Miinifutbol yığmamız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ilk iki oyundan qalib ayrılıb.
Əvvəlcə Belçika (3:0), ardından İtaliya (2:1) məğlub edilib. "Football-plus.az" olaraq, fikirlərini öyrənmək üçün millinin baş məşqçisi Elşad Quliyevə müraciət etdik:
"Qrupda iki oyun keçirdik və hər ikisində də qələbə qazandıq. Hazırda 1-ci yerdəyik. Hər iki matçda uşaqlar çox böyük əziyyət çəkdi. Yaxşı oyun göstərirlər. Hər birini təbrik edirəm. Ümid edirəm ki, sona qədər belə nəticə göstərməyə davam edərik".
Yığma bu gün Bakı vaxt ilə 19.00-da Fransa yığmasıyla qarşılaşacaq.
GÜNAY SÜLEYMANOVA