• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

29-05-2024, 23:0

Daha bir futbol həftəsini geridə qoyduq

“Football-plus.az” sizə ötəm həftənin marağlı sitatların təqdim edir:
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Hazırlıq planında heç nəyi dəyişmədik. Bu mövsüm 51 oyun keçirmişik. Bu haqda dəfələrlə danışmışıq. Bizim futbolçularımızda, sadəcə, oyuna tam hazırlaşmaq anlayışı var. Qarşıdakı iki matçda da vəzifəmiz qələbə qazanmaqdı. Bu, mənim Qasperini ilə ilk görüşüm olacaq. Mənim üçün böyük şərəfdi. Hər iki komanda 3-4-3 sxemində oynayır, lakin biz çevik ola və matçın gedişində taktikanı dəyişə bilərik. “Atalanta”nın futbolçularının oyunlarına baxanda görürəm ki, xüsusi hərəkətlər edə bilirlər. Onlardan yeni nəsə öyrənirsən. Biz buna hazırlaşmağa çalışmışıq. Amma oyun planı bir şəkil, matç isə filmdi”.


Lautaro Martines, “İnter”in hücumçusu:
“Klubla yeni uzunmüddətli müqavilə bağlamağa yaxınıq. Bir sıra detalları razılaşdırmaq qalır. Bu məsələlərin həftəsonuna qədər həll olunmasını istərdim. Yekun anlaşmanın necə olacağını deyə bilmərəm, amma hazırkı məqamda ciddi problem yoxdu”.


Serxio Ramos, “Sevilya”nın müdafiəçisi:
“Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılardansan. Həmişə mənim komandamdasan, Toni (karyerasını mövsümün sonunda başa vurmaq qərarına gələn “Real”ın yarımmüdafiəçisi Toni Kroosu nəzərdə tutur – R.Y.). Yeni həyatından və gözəl karyerandan həzz al”.


Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu:
“Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşmək mənim üçün böyük qürurdu. Sənə gələcək həyatında ən yaxşısını arzulayıram!”


Erlinq Holann, “Mançester Siti”nin hücumçusu:
“Pis mövsüm keçirdiyimi hesab edirlərsə, mən bu vəziyyətlə razıyam. Yaxşı, qoy, belə olsun: mənim üçün pis mövsüm idi. Yeganə yol irəliyə baxmaqdı. Nifrət edənlər və tənqidçilər nə qədər çox olsa, bir o qədər yaxşıdı”.


Joze Mourinyo, işsiz portuqaliyalı məşqçi:
“Mənim üçün ən çətini “Roma” ilə iki avrokubokun finalına çıxmaq idi (Mourinyo “Roma” ilə Konfrans Liqasının qalibi olub və Avropa Liqasının finalında uduzub – R.Y.). Tarixə baxın və bunun səbəbini anlayacaqsız. Onlar 50 il ərzində heç vaxt bunu bacara bilməyiblər. Mən bununla bir o qədər fəxr edirəm”.


Vyaçeslav Koloskov, Rusiya Futbol İttifaqının fəxri prezidenti:
“Gözləmədiyim nəticə oldu, daxilimdə “Bayer”in dominantlıq edəcəyini, italyanların isə böyük qüvvə ilə müdafiə olunacaqlarını düşünürdüm. Lakin “Atalanta”nın təklif etdiyi oyuna rəqibi heç cür hazır deyildi. Bu komandanın oyunçuları meydana mübarizə aparmaq, meydanın bir qarışını da uduzmamaq, almaniyalılar isə gözəl oyun sərgiləmək, estetik cəhətdən fərqlənmək və ustalıq nümayiş etdirmək üçün çıxmışdılar. Amma müasir dövrdə gözəl oyunla həmişə qalib gəlmək olmur. “Atalanta” rəqibinə öz oyununu oynamaq imkanı vermədi. Ümumiyyətlə, “Bayer” hücum xəttində heç nə edə bilmədi. Son dəqiqələrə qədər Mirançukun meydana çıxacağına ümid edirdim. Rusiya futbolunu finalda təmsil etməsini istəyirdim. Necə ki, Dmitri Aleniçev başqa komandaların heyətində avrokubokların finallarında meydana çıxaraq qol vurmuş və məhsuldar ötürmə vermişdi. Lakin təəssüf ki, Aleksey vacib oyunda özünü göstərmək şansı qazanmadı”.


Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“Yunayted” premyer-liqada sonuncu dəfə 2013-cü ildə çempion olub. 11 il əvvəl. Amma onlar (azarkeşləri nəzərdə tutur – R.Y.) bizdən bütün oyunlarda qələbə və ən yüksək səviyyədə rəqabət aparacağımızı gözləməyə davam edirlər. Bu klub buna hazır deyil. Biz işə nəsə qurmaqdan başlamalıydıq və ötən mövsüm bu planda müəyyən işlər gördük. Amma sonra burda heç kimin heç vaxt hər şeydən razı qalmadığını hamı gördü. Əslində klubda ötən mövsümdən başlanılan işlərdən razılıq edənlər kifayət qədər idi, lakin klubun ətrafındakılar yalnız böyük səs-küy qoparmaqla yadda qaldılar: mən ilk mövsümdə yalnız Liqa kubokunu qazandım, İngiltərə kubokunun finalında məğlub oldum və premyer-liqada 3-cü yeri tutdum... Deməli, sizin reallığı anlamaq hissiniz yoxdu. Başqa klubların heyəti bizimlə müqayisədə daha güclü idi”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Çoxları “Yunayted”i premyer-liqada 31 xal qabaqladığımız üçün qalib gələcəyimizi düşünürlər. Bizim üçün asan oyun olacağını deyirlər. Bunu anlayıram, amma qarşıdakı matç başqa turnirə aiddi və mübarizə yalnız bir oyundan ibarətdi. Komandamız oyunun gedişində meydanda azlıqda qala, yanlış qərarlar verilə bilər, kobud səhvlərə görə də uduza bilərik. Bəli, final ərəfəsində məlub ola biləcəyimizi də düşünürük. Biz uzunmüddətli mübarizədə “Yunayted”dən yaxşı komandayıq, bu aydındı. Bu faktdı. Ancaq bir oyundan ibarət mübarizədə nə desən, baş verə bilər. Futbolçularımız bunu bilir və dərk edirlər. Bu səbəblərdən mövsümün son oyununa hazır olduğumuza və İngiltərə kubokunu qazanmağa çalışacağımıza ümid edirəm”.


Fabio Kapello, işsiz italiyalı məşqçi:
“Atalanta”nı Avropa Liqasındakı qələbə münasibəti ilə təbrik edirəm. Qasperini və komandası bu qələbəyə layiq idi. Onlar hədəfə yüksək sürət, pressinq və diqqətli oynamaq sayəsində çatdılar. Ademola Lukman (“Atalanta”nın hücumçusu “Bayer-04” üzərində 3:0 hesablı qələbədə het-trik etməklə rol oynayıb – R.Y.) isə sözsüz, finalın ən yaxşı oyunçusu idi”.


Ouen Harqrivz, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi:
“Lukman oyunboyu necə mövqe seçmək, rəqibi arxada qoymaq və zərbə endirmək üzrə ustad dərsi verdi. O, təkbətək mübarizələrdə necə qalib gəlmək lazım olduğunu əyani göstərdi! Lukman rəqiblərini müvazinətini itirməyə vadar etdi və dərhal özü üçün necə hərəkət etmək lazım gəldiyinə dair ən doğru qərarları verdi”.

Məhəmməd Salah, “Liverpul”un hücumçusu (komandanı tərk edən baş məşqçi Yürgen Klopp haqda fikirləri):
“Sizinlə son 7 illik təcrübəni və qazandığımız bütün titulları bölüşmək çox xoş və unudulmaz idi. Gələcək karyeranızda uğurlar diləyirəm. Yenidən görüşəcəyimizə ümid edirəm”.


Olivye Jiru, Fransa yığmasının hücumçusu:
“Avropa çempionatından sonra milli komanda ilə vidalaşacağam. Yerimi gənclərə verməyin vaxtı yetişib”.


Mihael Ballak, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi: “
Virts Madridə yollanmağa hazırdı. O, artıq “Real”da oynamaq üçün yetişib. Bu baxımdan Cud Bellingemin durumundadı: o, “Borussiya”nı tərk edəndən sonra ən yaxşı oyunçularla birgə oynamaqla səviyyəsini qısa zamanda artırdı”.


Romario, Braziliya yığmasının sabiq hücumçusu:
“İndi gənc olsaydım, daha yaxşı oynayardım. Çünki hazırkı dövrdə futbolçular çox qaçır və həddən artıq axmaq səhvlər edirlər. Mən futbol oynadığım dövrdə də fiziki hazırlığa xüsusi diqqət yetirilirdi. Amma futbolçular texnikalı və ağıllı futbol oynayırdılar”.


Robert Levandovski, “Barselona”nın hücumçusu:
“Ətrafımda çox söz-söhbət dolaşır. Amma əksər xəbərlər doğru deyil. Mən indidən “Barselona”da növbəti mövsüm haqda düşünürəm. Özümlə bağlı yalnız bunu deyə bilərəm”.


Radamel Falkao, “Rayo Valyekano”nun hücumçusu:
“Mövsüm bizim üçün çətin keçdi. Klubla müqaviləmin müddəti tezliklə sona çatacaq. Futbol oynamağa davam etmək istəyirəm, baxarıq...”


Vircil van Diyk, “Liverpul”un müdafiəçisi:
“Komandanı qarşıda keçid dövrü gözləyir və mən də bu prosesin iştirakçısı olacağam. Dəfələrlə dediyim kimi, bu klubda özümü xoşbəxt sayıram. “Liverpul” artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Heyətimizdə çox dəyişiklik olacaq. Mən buna görə çox da narahat deyiləm. Nə olacaqsa, maraqlı və zəruri yerdəyişmələr baş verəcək”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Oyun planı bir şəkil, matç isə filmdi”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-05-2024, 17:0

Klubu ilə yenidən anlaşmağa yaxındı

Premyer-liqa

21-08-2022, 23:0

"Kabinetlərdə danışılanlar mənə aid deyil" - Aleksey Baqa

Dünya futbolu

22-03-2024, 13:0

Alonso gedəcək, yoxsa qalacaq?

Maraqlı

15-05-2024, 18:0

Ötən həftənin sitatları

Çempionlar Liqası

18-05-2023, 17:0

ÇL: kim həftənin ən yaxşı oyunçusu seçiləcək?

Manşet / Çempionlar Liqası

10-06-2023, 13:0

"Bizim üçün çətin oyun olacaq, amma qorxmuruq" - Lautaro Martines

Aktual
“Qışaqədərki heyətə baxın, bir də qışdan sonrakı” – “Füzuli”nin iflasının sirri nədi?
Rumınlar da çempion olmaq istəyir
Mahir Almaniyada hər 143 dəqiqədən bir qol vurur
Nurlan Novruzov da gedir?
“Çətin olacağını bilirdik” - “Hypers Quba” pley-offda!
Formal son tur: yaxşı, yoxsa pis əlamətdi?
Son xəbərlər
  • Bu gün, 13:31
    “Qışaqədərki heyətə baxın, bir də qışdan sonrakı” – “Füzuli”nin iflasının sirri nədi?
  • Bu gün, 13:10
    Rumınlar da çempion olmaq istəyir
  • Bu gün, 12:59
    Bu gün 2-ci liqada mükafatlandırma mərasimi keçiriləcək
  • Bu gün, 12:38
    Umudlu Avropa çempionatının oyununda
  • Bu gün, 12:17
    Mahir Almaniyada hər 143 dəqiqədən bir qol vurur
  • Bu gün, 11:56
    ''Trabzonspor'' yenə çempion oldu
  • Bu gün, 11:35
    “Razıyam, mənə beş yox, 25 oyunluq da cəza versinlər” – Amit Quluzadə coşdu
  • Bu gün, 11:12
    Nurlan Novruzov da gedir?
  • Bu gün, 10:52
    ''Fənərbaxça'' bu uğursuzluğu illər sonra ilk dəfə yaşadı
  • Bu gün, 10:31
    “Çətin olacağını bilirdik” - “Hypers Quba” pley-offda!
  • Bu gün, 10:00
    Dünya çempionundan vacib qərar
  • Dünən, 23:57
    “Barselona” Holann ilə bağlı hansı planı qurub?
  • Dünən, 23:36
    Baxşıyev "Araz-Naxçıvan"dan ayrılır? - avrokuboklara hazırlıq üçün yeniliklərə start verildi
  • Dünən, 23:16
    Salahdan daha bir diqqətəlayiq göstərici
  • Dünən, 23:00
    Millimiz xal itirdi - YENİLƏNİR
  • Dünən, 22:55
    Koça qarşı kampaniyada nə qədər imza toplanılıb?
  • Dünən, 22:26
    Dünya çempionunun aqibəti necə olacaq?
  • Dünən, 21:56
    ''Napoli'' rəsmisi Osimhenin transferində son durumu açıqladı
  • Dünən, 21:24
    Formal son tur: yaxşı, yoxsa pis əlamətdi?
  • Dünən, 20:57
    Karyerasını başa vurdu
  • Dünən, 20:26
    Türkiyə çempionatı bu göstəricidə Avropada hamıdan öndədi
  • Dünən, 19:55
    Brahim "Zirə"yə, Ayxan Abbasovla Mikels "Sabah"a... - "Şamaxı" tarmar olacaq!
  • Dünən, 19:33
    Terimin komandası yeni çempion ilə bacara bilmədi
  • Dünən, 19:11
    "Şəfa" 9 cavabsız qolla qalib gəldi, "Şahdağ Qusar" çempion oldu - YENİLƏNİB
  • Dünən, 18:55
    Qvardiola ''Siti'' rəhbərliyinin qarşısına şərt qoydu!
  • Dünən, 18:24
    Rafinyanın məsələsi həll olundu
  • Dünən, 17:51
    "Əminəm ki, "Persepolis" və "İstiqlal" "Traktor"un yüksəlişindən narahatdı" - Branko İvankoviç
  • Dünən, 17:20
    Finala 10 gün qalmış: 3 min bilet satılıb!
  • Dünən, 16:53
    Arda 5 milyona villa aldı!
  • Dünən, 16:24
    Ölkə kubokunda ilk finalçı müəyyənləşdi
  • Dünən, 15:54
    Qurban Hacıyev “Rusenborq” və “Vikinq” üçün gedir
  • Dünən, 15:25
    Baş nazir Əli Əsədov Filip Cuda ilə görüşdü
  • Dünən, 14:57
    Azərbaycan - Macarıstan matçının hakimləri
  • Dünən, 14:36
    1-ci liqa klubunun baş məşqçisinə sərt cəza
  • Dünən, 14:15
    AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi
Daha çox
Oxunub: 1 594
Ayxan Abbasov "Sabah"ın baş məşqçisi olacaq? - özü açıqladı
Oxunub: 868
"Qarabağ"ın legioneri başqa klubla "masa arxasında" - ayrılmaqda israrlıdı...
Oxunub: 606
Samir Abasov gözündən düşən legioneri "sildi" - "Neftçi"də gözlənilən ayrılıq!
Oxunub: 469
Azərbaycanda tarixin yaddaşına köçən klub qayıdır! - bölgə təmsilçisidi...
Oxunub: 341
"Qarabağ" Litva millisinin hücumçusunu transfer edir! - 30 matçda 24 qol vurub
Oxunub: 274
"Qarabağ"ın bombardiriylə bağlı vacib xəbər - onun başına nə iş gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə