• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əziz Yıldırım ideyanı ortaya atdı, Əli Koç anlaşdı - ARAŞDIRMA

Dünya futbolu

3-06-2024, 22:0

“Fənərbaxça” camiəsində çox hərəkətli günlər yaşanır.

“Football-plus.az” xəbər verir ki, çempionluq həsrətinin 10 ilə yüksəlməsi üzündən belə görünür ki, bu yay yenə komandada ciddi dəyişikliklər baş verəcək. 2014-cü ilə qədər “Fənər”in tarixi ərzində çempionluq həsrəti maksimum 6 mövsümə (1989-96) bərabər olmuşdu. Yəni camiənin bu göstəricidə antirekordu ildən-ilə yenilənir. Əli Koç həftəiçi vurğulamışdı ki, cümə günü yeni baş məşqçinin adı bəlli olacaq. Dünən bu mövzuda diqqətçəkən yeniliklər baş verdi.

Kartal dönəmi başa çatdı
Əvvəlcə qeyd edək ki, dünən etibarilə İsmayıl Kartal “Fənərbaxça”dan ayrılmış oldu. Təcrübəli mütəxəssisin müqaviləsinin müddəti mayın 31-nə qədər nəzərdə tutulmuşdu. Tərəflər müddəti yeniləmədikləri üçün yollar avtomatik ayrıldı! Xatırladaq ki, İstanbul nəhəngi bu məşqçi ilə düz bir il öncə anlaşmışdı. Jorje Jezuş da çempionluq həsrətini bitirə bilməyərək ayrıldıqdan sonra “Fənər” rəhbərliyi camiəni yaxşı tanıyan yerli məşqçi axtarmağa başlamış və üstünlük Kartala verilmişdi. Bununla da 62 yaşlı mütəxəssisin “Fənərbaxça”da 3-cü dönəmi başlamışdı. O daha öncə 2014/15-də və 2021/22-nin 2-ci dövrəsində özünə doğma olan bu klubu çalışdırmışdı. Kartalın “Fənər”i elə bir mövsüm keçirdi ki, buna “uğursuz” deməyə adamın dili gəlmir. “Fənər” əvvəlcə ilk 10 turu xal itirmədən başa vuraraq ən yaxşı startla bağlı rekordu yenilədi. Bura avrokuboklar da əlavə olununca komanda mövsümün ilk 19 rəsmi oyunundan qələbə ilə ayrılaraq Türkiyə futbolunda ilkə imza atdı. Bu seriya 11-ci turda “Trabzonspor”a qarşı ev oyununda (2:3) qırıldı. Bu, komandanın superliqada mövsümdə ilk və yeganə məğlubiyyəti oldu. “Sarı-lacivərdlilər” növbəti 27 turda uduzmadılar (21 qələbə, 6 heç-heçə). Bundan başqa, “Fənərbaxça” mövsümü səfərdə uduzmadan tamamladı və ən əsası şəxsi xal rekordunu yeniləyərək 99 xal topladı. Komanda derbilərdə də əla təsir bağışlayaraq əzəli rəqiblər “Qalatasaray”la “Beşiktaş”a qarşı keçirdiyi 4 oyunda 12 mümkün xaldan 10-nu topladı. Hər halda, mövsümdən öncə kimsə “Fənərbaxça”nın 99 xal toplayacağını, derbilərdə uduzmayacağını və bütün bunlara, baxmayaraq çempion ola bilməyəcəyini desəydi, həmin adam gülüş obyektinə çevrilərdi. Amma reallıq “Fənər” üçün acı oldu. Çünki “Qalatasaray” superliqa tarixində görünməmiş bir performans sərgiləyərək 102 xal topladı! Bir klub tarixinin ən uğurlu mövsümünü keçirərək çempion ola bilmirsə, bunu daha çox şanssızlıqla əlaqələndirmək olar. İstanbul nəhəngi digər turnirlər – ölkə kuboku və Konfrans Liqasında mübarizəni 1/4 finalda dayandırdısa, superkuboku “öz əli ilə” “Qalatasaray”a verdi. Superkuboku nəzərə almasaq, Kartalın 3-cü dönəminin rəqəmləri belə oldu: 57 rəsmi oyun, 45 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət. Çempionatda, yəni hər qələbəyə 3 xalın verildiyi bir turnirdə komanda hər oyuna orta hesabla 2,61 (!) xal topladı. Amma necə deyərlər, tarixdə yalnız çempionların adı qalır. İkincilər isə xatırlanmır. Ona görə də Kartalla yollar ayrıldı.

“Xüsusi” Türkiyəyə gəlir
İndi isə keçək əsas məsələyə. Dünən Türkiyə və Avropa mətbuatı, eləcə də sosial şəbəkələr “Mourinyo “Fənərbaxça”da xəbəri ilə “od tutub yanmağa” başladı. Məlum olduğu kimi, ünlü portuqaliyalı mütəxəssislə bağlı iddiaları ilk dəfə Əziz Yıldırım ortaya atmişdı. O, prezidentliyə namizədliyini açıqlayarkən Mourinyo ilə görüşdüyünü və ona təklif irəli sürdüyünü bildirmişdi. Amma son xəbərlərdə qeyd olunur ki, Mourinyo ilə Yıldırım yox, “Fənər”in hazırki başqanı Əli Koç anlaşıb. Koç “Fənər”in idman direktoru, Mourinyonun həmyerlisi Mario Branko ilə birlikdə ünlü məşqçi ilə danışıqlar apararaq onunla “2+1” illik anlaşma əldə etdi. Türkiyə mətbuatının yazdığına inansaq, Əli Koç srağagün Mourinyo ilə telefonda görüntülü danışaraq ona planları barədə geniş məlumat verdi. 61 yaşlı çalışdırıcı Koçun planlarını və layihələrini çox bəyəndi. Qeyd olunur ki, Koç Mourniyo ilə anlaşdıqdan sonra dünən Acun Ilıcalı ilə birlikdə Londona yollandı. O, bu gün portuqaliyalı ilə üzbəüz görüşərək son detalları müzakirə edəcək. Koç, Ilıcalı və Mourinyo bu gün birlikdə Çempionlar Liqasının finalını izləyəcəklər. Don Joze önümüzdəki həftə Türkiyə gələcək. Hadisələrin belə axarından sonra Mourinyo Əziz Yıldırımla bugünə planlaşdırılan görüşünü ləğv etməli oldu. Bütün bunlar o deməkdi ki, Əli Koç onsuz da favorit sayıldığı seçki ərəfəsində qalib gəlmək şansını bir qədər də artırdı. İyunun 8-9-da “Fənərbaxça”da prezident seçkisinin keçiriləcəyini də xatırladaq. Qısaca qeyd edək ki, Mourinyo futbol dünyasında 2000-ci illərin əvvəllərində “Portu” ilə qazandığı titullarla adından söz etdirməyə başlayıb. “Əjdahalar”la 2003-də UEFA kubokunu, 1 il sonra Çempionlar Liqasını qazanan “xüsusi” ləqəbli məşqçi sonrakı illərdə “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Roma”nın başında saysız-hesabsız titullar əldə edib. Konkret desək, o, indiyə qədər “Portu”da 6, “Çelsi”də 8, “İnter”də 5, “Real”da 3, “Yunayted”də 3 və “Roma”da 1 titul olmaqla ümumilikdə 26 titul qazanıb. Mourinyo bu göstəricidə futbol tarixində yalnız Aleks Ferqyuson (49), Xosep Qvardiola (38) və Mirça Luçeskudan (35) geri qalır. Amma bir çoxlarının fikrincə, Mourinyonun karyerası son illərdə enişdədi. Çünki onun qazandığı titullar ilk illərindəki qədər parlaq deyil. Son ölkə çempionluğunu o, 9 il öncə - 2014/15-də “Çelsi” ilə qazanıb. Sonrakı klublarda, yəni “Yunayted”, “Tottenhem” və “Roma”da çempion ola bilməyib. Halbuki “Fənər” onu çempionluq həsrətinə son qoymaq üçün gətirir. Başqa sözlə desək, Mourinyo təkcə “Fənər”in yox, həm də özünün çempinluq həsrətinə son qoymağa çalışacaq. Dünya futbolunda sayılıb-seçilən məşqçilərdən birinin Türkiyə klubunun başına keçməsi Avropa mətbuatında da böyük ajiotaj doğurub. İtaliya, Portuqaliya, İngiltərə, Fransa, İspaniya mətbuatı da bu təyinata geniş yer ayırıb.

Lukaku, Dibala, Talişka, Sörlot...
Bu arada Türkiyə mətbuatında yeni mövsüm üçün yaradılacaq heyətlə bağlı da ipucları peyda olub. Şayiələrə inansaq, “Fənərbaxça”nın son oyunlarının təkrarını izləyən ünlü mütəxəssis heyətdən razı qalıb. O, Əli Koçla telefon danışığı zamanı heyətin yaxşı olduğunu və o qədər də ciddi dəyişikliklərə ehtiyac duyulmadığını bildirib. Mourinyo prezidentdən maskimum 3-4 yeni transfer tələb edib. Amma bir şərtlə ki, bu isimlər səviyyəli olmalıdı. Ona görə də astronomik təkliflər gəlməyəcəyi təqdirdə “Fənər” liderlərini heyətdə saxlayacaq. İddialara görə Mourinyo “Fənər”in liderləri – Ceko və Fredlə əlaqə saxlayaraq onlardan komandanın son durumu barədə məlumat alıb. Heyətdə bu yay müqaviləsi başa çatacaq 5 futbolçu var. Onlardan biri – norveçli Coşua Kinq artıq klubdan ayrılıb. Əzələsini dartdığı üçün 2-3 həftəliyə sıradan çıxan və adı Türkiyənin AÇ-2024 üçün açıqlanan heyətindən çıxarılan Çağlar Söyüncü böyük ehtimalla müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıdacaq. Çünki “Fənər”in bu müdafiəçini daimi əsasda transfer edə bilmək hüququ yoxdu. Amma rəhbərlik Çağlar üçün son bir cəhd edərək yenə “Atletiko” ilə danışıqlar aparacaq. Müqaviləsi bitən digər 3 futbolçu isə Mişi Batşuayi, Mərt Hakan Yandaş və Sərdar Dursundu. Batşuayi ilə Mərtin klubda qalmaq ehtimalı yüksəkdi. Hər halda son qərarı Mourinyo verəcək. Sərdar Dursunun isə “Fənər”də qalmaq ehtimalı çox azdı. Onu da bildirək ki, Əziz Yıldırım Moruniyonun Əli Koçla anlaşmasını heç da xəyanət və ya faciə kimi qiymətləndirməyib. Əksinə onun sözlərinə görə hər iki namizədin eyni məşqçiyə göz dikməsi yaxşı haldı. Yəni kimin qalib gəlməsindən asılı olmayaraq Mourinyo istənilən halda “Fənər”də işləyəcək. Əziz Yıldırım yarızarafat, yarıciddi bunları deyib:

“Mənə təşəkkür etməlidilər. Onlara bu cür ideya verdim. Yoxsa yenə Kartalla yola davam edəcəkdilər. Ya da yığmanın baş məşqçisini gətirmək istəyirdilər. Dediyim məşqçi ilə anlaşdılar. İndi də futbolçuları açıqlayım, gedib anlaşsınlar. Birinci Lukakunu alsınlar. Çünki Mourinyo onu istəyir. Dibala ilə Talişka da gəlmək istəyir. Sörlot ilə də maraqlanmaq olar. Bir-ikisini həll etsinlər, qalanına biz seçildikdə baxarıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Dünya futbolu / Yazarlar

5-07-2023, 18:0

Yerli məşqçilər arasında rekordçu - YAZI

Dünya futbolu

11-05-2023, 13:0

''Fənər''in oyunçularına İstanbulu tərk etməyə icazə verilmədi

Dünya futbolu

23-06-2023, 18:0

Kartal “Fənərbaxça” üçün doğru seçimdimi?

Dünya futbolu

28-06-2023, 18:0

''Fənərbaxça''nın yeni baş məşqçisi 99 faiz bəllidi

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Dünən, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Dünən, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Dünən, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Dünən, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Dünən, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Dünən, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Dünən, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Dünən, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Dünən, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
Daha çox
Oxunub: 570
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 187
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə