin dəstəyini hiss edəcəyik. Belə matçlarda rəqiblərin daha yaxşı oynamasına dözə bilmək önəmlidi. Biz şansımızdan istifadə etməli və rəqibin mümkün qədər az şans yaratmasına çalışmalıyıq”.

Olaf Şolts, Almaniya Federativ Respublikasının kansleri (milli komandanın İspaniyaya məğlubiyyətindən sonra sosial şəbəkəyə yazdığı):
“Döyüş ruhu, mənəvi ruh, ehtiras: siz öz çıxışınız və komanda ruhunuzla Avropa çempionatında bütün Almaniyaya böyük həyəcan gətirdiniz. Səninlə fəxr edirik, əziz Almaniya yığması! İspaniya millisini yarımfinala çıxması münasibətilə təbrik edirəm”.

İqor Fedotov, rusiyalı sabiq hakim:
“Entoni Teylorun İspaniya – Almaniya matçındakı fəaliyyəti nəsə mənə çatmadı. Deməyə söz tapa bilmirəm. Bizim 1-ci liqada oyunları idarə edən hakimlər Avropa çempionatında fit çalan Teylordan daha yaxşıdılar. O, oyunu qətiyyən idarə edə bilmir. Əvvəlcə sarı vərəqə göstərir, sonra eyni qayda pozuntusuna görə futbolçuya xəbərdarlıq etmir. Artıq ingiltərəli hakimlərin etalon olduğu ilə bağlı fikri unudun. Bu düşüncə artıq hazırkı vəziyyətə uyğun deyil”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Onun mənim üstünlük verdiyim oyun üslubuna yaxşı uyğunlaşacağını hiss edirəm. Darvin Nunyes bir hücumçu kimi çox xoşuma gəlir. Artıq onunla görüşüb söhbət etmişəm. Onu da deyim ki, Darvin təyinatımdan sonra ünsiyyət saxladmağa imkan tapdığım azsaylı oyunçulardandı”.

Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu:
“Palmer, Bellingem, Saka, Touni, Trent. Onların üzərində böyük təzyiq yükü var? Hansı təzyiqdən söhbət gedə bilər? Bu, başqa futbolçu nəslidi. Onlar təzyiqi hiss etmirlər. Onlar penalti seriyasında uğurlu olacaqlarına nə dərəcədə əmin idilər? Buna çox inanırdılar. Komandanın yarımfinala çıxması üçün həlledici məqamda özlərində əlavə güc tapmağı bacardılar”.

Olaf Şolts, Almaniya Federativ Respublikasının kansleri:
“Siz komanda ruhunuzla Avropa çempionatında bütün Almaniyaya böyük həyəcan gətirdiniz”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-06-2024, 18:0

Kaşiya Xviça üçün nümunədi

Dünya futbolu

3-07-2024, 18:0

Ötən həftənin sitatları

Dünya futbolu

25-06-2024, 20:0

Ötən həftənin sitatları

Dünya futbolu

11-06-2022, 12:0

Deşam Fransa yığmasının yeni rekordçusu oldu

Dünya futbolu

27-06-2024, 12:0

Gürcülərin qapıçısı AÇ-nin rekordunu təkrarladı

Maraqlı

5-06-2024, 23:0

Ötən həftənin sitatları

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə