• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sənan Abdullayev: “Əlimizdən gələnin maksimumunu etdik”

Ölkə futbolu / Manşet

1-06-2024, 21:0

Bilindiyi kimi, ölkədaxili futbol yarışları əsasən Peşəkar Futbol Liqasının təşkilatçılığı, bayrağı altında keçirilir.

Və artıq bir neçə turnirdə mövsüm başa çatıb. İrəlidə yalnız hər kəsin həvəslə gözlədiyi ölkə kubokunun finalı var. Belədə qurumun 2023/24 “futbol ili” üzrə fəaliyyəti, yaşadığı çətinliklər, qazandığı təcrübə, sonrakı planlar və başqa belə məsələlər diqqət mərkəzinə düşür. Dünən qurumun media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq, bütün aktual mövzular ətrafında söhbətləşdik.

– Sənan bəy, müzakirəyə fəaliyyətinizin ümumi dəyərləndirilməsiylə başlayaq.
– Məncə, işimizə sizin, futbol ictimaiyyətini və azarkeşlərin dəyər verməsi daha doğru olar. Xatırlayırsızsa, təyinatım ötən “futbol ili”nin sentyabrında olmuşdu. PFL olaraq, ağır məsuliyyətin altına girdik. 2-ci liqanın yaradılması, əvəzedicilər liqasının ayrılması və ölkə kubokuna 34 komandanın qatılması xüsusi anlar idi. 1-ci cə 2-ci liqadakı əksər komandaların bölgələri təmsil etməsi xüsusi zövq verirdi. Kubokun final matçını da əlavə etsək, 716 oyun təşkil etmiş olacağıq. Bu matçların 536-sı canlı yayınlandı. Tamaşaçılar iki liqanın oyunlarını, üstəlik ölkə kubokunun ilk mərhələlərinin qarşılaşmalarını PFL-in “yutub” kanalında izlədi. Ümumiyyətlə, bəlli strukturun yaradılmasına nail olduq. Ölkə kuboku istisna olmaqla yeni kuboklar təqdim edildi. Titulların dizaynı dəyişdirildi. Mükafatçılar artıq daha yüksək keyfiyyətli medallarla təltif olunurlar. Bu da nəticəyə təsir edir. Hər kəsin motivasiyası artır.

– İndiyə qədər qazandığınız təcrübə qurumun gələcək fəaliyyəti üçün nə dərəcədə faydalı olacaq?
– Liqaların sayının artırılması gərgin matçların çoxalmasıyla nəticələndi. Bir-birinin ardınca maraqlı oyunlar keçirildi. Bu vəziyyətlərdən çıxa bilmək bizim üçün faydalı oldu. Düşünürük ki, təcrübədən yararlanaraq növbəti mövsüm işimizi asanlaşdıracağıq.

– Dekabrda Peşəkar Futbol Liqasının rəsmilərinin ciddi bədən xəsarətləri alması ilə nəticələnən qəza baş verdi. Bu hadisə işlərin ümumi axarına necə təsir etdi?
– Xatırladım ki, mən Elxan Səmədovun PFL-ə gəlişindən sonra bu qurumda çalışmağa başlamışam. O, gəldiyi andan elə struktur formalaşdırıb ki, hər şey bir nəfərdən asılı deyil. Üzvlər bir-birinə kömək etməyə, lazım gələndə əvəzləməyə çalışır. Məhz bu birlik sayəsində işlərin öhdəsindən gəldiyimizi düşünürəm. Təbii ki, onların yoxluğu özünü göstərməyə bilməzdi. Lakin hamımız var gücümüzlə çalışdıq ki, bizə göstərilən etimadı doğruldaq. Elxan müəllim haqda onu deyə bilərəm ki, çox çətin anlarda belə idarəetməni əlində saxlayan bir şəxsdi. Həm məsləhətləri, həm də dəstəyi vasitəsilə bunu bacardı. Aslan müəllim də durumdan asılı olmayaraq, işini ən yaxşı formada görməyə çalışırdı.

– Növbəti mövsüm üçün hansı yeniliklər nəzərdə tutulub? Həmçinin müəyyən səhvlər varmı ki, onları düzəltmək niyyətindəsiz?
– PFL-in yeni saytı, demək olar ki, hazırdı. İnşallah, yeni mövsümdən təqdimatı olacaq. İnsanlar burda xəbərləri, lazım olan şəkil və videoları daha rahat əldə edə biləcək. Bununla yanaşı, bir çox komandaya kömək etməyə çalışırıq. Bu yöndə çalışmalar davam edəcək. Planlar çoxdu və daha yaxşısını etmək mümkündü. İnanıram ki, öhdəsindən gələcəyik. Geriyə baxanda aradan qaldırılmalı olan müəyyən səhvlərimiz də var. Təbii ki, hər şeyi düz etmək olmur. Buna ya gücümüz çatmır, ya da nəsə diqqətdən yayınır...

– Bəs hazırda klublarla münasibətlər necədi?
– Öz pəncərəmizdən hər şey yüksək səviyyədədi. İstər bəzi məsələlər üzrə anlaşmalar, istərsə də borclar baxımından işlər yetərincə qaydasına düşüb. Əvvəlki illərdən fərqli xeyli irəliləyiş var. Əksər komandalar borclarını ödəyib. Çox cüzi problemlər var ki, bu da yoluna qoyulacaq durumdu. Mövsümün sonunda həm rəhbərlik, həm də əməkdaşlar vasitəsilə bizə təşəkkür mesajları göndərilib.

– Bu dəfə bir çox baş məşqçi tərəfindən hakimliklə bağlı narazılıq eşitdik. Xüsusilə VAR sisteminin fəaliyyəti etirazlara səbəb oldu. Bununla bağlı yeniliklər gözləyəkmi?
– Düzü, biz təşkilatçı qurum olaraq, öhdəliklərimizi yerinə yetiririk. Bu məsələ ilə AFFA-nın İcraiyyə və Hakimlər komitələri daha sıx məşğul olur. VAR-dan yeni mövsümdə də istifadə olunub-olunmayacağını demək mümkün deyil. Təbii ki, belə problemlərin həlli geniş müzakirələr tələb edir. Belədə müəyyən mərhələyə gəlmək üçün zaman lazımdı. Çünki hazırda nəinki VAR olan, olmayan oyunlarla bağlı da problem çoxdu. Hər il daha yaxşının edilməsi üçün çalışıldığını bilirik. Ümidliyik ki, növbəti mövsümdə hər şey daha yaxşı olacaq.

– Futbolumuzun aktual problemlərindən biri də infrastrukturla bağlıdı. Bir çox klubun müasir standartlara cavab verən stadionu yoxdu. Hətta buna premyer-liqada da rast gəlirik. Məsələn, çoxu “Araz-Naxçıvan”ın elitadakı varlığından narazıdı...
– Bəli, bu, ölkə miqyasında problemdi. Stadionların sayı azdı. Əsasnaməyə görə, hər hansı klub premyer-liqa matçlarını keçirə bilmək üçün stadion təqdim edirsə, buna qarşı çıxa bilmərik. Yəni başqa idman qurğusunu icarəyə götürməklə elitada iştirak etmək mümkündü. Razıyam ki, belə problem var. Danmağa ehtiyac yoxud. Hazırda məşqlər keçmək üçün lazım olan meydançalar da azdı. Lakin bu sistemi qorumaq üçün bacardığımız qədər diqqətli olmalıyıq. Məsələn, “Araz-Naxçıvan”ın legioneri çoxdu. Onlar gəlib yararsız stadionda, əlverişsiz ot örtüyündə meydana çıxmaq istəməz.

– Bayaq vurğuladığınız kimi, 1-ci və 2-ci liqa oyunları, sadəcə, PFL-in “yutub” kanalında yayınlandı. Matçların daha geniş təbliği baxımından televiziyaya daşınması mümkündü?
– Təbii ki, nə vaxtsa həmin oyunlar televiziyaya daşına bilər. Lakin uzun illər televiziya təcrübəsi qazanan şəxs kimi deyə bilərəm ki, bunun üçün bir çox məqam var. Azarkeşlər bərbad stadionlarda keçirilən oyunları izləmək istəmir. Həmçinin bu, xoş mənzərə deyil. Televiziya isə mənzərə əsasında baxımlılıq ortaya qoyur. Qısası, biz də hansısa telekanallardan təklif gəlməsini, həmin qarşılaşmaları yayınlamaq istədiklərini eşitsək, sevinərik. İndiki halda belə layihələrin olmamasını isə anlayışla qarşılayıram. Məncə, infrastruktur yüksək səviyyəyə qalxandan sonra, təbii ki, bu düşüncəni reallaşdırmaq olar. Amma yaxın zamanda belə addım atılacağına inanmırıq. Hamı görür ki, maksimum səviyyədə “CBC Sport” kanalıyla anlaşırıq. Sağ olsunlar, bu baxımdan bizə istənilən dəstəyi göstərirlər. İş orasındadı ki, onları qınamaq olmur. Çünki normal şərait yoxdu. Bəzən 1-ci və 2-ci liqa oyunlarını işıqlandırmaq məqsədilə stadionlara getsələr də, hətta kameralarını quraşdırmaq üçün yer tapa bilməyiblər. Bütün bunları nəzərə almaq lazımdı. Azarkeşlər hələ ki aşağı liqaların matçlarını PFL-in “yutub” kanalı vasitəsilə izləməli olacaqlar.

– Növbəti problem oyunları izləyən azarkeş sayıyla bağlıdı. Düzdü, “Turan Tovuz”un ev oyunları bu mənada fərqlənir. Lakin başqa klublar üçün həmin fəallıqdan danışmaq çətindi...
– Hər klub azarkeş dəstəyinin artırılması üçün çalışmalıdı. Biz, sadəcə, dəstək olmağa çalışırıq. Sayın artırılması yönündə öhdəliyimiz olmasa da, istəyirik ki, matçlar dolu tribunalar önündə keçirilsin. Klublarla işlər gedir. Yetərincə planımız var. Növbəti mövsümdə bununla bağlı müəyyən cəhdlərimiz olacaq.

– “Futbol ili” həm də 2-ci liqanın yaradılması fonunda əlamətdar oldu. Məhz bu çempionatla bağlı yaşanan çətinliklər və görülən işlər haqda məlumat almaq istərdim.
– Bu liqanın yarıpeşəkar səviyyədə olması müəyyən məsələlərdə fayda verdi. Bilindiyi kimi, dövlət tərəfindən həmin komandalara 50 min manat ayrıldı ki, bu, ən minimal tələblərin yerinə yetirilməsinə kömək etdi. Eyni zamanda, turnirin həvəskar statusu xeyli futbolçunun komandalara cəlb edilməsinə şərait yaratdı. Bu klublar, təbii ki, az büdcəylə yüksək maaş verə bilmir. Lakin bir çox oyunçu minifutbolda da oynayaraq bəzi tələbləri qarşılaya bildilər. Belədə klublar mövsümün sonuna qədər ayaqüstə qaldı. Yəni təsadüfi deyil ki, bütün komandalar ən minimal tələbləri son oyuna qədər yerinə yetirdi. Çatışmazlıqlar, təbii ki, oldu. Bir çox klublara yeni əməkdaşlar cəlb edildi. Sirr deyildi ki, onların çoxu belə yarışlara ilk dəfə qatılırdı. PFL olaraq, bir çox prosesin idarə olunmasından kömək etməyə çalışdıq. Sağ olsunlar, onlar da dediklərimizə əməl etmək üçün əllərindən gələni əsirgəmədilər. Həqiqətən bu liqada fədakar insanlar var. Əlbəttə, futbolsevərlər istəyir ki, infrastruktur yaxşı olsun. Bir çox bölgə üçün belə tələbləri normal qarşılayırıq. Bir yandan da düşünürük ki, yaxşı Olimpiya Kompleksləri var. Gələcəkdə həmin stadionlar daha yaxşı vəziyyətə gətiriləcək. Buna qətiyyən şübhə etmirik. Artıq klub rəsmiləri də təcrübə qazandıqlarını və növbəti mövsümdə daha yaxşı işlər görə biləcəklərini dilə gətirir. Sevindirici məqamlardan biri də xeyli bölgədə futbola marağın yaranmağa başlamasıdı.

– Sənan bəy, sonda PFL-in 2023/24 mövsümündə gördüyü işləri 10 ballıq şkalayla qiymətləndirə bilərsizmi?
– Düzü, onun tərəfdarıyam ki, buna biz özümüz qiymət verməyək. Məncə, doğru olmaz. Var gücümüzlə çalışsaq da, deyə bilmərik ki, bütün işlər tam istənilən kimi alındı. Hələ planlar var. Həll edilməli problemlər, yeni layihələr çoxdu. Biz əlimizdən gələnin maksimumunu etdik. Yeganə hədəfimiz qarşıdakı mövsümdə indiyə qədər ortaya qoyduğumuz işin daha yaxşısını etməkdi. Ümid edirik ki, buna nail ola biləcəyik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

22-02-2024, 21:0

Ölkə kubokunun finalı “Mehdi Hüseynzadə”də keçiriləcək? – RƏSMİ AÇIQLAMA

Ölkə futbolu

23-09-2022, 16:0

PFL rəhbərliyi "Sumqayıt"la görüşdü

Ölkə kuboku / Manşet

31-05-2024, 22:0

“Bu gedişlə stadionda anşlaq olacaq” – Sənan Abdullayev

Premyer-liqa / Manşet

10-12-2022, 15:0

PFL azarkeşlərin boykot qərarını xoş hal saymır

Ölkə futbolu / Manşet

1-10-2023, 16:0

PFL “Qəbələ”nin iradını qəbul etmədi

Aktual

22-01-2023, 11:0

PFL 28 oyundan 13-nü göstərib

Aktual
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Son xəbərlər
  • Bu gün, 09:11
    Messi Əlcəzairi darmadağın etdi, tarixi yenilədi - DÇ səhəri
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Dünən, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Dünən, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Dünən, 14:45
    MS-ni tərk edə bilər
  • Dünən, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Dünən, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Dünən, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Dünən, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 13:11
    Kapitan daha iki il "Zirə"də
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 278
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 264
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 231
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə