Pusi "Şamaxı"da

18.06.2024 12:13 347
Ölkə futbolu
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi "Turan Tovuz"la müqaviləsi başa çatan Belajdi Pusini heyətinə cəlb edib.

Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ilin yanvarından "Turan Tovuz"da çıxış edirdi.