“Arsenal”ın ardıcıl ikinci dəfə premyer-liqada 2-ci yeri tutması rəhbərliyi adekvat addım atmağa vadar edib: komandadan birdən-birə 22 futbolçu ayrılmalı olub.
“Football-plus.az” xəbər verir ki, amma komandanı tərk edənlər heç də vacib oyunçular deyil. London klubunun rəsmi saytının məlumatına görə, rəhbərlik çox sayda futbolçunun müddəti bu yay bitəcək müqaviləsini yeniləməyib. Başqa sözlə, Mauro Bandeyra, Omari Benjamin, Luis Braun, Katalin Kirjan, Noa Koper, Sabrina D’Anxelo, Henri Deyvis, Ovie Ejeri, Məhəmməd Elneni, Teylor Foran, Haber Qratçzuk, Ceyms Hillson, Henri Ceffkott, Tayris Con-Cils, Aleks Kirk, Ceyms Lannin-Svit, Keylan Markkiz, Vivian Midema, Artur Okonkvo, Kamarni Rayan, Sedrik Suares və Kido Teylor-Hart “topçular”ın sıralarını tezliklə tərk edəcəklər. Məlumatda həmçinin klubun Amario Koze Düberri, Karl Heyn və Ruel Uolterslə müqaviləni yeniləmək üçün danışıqlar apardığı da bildirilib.
Qeyd edək ki, “Arsenal” premyer-liqanın 2023/24 mövsümündə 89 xal toplayıb. Mikel Artetanın komandası çempion “Mançester Siti”dən 2 xal geri qalıb.