• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

19-09-2023, 22:0

Daha bir futbol həftəsini geridə qoyduq.

“Football-plus.az” sizə geridə qalan həftənin maraqlı sitatlarınl təqdim edir:

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Kürəyimdə aparılan əməliyyatdan sonra indi vəziyyətim normaldı. Məni əməliyyat edən həkim işini çox yaxşı görüb. Vaxt keçdikcə səhhətim daha da yaxşı olacaq. Bir neçə oyunda komandamın yanında ola bilməməyim mənə qəribə göründü. Amma indi hər şey qaydasındadı”.

Luis Rubiales, İspaniya Futbol Federasiyasının (İFF) sabiq prezidenti: “Son həftələr baş verənlər hamı üçün pis haldı (İspaniyanın qadınlardan ibarət yığması ötən ay dünya çempionatının finalında İngiltərəyə qalib gələrək tarixində ilk dəfə çempion olub. Rubiales mükafatlandırma mərasimi zamanı milli komandanın oyunçusu Cennifer Ermosonun dodağından öpdüyü üçün ölkə ictimaiyyətinin böyük təzyiqinə tab gətirə bilməyərək istefaya yollanıb – R.Y.). Cenni məni qucaqlayaraq yuxarı qaldırdı və aramızda öpüş məqamı baş verdi. Cəmi on saniyə çəkən bu hadisə ətrafında qoparılan həngamə, sadəcə, ağılsızlıqdı. İndi məni maraqlandıran yeganə məsələ ləyaqətimi müdafiə etməkdi. Həmin epizod qeyri-ixtiyari və qarşılıqlı razılıq əsasında baş verdi. Məqamı emosiya və xoşbəxtlik anı adlandırmaq olar. Və mən bunun həqiqət olmasına əminəm. İnanılmaz dərəcədə harmoniya vardı, o anda hamı xoşbəxt idi. Fikrimcə, ispaniyalı kişi və qadın arasında belə təmas tamamilə normaldı. Bu, mədəniyyətlə bağlı olan məsələdi. Həmin anda İspaniyanın kişi futbolçusunu da öpə bilərdim? Şübhəsiz, 100 faiz! Mən oyunçu olanda komandamız aşağı liqaya düşməkdən qurtularkən və ya yüksək liqaya vəsiqə qazanarkən sevincdən bir-birimizin dodaqlarından öpürdük...”.

Qrem Suness, Şotlandiya yığmasının sabiq yarımmüdafiəçisi: “Bu, “qızıl nəsil”di. Artıq Lempard, Cerrard və Skoulzu unudun. İndiki nəslin gücü və bacarığı daha üstündü. İngiltərə yığması indi həqiqətən də çox yaxşı komandadı. Bu komandanın bir çox titullar qazanmalı olduğunu düşünürəm”.
Alessandro Del Pyero, “Yuventus”un sabiq hücumçusu: “30 il əvvəl – 1993-cü il sentyabrın 12-də “Yuventus”un formasında ilk dəfə rəsmi oyunda meydana çıxdım. Bu an “qoca sinyora” ilə inanılmaz səyahətin başlanğıcı oldu. Ağ-qara formada keçirdiyim bütün oyunlarda meydanda olduğum hər dəqiqə mənim üçün şərəf və böyük üstünlük idi. Mənə uzun illər ərzində dəstək verən və indi də bunu davam etdirən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Yuventus”un futbolkası mənim üçün yalnız geyim deyil, ikinci dəri, ehtiras rəmzi və işə bağlılıqdı”.

Xerardo Martino, “İnter Mayami”nin baş məşqçisi: “Biz yaxşı bilirdik ki, hansısa məqamda onu əvəzləmək lazım gələcək. Onu da bilirik ki, Messi meydanda olanda komandamız daha yaxşı oynayır. Lionel bizim bayrağımızdı. O, komandanı arxasınca aparır. O, bizim əsas qəhrəmanımızdı, biz isə ikinci dərəcəli aktyorlarıq”.

Françesko Totti, “Roma”nın sabiq hücumçusu: “Mourinyo mənim yenidən “Roma”da olmağımı istəyir? Mən də belə düşünürəm. O, haqqımda belə fikir səsləndirib. Odu ki, gözləyək. “Roma”ya ehtiyacım var”.

Matteys de Liqt, “Bavariya”nın müdafiəçisi: “Nə üçün ilk dəqiqələrdən oynamıram? Heç cür anlaya bilmirəm. Siz jurnalistlər bunun səbəbini baş məqşçidən soruşmalısınız. Mən çalışdırıcının istəyini yerinə yetirirəm. Buna görə də son iki matçda 1 və 6 dəqiqə meydanda olmuşam. Görə biləcəyim yeganə iş meydanda top qovmaqdı. Qalan bütün məsələlər məşqçinin qərarlarından asılıdı”.

Xavyer Klemente, İspaniya yığmasının sabiq baş məşqçisi: “Rubialesin bir neçə gün həbsdə olmasını istərdim. Anxel Mariya Vilyara (İFF-nin 2017-ci ilin iyulunda korrupsiyaya görə vəzifəsindən azad edilən və həbs olunan sabiq prezidenti – R.Y.) qarşı nələr etdiyini anlaması üçün belə cəzaya layiqdi. O, bir neçə il əvvəl Vilyara etimadsızlıqla bağlı səsverməni təşkil etdi və İdman üzrə Ali Şuranın “xeyir-duası” ilə onu həbsxanaya göndərdi. Bu təşkilat Anxel Mariyanı deyil, məhz Luisi dəstəkləyirdi. Rubiales ambisiyalı, eqoist, kobud, hörmətəlayiq olmayan və xəsis adamdı. Onun ardınca Xavyer Tebas devrilməlidi. O, İspaniya futbolunu parçalamaqla məşğuldu”.

Zvonimir Boban, Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi: “Tarixin ən yaxşı futbolçusu kimdi? Məncə 4 oyunçunu bir sıraya qoymaq olar. Pele, Maradona, “Fenomen” Ronaldo və Messi. Heç kim, heç kim topu Maradona kimi hiss etmirdi. Heç bir futbolçu bu baxımdan Dieqo ilə müqayisəyə gələ bilməz. Onun “Napoli”nin formasında yağışlı havada cərimə zərbəsi ilə “Yuventus”a vurduğu qolu görsəydiz... 13 metrdən (standart vəziyyət cərimə meydançasının daxilində təyin olunmuşdu – R.Y.) topu “canlı sədd”in üstündən qapıya göndərmişdi. Bunu yalnız o bacara bilərdi və Maradona belə epizodlara görə dahidi”.

Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Barselona” normal vəziyyətə nə vaxt qayıdacaq? Bu məsələ özlərindən asılıdı. Ola bilsin ki, top-oyunçularını satmaqla maliyyə planında irəliyə doğru böyük addım atsınlar. Yeri gəlmişkən, bizim liqamız maliyyə vəziyyətinə görə Avropada sonuncu yerdədi”.

Fabio Kannavaro, İtaliya yığmasının sabiq müdafiəçisi: “Son illər dünya çempionatlarında çox zəif nəticələr göstərmişik. 2006-cı ildə zəfərimizlə nəticələnən Berlindəki finaldan sonra iki dəfə qrupda qalmışıq, iki dəfə isə ümumiyyətlə, final mərhələsinə çıxa bilməmişik. Milli komandamızın problemlərinin həm rəhbərlik, həm də texniki planda olduğunu düşünürəm. İtaliya futbolunu gücləndirməliyik”.
Luis Rubiales, İFF-nin sabiq prezidenti: “Həmin anda İspaniyanın kişi futbolçusunu da öpə bilərdim? Şübhəsiz, 100 faiz!”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-09-2023, 20:0

Rubiales təslim oldu

Dünya futbolu

18-09-2023, 18:0

İMM Rubialesə qadağa tətbiq etdi

Dünya futbolu

27-08-2023, 14:0

Öpüş məsələsinə FİFA da qarışdı!

Dünya futbolu

30-08-2023, 18:0

Anası Rubialesə görə aclıq aksiyasına başladı

Maraqlı

26-08-2023, 23:0

Başabəla öpüş...

Dünya futbolu

1-09-2023, 21:0

Rubiales pandemiya vaxtı seks məclisləri təşkil edib?

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 129
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə