“Football-plus.az” xəbər verir ki, 2-ci liqa təmsilçisi son iki görüşdə “Qusar”a uduzub (1:2), “Dinamo” ilə heç-heçə edib (2:2). Komandanın uğurlu oyunlar seriyası qırıldımı? Baş məşqçisi Ələmdar Mustafayevə bu sualla müraciət etdik. Eyni zamanda mütəxəssisdən sabah “Şəfa”ya qarşı keçiriləcək səfər matçına hazırlıqla bağlı soruşduq:
“Hər iki oyunda rəqiblərimizdən üstün oyun göstərmişik. "Dinamo" ilə oyunda sona 5 dəqiqə qalana qədər böyük üstünlüyümüz var idi, hesabda 2:0 irəlidə olmuşuq. Müdafiədə ardıcıl iki səhv buraxdıq. "Şəfa" ilə oyuna ciddi hazırlaşırıq”.
Qeyd edək ki, Ələmdar Mustafayevin komandası 20 turdan sonra 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
KAMAL SƏFƏR





