• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

3-07-2024, 18:0

Geridə qalan həftədə futbol adamları ictimaiyyətə müxtəlif açıqlamalar verib.

Sözügedən sitatları sizə təqdim edirik.

Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
[quote]“Matçlar bu şəkildə başa çatdıqda daha maraqlı olur. Artıq heç kim xorvatlara qol vuracağımıza inanmırdı. Amma oyunçularımız qola nə qədər çox ehtiyacımız olsa da, az riskə getdilər və ağıllı oynadılar. Onları əzmkarlıqlarına görə təbrik etməliyik. İlk hissədə lazımi səviyyədə oynamadıq. Futbolçularımdan daha çox şey gözləyirəm. Biz oyunumuzda balansı tapmalıyıq. Belə matçlarda oynamağa qadir futbolçularımız var. Amma çox mənasız səhvlərə yol veririk. Öz üzərimizdə daha çox iş görməliyik”.[/quote]
Robert Levandovski, Polşa yığmasının hücumçusu:
[quote] “Bu qitə çempionatı bizə daha güclü komandalara qarşı oynamaqdan çəkinməməli olduğumuzu göstərdi. Biz uğur qazana bilərik. Əvvəlcə Niderland, sonra Fransa kimi nüfuzlu rəqiblərlə mübarizə apardıq. Bu sınaqlar bizim üçün yaxşı dərs oldu. Fransa bu turnirdə qələbəyə iddialı komandalardan biridi. Bu rəqiblə oyunda qazandığımız nəticəni (qrupun son matçı 1:1 hesabı ilə nəticələnib – R.Y.) dəyərləndirməliyik”.[/quote]
Zlatko Daliç, Xorvatya yığmasının baş məşqçisi:
[quote]“Futbolçularımız yaxşı oynadılar, xüsusilə də birinci hissədə. Albaniyaya qarşı matçda olduğu kimi son dəqiqədə qol buraxdıq. Mən futbolçularımızı yalnız gözəl mübarizə münasibəti ilə təbrik edə bilərəm. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm, ən çox onlara görə məyusam. Pley-offa çıxmaq şansınız var? Biz buna təsir edə bilmərik, çünki hər şey öz əlimizdə idi, amma indi vəziyyət belə deyil”.[/quote]
Neymar, “Əl-Hilal”ın hücumçusu:
[quote]“Karyeram ərzində çox çirkin oyunçularla oynamışam. Ən çirkini isə mənim böyük hörmət bəslədiyim Vinisius Juniordu. Bağışla, səni sevirəm. Çirkin, lakin gülməli adamsan!.. Yeri gəlmişkən, bu il “Qızıl top”un ona veriləcəyinə şübhəm yoxdu. Mən Viniyə azarkeşlik edirəm. Bu haqda Çempionlar Liqasından əvvəl ona yazmışdım. O, inanılmaz dərəcədə əla formadadı. Bayrağımızı bütün dünyada şərəfləndirir. Ona görə çox xoşbəxtik”.[/quote]
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
[quote]“Bir çox aspektlərdə çox zəif çıxış etdik. Rəqibin çoxlu qol imkanları oldu. Biz aqressiv deyildik və Avstriyaya kifayət qədər təzyiq göstərmədik. Meydanda məsuliyyəti öz üzərimizə götürməliyik. Bundan yaxşı nəticəyə layiq deyildik. Komandamız üçün çox pis oyun oldu. Əvvəlcə matça nəzarət edə bilmədik, sonra bir az yaxşı oynadıq, bir neçə şansımız oldu, lakin səhvlərimizə görə bizi cəzalandırdılar”.[/quote]
Antonio Konte, “Napoli”nin baş məşqçisi (Xviça Kvaratsxeliyanın PSJ-yə mümkün transferi ilə bağlı xəbərə reaksiyası):
[quote] “Şübhə yoxdu, bu məsələdə artıq hər şey artıq aydındı. Kvaratsxeliya “Napoli”də qalacaq”.[/quote]
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
[quote]“Hər oyun çox gərgin keçir və bizim gördüyümüz iş həqiqətən çətin idi. Hər üç oyunda qalib gəldik və qapımızdan qol buraxmadıq. 1/8 finalda hansı komanda ilə qarşılaşacağımızı bilmək üçün gözləməliyik. Amma mental olaraq istənilən rəqiblə oynamağa hazır olacağıq. Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə çıxacaq. Ona görə də favorit olmağımıza əhəmiyyət vermirəm. Bu gün zirvədə ola bilərsən, amma sabah heç bir şey ola bilməzsən. Gəlin, futbolçulara əlavə təzyiq göstərməyək”.[/quote]
İlkay gündoğan, Almaniya yığmasının yarımmüdafiəçisi:
[quote] “Əvvəla qarşıdakı 90 dəqiqəyə final kimi yanaşmalıyıq. Bu,məqam özü böyük təzyiq göstərir. Bu vəziyyətdə mentallıq həlledici olacaq. Son on ilin ən uğurlu komandası olan “Real”a baxa bilərik. Madridlilər heç vaxt təşvişə düşmürlər, istənilən məqamda sakit olurlar. Bu, möhtəşəm xüsusiyyətdi”.[/quote]
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
[quote]“Mən məyus deyiləm. Məqsəd birinci yeri tutmaq idi, buna nail olmaq üçün Polşaya qalib gəlməliydik. Qələbə qazana bilmədik. Bu o deməkdi ki, bunu qəbul etməliyik. Qrupda istədiyimiz yerə çatmasaq da, ilkin hədəfimizə nail olduq. Pley-offa lider kimi çıxmadığımıza görə məyussuz? Fransa Polşanın qapıçısının bir neçə əla seyvinə baxmayaraq, daha yaxşı nəticə göstərə bilərdi”.[/quote]
Ralf Ranqnik, Avstriya yığmasının baş məşqçisi:
[quote] “UEFA-nın reytinqi ilə müqayisə etsək, çətin olan qrupda birinci olmaq inanılmazdı. Biz turnirə Fransa ilə oyunda uğursuz avtoqolla başladıq, Polşanı məğlub etmək üçün üzərimizdə olan bütün təzyiqlərin öhdəsindən gəldik. Sonra qrupun qalibi olduq. Bu, komandamız üçün xüsusi bir andı”.[/quote]
Naço, İspaniya yığmasının müdafiəçisi:
[quote]“Şübhəsiz, Xviça xüsusi futbolçudu. “Real”ın heyətində iki dəfə Çempionlar Liqasında ona qarşı oynamışam. Deyərdim ki, o, başqalarına bənzəmir. Kvaratsxeliya sürətli və təkbətək mübarizədə çox yaxşıdı. Onun Gürcüstan yığmasının lideri olduğu şübhəsizdi. Bəli, çoxları bizi qarşıdakı oyun üçün favorit hesab edirlər. Lakin bu, ciddi fərq etmir. Biz bütün diqqətimizi Avropa çempionatındakı hər matçda standartlarımıza uyğun futbol sərgiləməyə yönəltmişik”.[/quote]
Lamin Yamal, İspaniya yığmasının hücumçusu:
[quote] “O, futbol tarixinin ən yaxşı oyunçusudu və mənim onunla müqayisə olunmağım inanılmazdı. Amma heç kim məni Messi ilə müqayisə edə bilməz. Mən futbol oynamağa yeni başlayan biriyəm. Messinin karyerası ərzində əldə etdiklərinin ən azı yarısına nail olmaq istərdim”.[/quote]
Silvinyo, Albaniya yığmasının baş məşqçisi:
[quote]“Oyunçularımla fəxr edirəm. Biz bu turnirdə yalnız ikinci dəfə çıxış etdik. Qrupda Avropanın çox güclü üç komandasına qarşı, demək olar ki, bərabər səviyyədə mübarizə apardıq”.[/quote]
Milan Şkrinyar, Slovakiya yığmasının müdafiəçisi:
[quote]“Avropa və dünyanın ən yaxşı futbolçularının oynadığı turnirdə çıxış edirik. Onlardan biri də Harri Keyndi. Belçika ilə oyunda Romelu Lukakunun qarşısını aldıq. İngiltərə ilə matçda Keynə mane olacağımıza inanıram. Amma əsas məsələ Harri ilə bağlı deyil. İngiltərənin heyətində ulduz futbolçular kifayət qədərdi. Amma mən komanda kimi daha güclü olduğumuzu düşünürəm”.[/quote]
Vinisius Junior, Braziliya yığmasının yarımmüdafiəçisi:
“Amerika Kubokunda hakimlərin daim bizə qarşı olduqları oyunlarda uğurlu nəticə qazanmaq çox çətindi. KONMEBOL-un komandamıza belə mənfi münasibəti fonunda braziliyalıların işi yetərincə çətinləşib. Hakim səhvlərindən şikayətlənərkən bizə çox danışdığımızı deyirlər”.[/quote]
Daniel Karvaxal, “Real”ın müdafiəçisi:
[quote] “Klubdan ayrılma növbəsi mənə çatan gün mövqeyimə və yaşıma uyğun olaraq vəziyyəti qiymətləndirəcəyəm... amma “Real”dan sonra heç bir Avropa klubuna keçməyəcəyəm, sizə zəmanət verirəm”.[/quote]
Georgi Mamardaşvili, Gürcüstan yığmasının qapıçısı:
[quote]“Mən bir gürcü kimi onun fanatıyam. O, “Qızıl top”u qazana bilər. İspaniyaya hörmət edirəm. Amma Kvaratsxeliya bütün İspaniya yığmasından güclüdü. Mən bunu Gürcüstan millisinin oyunçusu kimi deyirəm”.[/quote]
Valeri Qazzayev, Rusiya yığmasının sabiq baş məşqçisi:
[quote]“Fikrimcə, İspaniya qitə çempionatında ən güclü komandadı. Bu komanda həm yüksək səviyyəli oyun sərgiləyir, həm də fantastik nəticə göstərir. Əlbəttə, Gücüstanı çox çətin oyun gözləyir, amma gürcülərin taktiki cəhətdən çox yaxşı çıxış etdiyini də deməliyəm”.[/quote]
Paulu Barboza, portuqaliyalı agent:
[quote] “Martines əsas heyətdə başqa hücumçulara şans verməlidi. Çünki Ronaldo artıq əvvəlki kimi komandaya faydalı ola bilmir. Kriştiano Sloveniya ilə matçda da startda meydana çıxacaq? Martines artıq bu vəziyyətin girovuna çevrilib. O, Kriştiano ilə münaqişə yaşamaq istəmir. Ona görə də onu daim ilk dəqiqələrdən oynadır. Fikrimcə, bu, yanlış seçimdi. Bu, çox pis düşüncədi!”[/quote]
Georgi Mamardaşvili, Gürcüstan yığmasının qapıçısı:
[quote] “Kvaratsxeliya bütün İspaniya yığmasından güclüdü”[/quote]

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-06-2024, 11:0

Spalletti qayğılı, Ançelotti bədbindi

Dünya futbolu

25-06-2024, 20:0

Ötən həftənin sitatları

Dünya futbolu

7-05-2024, 22:0

ÖTƏN HƏFTƏNİN SİTATLARI

DÇ

26-11-2022, 23:0

Levandovski ən yaxşı seçildi

Aktual
Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Son xəbərlər
  • Bu gün, 00:39
    40 yaşında “daha bəsdi” dedi
  • Dünən, 23:14
    Daha 5 il MY-də oynayacaq
  • Dünən, 22:13
    “Juninyo gəlsə, “yox” demərəm” – Qurban Qurbanov
  • Dünən, 21:52
    Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
  • Dünən, 21:39
    “Cəhd etdik, amma alınmadı” – Kurban Berdıyev
  • Dünən, 21:25
    "Qarabağ" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB
  • Dünən, 20:01
    Musa zədələndi
  • Dünən, 19:00
    "Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 18:23
    "Neftçi"nin şikayəti təmin edilmədi
  • Dünən, 17:23
    Dünya çempionu fikrini dəyişdi
  • Dünən, 16:40
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 16:09
    Mudrikin aqibətini İAM müəyyənləşdirəcək
  • Dünən, 15:37
    “Sabah”ın U-16 komandası da çempion oldu
  • Dünən, 15:11
    Millimiz Qazaxıstanla üz-üzə gələcək
  • Dünən, 14:58
    “Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü“ - Karrik
  • Dünən, 14:09
    Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
  • Dünən, 13:18
    Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
  • Dünən, 13:06
    Əliyar Ağayevin cəzası bitdi?
  • Dünən, 11:48
    Gələn mövsüm B seriyasında oynayacaqlar
  • Dünən, 11:18
    “Barselona” ilə razılığa gəldi
  • Dünən, 10:52
    “Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
  • Dünən, 10:32
    Klubunda daha bir il oynayacaq
  • Dünən, 09:57
    Bir ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 00:13
    “El Klasiko”da görünməyəcək
  • 3-05-2026, 23:0
    Londondan Mançesterə yollana bilər
  • 3-05-2026, 23:0
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • 3-05-2026, 23:0
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • 3-05-2026, 22:0
    “Yuventus”u tərk edəcək
  • 3-05-2026, 22:0
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • 3-05-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 3-05-2026, 21:0
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • 3-05-2026, 20:0
    Yeni təklifi müsbət cavabladı
  • 3-05-2026, 20:0
    "David Santosun zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • 3-05-2026, 20:0
    Yayda işsizə çevriləcək
  • 3-05-2026, 19:0
    Arbeloaya o da xələf ola bilər
Daha çox
Oxunub: 192
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 148
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 130
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 130
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə