• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

25-06-2024, 20:0

Daha bir marağlı futbol həftəsini geridə qoyduq.

“Football-plus.az” sizə ötən həftənin marağlı sitatlarını təqdim edir:

Sergey Rebrov, Ukrayna yığmasının baş məşqçisi:

“Biz bura Ukraynanın ruhunu göstərmək üçün gəlmişiksə, bu, çox vacibdi. Avropa çempionatı doğrudan da ölkəmizin ruhu ilə bağlıdı. Ukraynanın bu səviyyədə olan yarışda çıxış etməsi çox vacibdi. Futbol ölkəmizdə indi birinci yerdə deyil. Amma bu cür turnir bütün oyunçularımız üçün böyük zövqdü. Baxmayaraq ki, indi hamımız üçün çətin vaxtdı”.


Kasper Yulmann, Danimarka yığmasının baş məşqçisi:
“Düşünürəm ki, ilk hissəni yaxşı keçirdik, lakin 70 dəqiqədən sonra bir az enerji itirdik. Bizdə intensivlik çatışmırdı və getdikcə passivləşdik. Bir neçə yaxşı şansımız oldu, gözəl əks-hücumlar etdik. Ancaq onlardan yararlana bilmədik. Enerji bütün matç boyunca olmalıdı. Bəzən 1:0 öndə olanda və ikinci qolu vurmayanda, sonra nəsə baş verir. Buna görə də Sloveniyaya ikinci qolu vurmaq çox vacib idi”.


Badri Kvaratsxeliya, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın agenti və atası:
“Mən Xviçanın “Napoli”də qalmasını istəmirəm. Son bir il ərzində fərqli futbol anlayışı olan dörd məşqçi ilə işlədi. Bu, məni çox narahat edir. Amma hər şeyi Xviça özü həll edəcək, baxmayaraq ki, mövcud vəziyyət mənim üçün əlverişsizdi. Xviça ilə bu mövzuda danışmamışam və Avropa çempionatının sonuna qədər də danışmayacağam”.


Manuel Noyer, Almaniya yığmasının qapıçısı (oyunu ilə bağlı ona ünvanlanan tənqidlərə cavabı):
“Mən heç nə oxumamışam. Həmişə öz oyunumu yalnız ona cavabdeh olan adamlarla birlikdə təhlil edirəm. Hər şeyi müzakirə edirik, fraqmentlərə baxırıq və buna əsaslanaraq oyundakı fəaliyyətimi qiymətləndiririk. Ona görə də mənə qarşı yönələn tənqidlər haqqında çox düşünmürəm. Məşqçilər və digər oyunçularla aramızda etibarlı münasibətlər vacibdi. Komandamıza böyük etimad var”.


Antuan Qrizmann, Fransa yığmasının hücumçusu:
“Düşünürəm, bir neçə favorit var. Evində oynayan Almaniya, daha sonra Niderland, Xorvatiya, İtaliya, İspaniya, İngiltərə yığmaları favoritdi. Güclü komandalar çoxdu. Bu çempionat, həqiqətən də, gərgin keçəcək. Bizim oyunumuz isə özümüzdən asılıdı. Meydanda favoritlər siyahısında olduğumuzu göstərməliyik. Qalan məsələlər isə bəxtdən asılı olacaq. Hər şey öz əlimizdədi”.


Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:
“İki fərqli hissədən ibarət çox çətin matç keçirdik. Böyük səylə önə keçdik, ikinci qolu vurduq, amma yenə də sonda qol buraxdıq. Ən əsası odu ki, biz hələ də mübarizənin içindəyik. Hər şey öz əlimizdədir. Albaniya ilə matçın ikinci hissəsi ümidverici sayıla bilər. Başlanğıc dəhşətli olsa da, ikinci hissədə daha yaxşı görünürdük. Gəlin, İtaliya ilə oyuna köklənək. Qələbə qrupdan çıxmağımıza kömək edə bilər”.


Tomaş Souçek, Çexiya yığmasının yarımmüdafiəçisi:
“Portuqaliya yalnız qrupun deyil, bütün turnirin favoritlərindən biridi. Çətin olacaq, amma biz ilk dəqiqədən son saniyəyə qədər əzmlə mübarizə aparacağıq. Hər saniyə önəmlidi. Başa düşürük ki, Ronaldo şans qazansa, onu qola çevirəcək. Buna görə də ona boş zona verməməliyik. Amma söhbət təkcə ondan da getmir. Portuqaliyalıların heyətində daha 25 futbolçu var. Onlar Avropanın aparıcı klublarında çıxış edirlər”.


Salih Özcan, Türkiyə yığmasının yarımmüdafiəçisi:
“Qalib gəlmək üçün ilk növbədə səhvlərdən qaçmaq və sona qədər nizam-intizamı qorumaq lazımdı. Rəqibin hərəkətlərindən asılı olmayaraq, öz oyun planımıza sadiq qalmalıyıq. Xüsusilə qeyd edim ki, klubumun (o, Dortmund “Borussiya”sında çıxış edir – R.Y.) stadionunda oynayacağıq. Azarkeşlərin bizi final fitinə qədər irəli səsləməsi komandamız üçün çox vacibdi. Tərəfdarlarıımız komandamızın üstünlüyüdü. Gürcüstana qarşı sanki doğma meydanımızda oynayacağıq. Stadiondakı atmosfer bizə kömək etməlidi. Mən Almaniyada doğulub böyümüşəm. Amma özümü türk kimi hiss edirəm. Buna görə də Türkiyə millisini seçmişəm və bu qərarımdan çox məmnunam”.


Silvinyo, Albaniya yığmasının baş məşqçisi:
“İlk növbədə rəqibə qiymət verməliyik, çünki Xorvatiya son bir neçə ildə çox yaxşı nəticələr göstərib. Onların inanılmaz oyunçuları var. Bütün oyunu təhlil etmək çətindi. İlk hissəni çox yaxşı oynadıq, amma ikinci hissədə 15-20 dəqiqədə çox çətinliklər çəkdik. Lakin heç-heçəyə layiq olduğumuzu düşünürəm”.


Kristian Eriksen, Danimarka yığmasının yarımmüdafiəçisi:
“Bu qitə çempionatında mənim macəram tamə fərqli olacaq (Kristian Danimarka yığmasının AÇ-2020-də keçirdiyi Finlandiya ilə ilk oyununda ürəyindəki problem səbəbindən qəfil yerə yıxılmış və turniri erkən başa vurmuşdu - R.Y.). Xoşbəxtlikdən, həmin hadisədən sonra çox oyunda meydana çıxmışam. Bu gün Sloveniya ilə matçda ilk dəqiqələrdən meydanda olduğum üçün çox xoşbəxtəm. Avropa çempionatında qol vurmaq xüsusi hadisədi. Meydanda olduğum müddətdə beynimdə futboldan başqa heç nə yox idi. Sadəcə, komandamıza kömək etdiyim üçün özümü çox yaxşı hiss edirdim”.


Quram Kaşiya, Gürcüstan yığmasının müdafiəçisi:
“Ölkəmizdə futbolla yaşayır və nəfəs alırıq. Uğurlarımız hər kəsin dilindədi. Eşitdim ki, bir azarkeşimiz motosikletlə 4000 kilometr yol qət edib. Bütün bunlar əsl xoşbəxtlikdi. Düşünürəm ki, burda – Almaniyada olmağa layiqik. Bütün ölkə səninlə fəxr edəndə, əlbəttə ki, xüsusi hisslər yaşayırsan. Keçirdiyimiz o hisslər, yaşadığımız o emosiyalar indi bizə burda da kömək etməlidi. Biz heç vaxt olmadığı kimi mübarizə aparacaq və sübut edəcəyik ki, Avropa çempionatında təsadüfən iştirak etmirik”.


Stiv Klark, Şotlandiya yığmasının baş məşqçisi:
“Avropa çempionatının ilk matçında meydanda olmadıq. Oyunumuzu nümayiş etdirəndə yaxşı komandamız olur. Həqiqətən də Almaniya ilə ilk oyun (Şotlandiya 1:5 hesabı ilə məğlub olub – R.Y.) kabus kimi idi. Bu oyunu unutmaq lazımdı. İsveçrə ilə matçda hücuma keçmək, topun arxasınca qaçmaq və rəqibin cərimə meydançasında oynamaq əzmindəyik”.


Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“İlk dəqiqələrdən oyuna başlayan futbolçularımız da var, sonradan meydana daxil olanlar da. Fransa ilə matçda da Veqhortsdan necə istifadə edəcəyimizi görəcəksiniz.
Polşa ilə oyun bizə öyrətdi ki, 60 dəqiqə yox, bütün 90 dəqiqəni yüksək səviyyədə oynamaq lazımdı. Bundan əlavə, səbirli olmaq lazımdı. Topu itirsəniz, nə baş verə biləcəyini də bilməlisiniz. Qeyd edim ki, ilk oyunda qalib gəlmək inam gətirir. Bu amil isə son illərdə çox oynadığımız güclü Fransa komandasına qarşı mübarizədə bizə lazım olacaq. Bu matçdan nə gözlədiyimizi bilirik. İstənilən nəticəni əldə etmək üçün ən yaxşı tərəfimizi göstərməli olacağıq”.


Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“İlk matçda Avstriyaya qalib gələrək ilk tapşırığı yerinə yetirdik. İndi ikinci oyunda qalib gəlib pley-offa yüksəlməyə çalışacağıq. Bir məşqçi kimi mümkün olan hər şeyi etməliyəm ki, yaxşı və rəqib üçün təhlükəli oynayaq”.


Xuan Laporta, “Barselona”nın prezidenti:
“Xavi çox çətin bir zamanda komandaya baş məşqçi təyin olundu. O, tarixi İspaniya liqasının titulunu, superkubokunu qazandı. Gələcəkdə bir çox kuboklar qazanacaq bir sıra gənc oyunçular yetişdirdi. Buna baxmayaraq, məlum qərarı verdik, çünki komandaya yeni təkan lazım idi və biz dəyərli və məsuliyyətli məşqçi (Xavinin yerinə almaniyalı Hans-Diter Flik təyin olunub – R.Y.) seçdik”.


Xerard Pike, İspaniya yığmasının sabiq müdafiəçisi:
“Böyük gələcəyi olacaq bir sıra gənc oyunçular var. Qitə çempionatı onların futbolçu həyatında dönüş nöqtəsi olacaq. Lamin Yamalın ən yeni futbol epoxasını müəyyən edəcəyini düşünürəm”.


Kristian Eriksen, Danimarka yığmasının yarımmüdafiəçisi:
“Bu qitə çempionatında mənim macəram tam fərqli olacaq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2023, 22:0

Rebrov Ukrayna yığmasına qayıdır

Maraqlı

5-06-2024, 23:0

Ötən həftənin sitatları

Yığma / Manşet

26-11-2023, 16:0

“Azərbaycanlılar məni çaşdırmağa çalışırdı” – Ukraynanın gənc ulduzu

Dünya futbolu

19-09-2023, 22:0

Ötən həftənin sitatları

Maraqlı

29-05-2024, 23:0

Ötən həftənin sitatları

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Bu gün, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Oxunub: 191
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə