"Sabah" növbəti transferini açıqladı

9.07.2024 16:01 288
Ölkə futbolu
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, slovakiyalı hücumçu Pavol Şafranko ilə 2 illik müqavilə bağlanıb.

29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın "Tatran" (2013-2016), "Podbrezova" (2016), "DAC 1904" (2017-2018), Danimarkanın "Olborq" (2019), Şotlandiyanın "Dandi Yunayted" (2018/19), Rumıniyanın "Şepşi" (2019/21, 2022/24) və CAR-ın "Sandauns" (2021/22) klublarında oynayıb.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Kahim Parris, Coy-Lens Mikels, İvan Lepinitsa, Neqoş Kupusoviçi transfer edib.