• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Foqtsdan Santuşa qədər - KÖŞƏ

Yığma / Manşet

17-06-2024, 14:0

Allah İdris müəllimə rəhmət eləsin.

Füzuli rayonundan məcburi köçkün kimi gələn İdris müəllim bizə 90-cı illərin ortalarında riyaziyyatdan və fizikadan dərs keçirdi. Məktəbimizin kişi müəllimləri aldıqları maaşla ailələrini dolandıra bilmədiklərinə görə hərəsi bir tərəfə dağılmışdı. Ona görə də İdris müəllim qısa müddətdə məktəbimizin dərs-hissə müdiri vəzifəsinə qədər yüksəldi, şagirdlərə bilik verməklə yanaşı, təlim-tərbiyə işlərinə də nəzarət etməyə başladı. İdris müəllimin bizə dediyi gözəl kəlamların çoxunu indi də xatırlayıram. Onlardan da biri yalanla bağlı idi. Müəllimimiz deyirdi ki, bir yalanı danışıb, sonra onu ört-basdır etmək üçün daha 40 dəfə yalan danışmaq lazım gəlir, yoxsa o yalanının da üstü açılacaq.

Ümid edirəm ki, Azərbaycanda futbol sahəsində çalışan çox dəyərli cənablara da orta məktəbdə oxuyanda müəllimləri tərəfindən belə ibrətamiz kəlamlar söylənilib. Onlar da yaxşı bilirlər ki, yalanın ömrü çox uzun sürmür, onu gizlətmək mümkün deyil. AFFA-nın baş katibi Sərxan Hacıyev millimizə yeni baş məşqçi təyin olunan portuqaliyalı çalışdırıcı Fernando Santuşun maaşı ilə bağlı suala cavab vermək istəməyib: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox. Maliyyə tərəfini açıqlamırıq. Müqaviləmiz üçillikdi, bir il də artırılmaq şərti ilə. Təzminat, məbləğ məsələsini açıqlaya bilmərik”. Müqavilənin müddəti nəyimizə lazımdı, ay Sərxan bəy? Onsuz da bu müddət ərzində ciddi hansısa nəticə qazana bilməyəcəyik, Santuş da (Allah ona ömür versin) bir gün bizimlə çalışmaqdan bezəcək, təzminatını alacaq və ölkəsinə qayıdacaq.
İndi internet əsridi. AFFA açıqlamaq istəməsə də, 69 yaşlı çalışdırıcının Azərbaycanda qazanacağı məbləğin yüksək olduğunu təxmin etmək çətin deyil. Biz onsuz da belə şeylərin gizli saxlanmasına öyrəncəliyik. Ondan sonra mətbuatda müxtəlif rəqəmlər səslənir. AFFA isə bu rəqəmlərin şişirdildiyini, həqiqəti əks etdirmədiyini söyləməklə işini bitmiş sayır. Adama deyərlər ki, mətbuatda yazılan rəqəm doğru deyilsə, siz doğru olanı açıqlayıb. Bununla da söz-söhbətə son qoyulsun, hər şey də şəffaf şəkildə olsun. Onsuz da heç kim sizin əcnəbi çalışdırıcalara verəcəyini məvacibi həmin gəlmələrin əlindən tutub alacaq deyil. Belə olan halda rəqəmlərin gizli saxlanmasına nə gərək var? Bir də ki, maaşların gizli saxlanılması yaxşı təcrübə olsaydı, Avropanın qərbində, sivil dünyada belə davranardılar, heç bir mütəxəssisin və futbolçunun alacağı məvacib açıqlanmazdı.
Türkiyə mətbuatı bu ilin yanvarında “Beşiktaş”la anlaşan Fernando Santuşun məvacibin illik 3,3 milyon dollar olduğunu yazırdı. “Beşiktaş”ın sabiq, millimizin yeni baş məşqçisi İstanbul klubunda cəmi üç ay duruş gətirdi. “Samsunspor”la heç-heçə bitən oyundan sonra portuqaliyalı mütəxəssisi evə yola saldılar. “Beşiktaş”ın İdarə Heyətinin üzvü Onur Göçməz həmin oyundan sonra Santuşa təzminat kimi 500 min avro ödəyəcəklərini açıqlamışdı. Özü də fəxrlə bildirmişdi ki, bu 500 min avronu beş yerə bölüb, hissə-hissə verəcəklər. Guya ki, klubun büdcəsinə ağırlıq salmayacaqlar. Bu yerdə onu da qeyd edim ki, “qara-qartallar” onun rəhbərliyi altında çıxdığı 16 oyunda 7 qələbə qazanıb, 5 oyunda uduzmuşdular. Daha 4 oyun isə heç-heçə nəticələnmişdi. Ayrılıq qərarından sonra “Beşiktaş”dan verilən rəsmi açıqlamada 500 min avroluq təzminat təsdiqlənmiş, eyni zamanda da yanvarın 9-dan aprelin 14-nə qədər Santuşa 865 min 487 avro məvacib verildiyi qeyd olunmuşdu. Portuqaliyalının “Beşiktaş”da keçirdiyi üç aya görə təxminən 865 min məvacib alması onun bir il üçün elə 3 milyon avroya razılaşmasının təsdiqidi.

Bir neçə ay əvvəl “Beşiktaş”la 3 milyon avroya razılaşan Fernando Santuşun AFFA-dan da o qədər, bəlkə daha çox istəyəcəyinə isə heç şübhə etməyə dəyməz. Adam bizimkilərin qara qaş-gözünə aşiq olmayıb ki, yaşının bu vaxtında Azərbaycanda yaşamağa və işləməyə razılaşsın. Onu bura gətirən AFFA-nın verəcəyi milyonlardı. Biz o milyonların qarşılığında nə alacağıq? Bax, bu suala cavab vermək çox çətindi. Berti Foqtsla başlayan prosesin davamıdı. Bir növ dejavü yaşayırıq. Amma heç kefimizi pozmuruq. Alsınlar, aparsınlar. AFFA-nın əcnəbilərə münasibətdə səxavətli davranması bu günün hadisəsi deyil. Təəssüf ki, bu siyasət hələ də davam edir.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

3-01-2023, 18:0

"Sabah" futbolçusunu icarəyə verdi

İdman / Manşet

5-10-2023, 22:0

Aynur Sofiyeva vaxtsız vəfat edən müəllimini necə xatırladı?

Aktual / Manşet

13-12-2022, 13:0

"Neftçi TV"nin əməkdaşı dünyasını dəyişib

Ölkə futbolu / Manşet

11-07-2023, 21:0

Yunis Hüseynov dünyasını dəyişən Zakir Mahmudov haqda danışdı

Dünya futbolu

12-04-2022, 16:0

Droqba prezident vəzifəsinə namizəd oldu

Yazarlar

2-03-2023, 16:0

Gülərüz və nikbin Qəhrəman Əliyev - YAZI

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə