• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diakabi “Qarabağ”dan ayrılma səbəbini açıqladı - MÜSAHİBƏ

Manşet / Müsahibə

11-06-2024, 12:0

“Qarabağ” indikindən güclü heyət formalaşdırmaq üçün işə başlayıb.

Azərbaycan futbolunda yeni tarix yazan, Avropada şöhrət qazanan “köhlən atlar” legionerləri “ələkdən keçirməyə” başlayıb. Ağdam təmsilçisi ilk növbədə fransalı yarımmüdafiəçi Adama Diakabi ilə vidalaşdı.

2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, premyer-liqada 24 (beş qol), ölkə kubokunda 2 (iki qol), avrokuboklarda 7 oyun keçirib. Adama oyunu ilə nəinki azarkeşlərin, hətta rəqib klubların da diqqətini cəlb etmişdi. Bir neçə ay əvvəl, daha dəqiq desək, 24-cü turun “Sumqayıt”-“Qarabağ” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun “Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündü. Əsas heyət üzvü deyilsə, Diakabini bizə versinlər” demişdi. Son ilyarımda “Qarabağ”ın düşərgəsində olan fransalının klubdan ayrılmasını azarkeşlər də birmənalı qarşılamayıb. Belə ki, klubun rəsmi səhifəsində yer alan ayrılıq postuna “adamı boş yerə “rasxoda verdilər”, heyif bu cür oyunçudan. Hər oyuna çıxanda ya qol vurur, ya da assist edirdi. Keytaya verilən şans buna verilsəydi, tam başqa cür ola bilərdi. Bu adam Mbappenin yerini doldurmaq üçün “Monako”ya alınmışdı, yəni o cür potensial var bu futbolçuda”, “Diakabi kimi oyunçunu heyf, çox oynatmadılar, potensialı vardı, ilk əvvəllər özünü göstərdi, sonra nədənsə çox oynamadı”, “niyə gəldi, niyə getdi, bir Qurban müəllim bildi, bir də Adama. Bəlkə də heç özü də bilmədi. Mənim buna ümüdün çox böyük idi. Sürəti və dəqiq zərbələri yaxşı idi. Amma şans vermək lazım idi”, “Musa Qurbanlıdan, Nərimandan min dəfə keyfiyyətli oyunçu idi” kimi onlarla rəy yazılmışdı. Bəs futbolçunun “Qarabağdan getməsinə nə səbəb oldu?

Daha dəqiq məlumat almaq üçün suallarımızı birbaşa Adama Diakabiyə ünvanladıq.
- Azərbaycandakı fəaliyyətini bitirdin. Əvvəlcə bununla bağlı təəssüratını bilmək istərdim.
- Şəxsi baxımdan çox gözəl vaxtlar keçirdim. Azərbaycan barədə təəssüratlarım çox yüksəkdi. Orda bir ildən çox yaşadım. Düşünürəm ki, idman baxımından daha yaxşı ola bilərdi.

- “Qarabağ”dan ayrılmağının səbəbin nə oldu? Belə ayrılığa hazır idin, yoxsa sənin üçün də gözlənilməz oldu?
- Sadəcə, müqaviləmin müddəti başa çatdı. Heç bir tərəf bunu uzatmaq istəmədi. Məncə, bu qərar hamı üçün uyğun oldu. Onlara da uğurlar arzulayıram.

- “Qarabağ”da iki dəfə çempion oldun, kubok qazandın.
- Çox yaxşı təcrübə olduı. Və bu mövsüm iki mükafat qazandığım üçün xoşbəxtəm. Komandada mövsüm hamı üçün gözəl keçdi. Yeni uğurlara imza atıldı. Sevinirəm ki, bu uğurların bir parçası olmuşam.

- “Qarabağ”a gələndə təəssüratın necə idi, indi necədi?
- Yaxşı, ancaq müsbət təəssüratlar var. “Qarabağ” əvvəllər onsuz da tanınırdı. Avropa komandaları ilə duellərdə mərhələ keçəndə daha çox şöhrət qazandı. Bu çətinliyin öhdəsindən gəlmək həyəcanverici idi.

- Ümumiyyətlə, Azərbaycan çempionatını necə görürsən, nə yaxşıdı, nəyi dəyişmək lazımdı?
- Düşünürəm ki, çempionat ümumilikdə son illərlə müqayisədə yaxşılaşıb. Lakin hələ görüləsi işlər var. Oyunların daha maraqlı keçməksi üçün stadiona çox tamaşaçı cəlb etmək lazımdı.

- Komandada forma geydiyin müddətcə yerli və əcnəbi futbolçulardan kimlərlə dost münasibəti qurdun?
- Bütün komanda üzvləri ilə (gülür). “Qarabağ” bir kollektivdi. Ora daxilsənsə, hər kəslə münasibət qurursan. Yəni isti münasibəti çox gördüm.

- Yenidən Azərbaycanda oynamalı olsaydın, hansı klubla müqavilə bağlayardın?
- Bilirəm, maraqlanan var. Amma daha heç nə deməyəcəyəm. Nə vaxt belə bir şey olsa, xəbər tutacaqsız.

- Hazırda danışıq apardığın Azərbaycan və ya başqa ölkə klubu var?
- Nəyin daha yaxşı olduğunu düşünmək üçün vaxta ehtiyacım var.

- Sonda azarkeşlərə nə demək istərdin?
- Azarkeşlərə və məni sevənlərə ürəkdən təşəkkür etmək istəyirəm. Həmçinin dəstəklərinə görə onları sevdiyimi deyin.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

9-09-2023, 20:0

Diakabi "Qarabağ"dan ayrılır? - RƏSMİ AÇIQLAMA

Premyer-liqa

3-06-2024, 18:0

“Qarabağ”da ayrılıq

Aktual / Ölkə futbolu

27-02-2024, 17:0

“Samir Abasovun o fikirləri səsləndirməsi “gileylənmək” anlamına gəlir ki?”

Premyer-liqa

13-01-2023, 16:0

"Qarabağ"dan ilk rəsmi transfer

Ölkə futbolu / Manşet

20-09-2023, 12:0

“Qarabağ” iki əcnəbi ilə yolları ayırır

Ölkə futbolu / Yazarlar

19-01-2023, 19:0

Ulduzlarla eyni meydanı bölüşən Diakabi

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə