• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Pələng-adam” ləqəbli Di Qreqorio - A seriyasında mövsümün ən yaxşı qapıçısı Turinə yollanacaq

Dünya futbolu

1-06-2024, 18:0

Mayın 25-də İtaliya çempionatının A seriyasının 2023/24 mövsümünün ən yaxşılarının adları açıqlandı.

“Ən yaxşı qapıçı” nominasiyasında qalib gələn oyunçunun kimliyi bəziləri üçün bir qədər təəccüb doğurdu. Hər halda laureatların sırasına çempion “İnter”in qapısını qoruyan Yan Zommer yox, “Montsa”da çıxış edən Mikele Di Qreqorio düşüb.
Amma 26 yaşlı əlcək sahibi bir gün əvvəl adının İtaliya yığmasının Avropa çempionatı üçün açıqlanan ilkin siyahısına düşməməsinə görə məyusluq yaşamışdı. “Pələng-adam” ləqəbi ilə tanınan Mikele hələ ki baş məşqçi Luçano Spallettinin diqqət mərkəzinə düşə bilməyib. Kim bilir, təcrübəli mütəxəssis bəlkə də bir müddət sonra onu “skuadra adzurra”da sınamaq qərarına gələcək. Hələlik isə mövsümün ən yaxşı qapıçısını yaxından tanıyaq.

“Pələng-adam” üçün əlamətdar gün
Mikele artıq laureat statusu ilə mövsümün sonuncu turunun “Yuventus” ilə oyununda meydana çıxa bilərdi. Lakin Raffaele Palladino Turində mayın 25-də keçirilən matçda ehtiyat qapıçı Alessandro Sorrentinoya şans verməyi lazım bildi. Mövsüm ərzində 7-ci dəfə meydana çıxan 22 yaşlı qapıçı ilk hissədə Federiko Kyeza ilə ev sahiblərinin heyətində sonuncu dəfə oynayan Aleks Sandronun zərbələrinin qarşısını ala bilmədi. Matçdan sonra komanda yoldaşları kimi Di Qreqorio da 0:2 hesablı məğlubiyyətə görə məyus idi. Hərçənd bu nəticə “Montsa”nın yekun cədvəldəki mövqeyinə təsir etmədi: Palladinonun komandası mövsümü hər halda 12-ci yerdə başa vuracaqdı.

Amma Mikele üçün şənbə günü bu nəticə ilə sona çatmadı: axşam saatlarında “Yuventus” ilə “Montsa”nın onun keçidi ilə bağlı ilkin razılığa gəlməsi ilə bağlı xəbər yayıldı. Məlumatda turinlilərin “Pələng-adam” üçün 20 milyon avro ödəyəcəyi də bildirilirdi. Tanınmış jurnalist Canluka Di Martsio tərəflərin transfer məsələsində yalnız bir sıra detalların razılaşdırılmalı olduğunu qeyd edib.

Maraq üçün “Montsa”nın futbolçunu 2022-ci ilin yayında “İnter”dən 4 milyon avroya aldığını xatırladaq. Başqa sözlə, Di Qreqorio iki ildə 5 dəfə dəyər qazanıb. Bu isə təəccüblü deyil. A seriyasında 2022/23 mövsümündə debüt edən “Montsa” onun xidmətindən icarə əsasında 2020-ci ildən yararlanırdı. Komandanın bu liqadakı ilk mövsümü yetərincə yüksək – 11-ci yerdə başa vurmasında əlcək sahibinin də rolu oldu. Mikele mövsüm ərzində meydana çıxdığı 37 oyundan 10-da qapısını toxunulmaz saxladı və sonda ən yaxşı üç qapıçı sırasına layiq bilindi. Yenicə sona çatan mövsümdə isə “çərçivə”ni qoruduğu 33 matçda 36 top buraxdı. Onun 14 oyunu “quru” başa vurması, güman ki, ən yaxşı qapıçı adını qazanmasına daha çox təsir edib.
Məlumunuz olsun ki, o, komandanın tarixində ilk dəfə A seriyasına yüksəlməsində də mühüm rol oynayıb. Məhz B seriyasında keçirdiyi 2021/22 mövsümündə “Pələng-adam” ləqəbini alıb. Ona bu ad İtaliyada populyar olan Yaponiyanın istehsal etdiyi “Pələng maskası” cizgi filminin qəhrəmanının şərəfinə verilib. Yəqin ki, bu, səbəbsiz olmayıb. Axı Mikele pələngə xas xüsusiyyətlərə malikdi: zərbəyə qeyri-adi reaksiyası, tullanışı ilə bu heyvanı xatırladan əlcək sahibinin müdafiəçi oyundaşlarının üstünə “nərildəməsi”ni görməyə dəyər!..

“İnter” ona heç vaxt inanmayıb
1997-ci ildə Milanda doğulan Mikele “İnter”in yetirməsidi. Əlbəttə, uşaq yaşlarından “neradzurri”nin qapısını qorumağı arzulaması təbiidi. Onun yaşadığı mənzilin divarlarını Françesko Toldo ilə Julio Sezarın, sonra isə Samir Handanoviçin posterləri bəzəyirdi. Mikele yaxşı şagird idi. “İnter” ilə bir neçə dəfə yeniyetmələr arasında təşkil edilən turnirlərin qalibi olmuşdu. Lakin klubun əsas komandasında oynamaq ona qismət olmayıb. Oynamaq nədi, heç “İnter”in ehtiyat oyunçular skamyasında belə görünməyib.

19 yaşında olarkən klubu onu ilk dəfə “Renate”yə icarəyə verdi. C seriyasının 2017/18 mövsümündə komandanın 33 oyununda iştirak edən Di Qreqorio növbəti mövsümdə elə bu liqada çıxış edən “Novara”nın qapısını 30 matçda qorudu. Sonrakı mövsümdə isə “Pordenone”nin formasında B seriyasında 33 oyunda meydana çıxdı. İtaliya futbolunun aşağı divizionlarındakı mübarizələr gənc futbolçunu bir idmançı kimi bərkitdi. Tez-tez oyunları “quru” başa vuran qapıçı öz ampluasında ən yaxşı seçilirdi. Və doğma klubunun ona şans verəcəyini gözləyirdi. Amma nədənsə, “İnter”in məşqçiləri onu ciddi qəbul etmirdilər. Buna görə məyusluğu ildən-ilə dərinləşən Mikele eyni zamanda kumiri Toldonun aqibətini də xatırlayırdı. Axı doğma klubu “Milan” da uzun müddət Françeskoya etinasız münasibət bəsləmişdi.
“İnter” 2020-ci ilin yayında gənc futbolçunu növbəti dəfə icarəyə göndərdi. B seriyasına yenicə çıxan “Montsa”da heyətin gücləndirilməsinə ehtiyac duyulurdu. Əsası 1911-ci ildə qoyulan klub bir qayda olaraq ölkə futbolunun aşağı liqalarında var-gəl edib. Ötən əsrin 70-ci illərində yüksəliş dövrünü yaşayan komanda bir neçə dəfə A seriyasına vəsiqə qazanmağa yaxın olub. Lakin bütün cəhdləri uğursuz alınıb. Bir müddət sonra isə daha aşağı liqaya düşən klub müflisləşmə həddinə yaxın olub. Belə vəziyyətdə montsalıların dadına Silvio Berluskoni çatdı. Maraq üçün qeyd edək ki, “Montsa” 90-cı illərdə məşhur biznesmen və siyasətçinin sahibi olduğu “Milan”ın fan-klubu statusunu daşıyıb. Ölkə nəhəngi ilə vidalaşan Berluskoninin 2018-ci ildə ağır maliyyə vəziyyətində olan “Montsa”ya sahib çıxması İtaliya ictimaiyyətində sensasiya kimi qarşılanmışdı. Klub yeni sahibin gəlişi ilə ilk növbədə iqtisadi böhrandan qurtuldu və sonra sürətli inkişaf mərhələsinə keçdi. Di Qreqorio məhz bu dövrdə montsalıların sıralarına qoşuldu. Və bu komandanın da vacib oyunçularından birinə çevrildi. Əvvəlcə onun icarə müqaviləsi birilliyə yeniləndi, sonra isə rəhbərlik qapıçını “İnter”dən birdəfəlik almağı lazım bildi. Milanlılar əvvəlki kimi, ehtiyac duymadıqları Mikeleni 2022-ci ildə montsalılara satdılar: əvəzində 4 milyon avro irəli düşdülər. Beləliklə, “Pələng-adam” uşaqlıq arzusu ilə də birdəfəlik vidalaşdı...

“Montsa” üçün A seriyasında start çox pis alındı: ilk 5 oyunda məğlubiyyət çoxlarında bu komandanın mövsümün sonunda gəldiyi yerə qayıdacağı fikrini oyatmışdı. Amma komanda növbəti turlarda tədricən xal ehtiyatı toplamağa başladı. Əlbəttə, “İnter” ilə matçlar Mikele üçün vacib əhəmiyyət daşıyırdı. Milanlılarla ilk ev oyunu 2:2 hesabıyla bitdi. Denzel Dyumfrisin son dəqiqələrdə topu öz qapısına göndərməsi debütanta xal qazandırdı. Milanda keçirilən matçda isə yerli tifozi necə bir qapıçını əldən verdiklərinə əyani şahidlik etdilər. Oyunboyu yetirməsinin qoruduğu qapıya hücumlar təşkil edən Simone İnzaqinin komandasının bütün cəhdləri uğursuz alındı. Sona yaxın Luka Kaldirolanın vurduğu yeganə qol isə montsalılara qələbə qazandırdı!
Həmin oyun ərəfəsində Andre Onananın yayda “Mançester Yunayted”ə yollanacağı böyük ölçüdə məlum idi. Ola bilsin ki, Mikeledə doğma klubunun, nəhayət ki, onu xatırlaya biləcəyi ilə bağlı fikir oyanmışdı. Lakin milanlılar Onananın yerinə isveçrəli Zommerə üstünlük verdilər. İşə bax ki, Di Qreqorio bir neçə gün əvvəl məhz onu arxada qoyaraq mövsümün ən yaxşı qapıçısı adına yiyələndi!..

Turindəki perspektivləri
“İnter”dən fərqli, “Yuventus” onun bacarıqlarına inandı. Turin klubu neçə vaxtdı Voytsex Şçensnıya laqyiqli xələf axtarırdı. Polşalı qapıçı artıq 34 yaşındadı. Onun növbəti mövsümdən turinlilərin əsas heyətində oynamaq perspektivi dumanlı bir qədər görünür. Mövsümboyu bir sıra qapıçıları nəzərdən keçirən “Yuventus” Mattia Perinə əsas heyətdə daimi yer vermək istəmədi və məhz Mikeleyə üstünlük verdi.

Aydın məsələdi ki, belə böyük kluba gəlməklə dərhal əsas qapıçı statusunu qazanmaq eyni hal sayıla bilməz. Çox uzağa getməyib Perinlə bağlı əhvalata qısaca toxunaq. Mattia 2018-ci ildə Turinə A seriyasında oynayan ən perspektivli qapıçılardan biri kimi gəlmişdi. O, həm də milli komandaya namizəd sayılırdı. Lakin “Yuventus”a məxsus olduğu 6 il ərzində ölkə çempionatında bu komandanın qapısını heç 30 oyunda belə qorumaq şansı qazanmayıb (28 oyun keçirib). Şçensnı gənc olmasa da, təcrübəsi ilə hələ ki komandaya faydalı olmağı bacarır. Polşalı əsas heyətdəki yerini asanlıqla verənə oxşamır. Hətta 20 milyona alınacaq Di Qreqorioya da “gəl, keç yerimə” deməyi düşünmür. Voytsexin müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq. Bu yay satılmasa, startdakı yeri uğrunda mübarizə aparacağını düşünmək olar. Bir də ki, ortababların sıralarında parlayan hər qapıçı nəhənglərin əsas heyətində dərhal möhkəmlənə bilmir.

Daha bir nüans var. Hələ ki “Yuventus”un yeni baş məşqçisi təyin olunmayıb. Massimiliano Alleqrinin xələfinin kimə üstünlük verəcəyi də bəlli deyil. Bu səbəblərdən Mikele üçün yeni klubda keçirəcəyi ilk mövsüm ciddi sınaq xarakteri daşıyacaq. Hər şey heç də ondan asılı olmayacaq. Amma “Pələng-adam”ın işləri ilk vaxtlardan yaxşı getsə, “Yuventus”da uzun müddət qapını qoruya bilər. Bax, onda “skuadra adzurra”ya da özü üçün yol açar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-10-2023, 15:0

“Skuadra adzurra”nın rekordçusu oldu

Dünya futbolu

13-02-2023, 15:0

17 ildən sonra bəraət aldı

Dünya futbolu

15-09-2022, 22:0

A seriyasında bir istefa, bir təyinat

İdman

23-12-2022, 17:0

Tayson üç pələngə görə 150 min dollar ödəyibmiş

Dünya futbolu

8-08-2023, 20:0

“İnter”ə keçidi rəsmiləşdi

Aktual
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
"Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
“Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
“45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
Son xəbərlər
  • Bu gün, 21:55
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
  • Bu gün, 21:21
    “Düzünü desəm, Serbiyada belə nəticədən sonra hamını qovardılar”
  • Bu gün, 20:50
    “Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
  • Bu gün, 20:19
    Yarımfinal cütləri müəyyənləşdi
  • Bu gün, 19:48
    “İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
  • Bu gün, 19:17
    “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO
  • Bu gün, 18:46
    “Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
  • Bu gün, 18:15
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Bu gün, 17:49
    "Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
  • Bu gün, 17:29
    Sadə final, amma anşlaq… - PFL “Sabah” – “Zirə oyununa necə hazırlaşır?
  • Bu gün, 16:58
    UEFA A kateqoriyalı qapıçı məşqçi kursu başa çatdı
  • Bu gün, 16:27
    "Neftçi Socar" Dünya Seriyasının 1/4 finalında
  • Bu gün, 15:56
    MY 150 milyonu kimlərə xərcləyəcək?
  • Bu gün, 15:25
    Bakıda “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatdı
  • Bu gün, 14:52
    Pley-offun ilk 9 iştirakçısı məlumdu
  • Bu gün, 14:32
    Avropanın ən “uzunömürlü” məşqçiləri... - Qurban Qurbanov yalnız Şmidtdən geri qalır
  • Bu gün, 14:01
    "Məqsəd oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi" - "CBC Sport" bəyanat yaydı
  • Bu gün, 13:53
    “Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
  • Bu gün, 13:22
    Mbappe “El Klasiko”da iştirak edəcək?
  • Bu gün, 12:52
    Neymar oyundaşını vurdu, sonra ondan üzr istədi
  • Bu gün, 12:31
    "İmişli"nin əməkdaşları "Trabzonspor"un qonağı oldu
  • Bu gün, 12:00
    Zamiqlə Vüsal Albaniyada qarşılaşdı
  • Bu gün, 11:29
    "Şaxtyor" çempionluq yolunda daha bir ciddi maneəni aşdı - İCMAL
  • Bu gün, 10:58
    A seriyasında ayın ən yaxşı qolunu Hakan Çalhanoğlu vurub
  • Bu gün, 10:27
    Çempionluğun taleyi “el klasiko”ya qaldı - İCMAL
  • Bu gün, 09:56
    “Arsenal”: 55 il əvvəlki kimi…
  • Bu gün, 01:03
    Finalın adı: PSJ - "Arsenal"!
  • Bu gün, 00:31
    “45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
  • Bu gün, 00:01
    İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
  • Dünən, 23:21
    “Atletiko” UEFA-ya şikayət etdi
  • Dünən, 22:37
    "Şəfa" çempion ola bilmədi, "Səbail" böyük hesabla qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:30
    Dünya çempionu üçün növbəti variant
  • Dünən, 22:07
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:28
    “Mingəçevir”də futbolçuların maaşı gecikir - rəhbərlik hər kəsi aldatdı, özünü də!
  • Dünən, 21:18
    Paytaxt klubunda istefa
Daha çox
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 158
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 151
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 143
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 136
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə