• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arda Gülər Madriddə ilk mövsümü 6 qol və 3 titul ilə tamamladı

Dünya futbolu

5-06-2024, 22:0

Ötən yay hay-küylü şəkildə “Fənərbaxça”dan “Real”a keçən Arda Gülər üçün İspaniyanın paytaxtında ilk mövsüm başa çatdı.

“Football-plus.az” xəbər verir ki, gənc türkiyəli ulduzun ilk mövsümünə birmənalı qiymət vermək çətindi. Solaxay futbolçu bir tərəfdən mövsümün böyük hissəsində müxtəlif səbəblər üzündən komandaya yardım edə bilmədi. 2023/24-də o, cəmi 12 rəsmi oyuna çıxaraq 6 qolluq fayda verdi. Çempionlar Liqasında isə bir dəqiqə də meydana çıxmadı. Amma digər tərəfdən, Arda ÇL də daxil olmaqla mövsümü 3 titulla tamamladı! Türkiyəli futbolçu öz səhifəsindəki paylaşımında bunları yazdı:

“İlk mövsümümdə sonluğun belə gözəl alınmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu möhtəşəm kollektivin bir parçası olmaq mənə qürur və sevinc bəxş edir. Ən böyük arzum 16-cı Çempionlar Liqasını qazanacaq komandada önəmli bir rol oynamaqdı”.


Ən əsası Arda Gülər ÇL kubokunu başı üzərinə qaldıran ilk türkiyəli futbolçu oldu. Bu mövzuya bir qədər geniş toxunmağa ehtiyac var. Çünki sosial şəbəkələrdə bununla bağlı çoxlu yalan məlumat dolaşır. Əvvəla qeyd edək ki, Arda Gülərin mövsüm ərzində bir dəqiqə belə oynamadığı üçün UEFA tərəfindən şəkildə ÇL-in qalibi hesab olunmaması barədə deyilənlər cəfəngiyyatdı. UEFA-nın bununla bağlı heç bir rəsmi qərarı yoxdu (oxucularımızdan kiminsə əlində UEFA-nın bununla bağlı rəsmi qərarının olmasına dair sübut varsa, həmin şəxsləri redaksiyamıza dəvət edirik). ÇL medalını boynundan asan futbolçunun bu turnirin qalibi sayılmaması mümkün deyil. Ardanın bu turniri qazanan ilk türkiyəli olmasına da sosial şəbəkələrdə sübhə ilə yanaşanlar var. Bir çoxları Berkant Göktanın 2000/01-də “Bavariya” ilə ÇL-in qalibi olmasını “gözə soxur”. Bəli, sonradan “Qalatasaray” və “Beşiktaş”da da top qovmuş Berkant həmin mövsüm həqiqətən də Münhen nəhənginin heyətində yer alırdı. Amma qürbətçi futbolçu 2000/01-də “Bavariya”nın əsas yox, ikinci komandasında çıxış edib. Həmin mövsüm ÇL-də onun adı yalnız bir dəfə iştirak ərizəsinə düşmüş və o, heç bir matçda meydana çıxmamışdı. Amma burda əsas meyar yığma məsələsidi. Berkant Türkiyənin aşağı yaş qruplarında ümumilikdə 64 dəfə meydana çıxıb. Hətta 2000-ci ilin oktyabrında paytaxtımızda gənclər yığmamızın da qapısına yol tapıb. Amma Berkant heç vaxt Türkiyənin əsas yığmasına dəvət almayıb! Arda Güləri də fərqləndirən əsas məqam onun Türkiyə yığmasının şərəfini qoruyaraq ÇL-i qazanan ilk futbolçu olmasındadı! Ardaya qədər “ay-ulduzlular”ın heç bir üzvü bunu bacarmamışdı. Srağagün “Real”ın ÇL-dəki qələbəsinə həsr olunmuş tədbirdə Madrid küçələrinə 500 mindən çox insan axışdı. Həmin tədbirdə maraqlı bir olay yaşandı. Ançelotti mikrofonu əlinə alaraq “sizi çox özəl bir futbolçu ilə tanış edəcəm, Arda Gülər” ifadəsini işlətdi. Məşqçisindən mikrofonu qəbul edən Arda isə bir qədər utancaq formada ispan dilində “salamlar, madridista, biz bir ailəyik, hər şey üçün təşəkkürlər” deyərək Ançelotti ilə qucaqlaşdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-12-2023, 23:0

Arda Gülər 2023-də debüt edə bilmədi...

Dünya futbolu

10-11-2023, 19:0

Arda Gülər yenə zədələnib?

Dünya futbolu

20-11-2022, 23:0

Arda Gülər yığma tarixində ilk ''3-lüy''ə düşə bilmədi

Dünya futbolu

1-03-2024, 00:0

Arda Gülər “Real”da xoşbəxt deyil

Dünya futbolu

3-01-2024, 16:0

Arda Gülər bu gün debüt edə biləcək?

Dünya futbolu

6-07-2023, 17:0

Arda Gülər "Real"da

Aktual
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Son xəbərlər
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Dünən, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Dünən, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Dünən, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Dünən, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Dünən, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • 26-06-2026, 23:0
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
Daha çox
Oxunub: 415
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 266
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə