Ələmdar Mustafazadə 2-ci liqa təmsilçisi “Kür-Araz”ın baş məşqçi postundan ayrılıb.
Təcrübəli çalışdırıcı bu barədə “Football-plus.az”a açıqlama verib. O, istefasının səbəbini rəhbərliyin qeyri-peşəkar davranışıyla əlaqələndirib:
“Qeyri-peşəkar davranışı özümə yaraşdırmadığımdan klubdan ayrıldım. Çox yaxşı komanda formalaşdırmışdım. İmişlidə də azarkeşlər daha çox “Kür-Araz”ın oyunlarına gəlirdi. Sadəcə, belə alındı”.
Xatırladaq ki, “Kür-Araz” son mövsümü 7-ci pillədə tamamlayıb.
KAMAL SƏFƏR