Yeni mövsümə hazırlığını Abdulla Avcının başçılığı altında davam etdirən ''Trabzonspor''da Mahmud Trezeqenin özbaşına hərəkəti ciddi narazılığa səbəb olub.
Məsələ burasındadı ki, təcrübəli futbolçu heç kimə xəbər vermədən komandanın düşərgəsini tərk edərək Olimpiadada iştirak etmək üçün Misirin U-23 komandasının düşərgəsinə yollanıb. Ötən mövsüm xüsusilə ikinci dövrədə sərgilədiyi performansla diqqət çəkən və trabzonluların aparıcı oyunçularından sayılan Trezeqeyə iyunun sonlarında Olimpiadada iştirak üçün dəvət gəlmişdi. Amma ''Trabzonspor'' geniş bir bəyanat yayınlayaraq Olimpiadanın futbol turnirinin FİFA-nın beynəlxalq oyunlar üçün müəyyənləşdirdiyi təqvimə daxil olmadığını, eləcə də Olimpiadanın gedişində avrokuboklarda vacib oyunların olacağını əsas gətirərək futbolçunun yığmaya buraxılmadığını açıqlamışdı. Amma Trezeqe buna məhəl qoymayaraq Türkiyəni tərk edib.
Misir mətbuatının iddiasına görə bu ölkənin idman naziri Əşrəf Sobhi türkiyəli həmkarı Osman Aşkın Baka zəng vuraraq yardım istəyib. Guya yalnız bundan sonra məsələ həllini tapıb. Amma ''61 saat''a açıqlama verən ''Trabzonspor''un vitse-prezidenti Zeyyat Kafkas bu iddianı qətiyyətlə təkzib edib. O, Osman Aşkın Bak tərəfindən kluba heç bir zəng və ya müraciət gəlmədiyini vurğulayıb.
Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.
ƏLİ