“Bayer-04” heyətini yeni futbolçu ilə gücləndirib.
“Football-plus.az” xəbər verir ki, Almaniyanın son çempionu Aleş Qarsiyanın transferini həll edib.
Leverkuzen klubunun rəsmi saytının yaydığı xəbərə görə, “Jirona”nın yarımmüdafiəçisinin keçidi 18 milyon avroya başa gəlib. 26 yaşlı futbolçu İspaniya klubunda 2021-ci ildən forma geyirdi. Aleş son mövsümdə bütün turnirlər nəzərə alınmaqla 40 matçda iştirak edib, komandaya 3 qol və 6 məhsuldar ötürmə ilə faydalı olub.