• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin işi elə uduzmaqdı

Manşet / Yazarlar

31-05-2024, 23:0

“Neftçi” – “Sabah” oyunundan sonra gecəni narahat yatmışdım.

Meydanı bizə dar edən “Sabah” qanımızı elə qaraltmışdı ki, nə səhər yeməyinə iştahım qalmışdı, nə də istirahət gününün dadını çıxarmağa həvəsim. Gün ərzində doğma klubumun bu günə düşməsinin səbəbləri haqda düşünür, telefonu əlimə alıb, qəlbində ağ-qara sevgisini qoruyan qarabəxt azarkeşlərin yazdığı fikirləri oxuyurdum.
Artıq evdə nəfəsimin daraldığını hiss edir, düşünməkdən yaranan ürək bulantısına dözə bilmirdim. Bəxtiyar Vahabzadən şeirindən bir bənd deyib, evdən çıxdım :
Fikirlər yığılır beynimdə qat-qat
Cavablar qorxulu, suallar yasaq.
Həyatı qanana ögeydir həyat
Onu qanmayana doğmadır ancaq.
İti addımlarla yanımızdakı parka yön alıram. Parkın ən axırında həmişə “Neftçi”nin stajlı azarkeşləri oturar, klubun durumunu, oyunlarını müzakirə edərdilər. Mən də yanlarında oturub, ağsaqqalara qulaq asar, arada fikir bildirər, Əmir kişinin “cavan oğlan, nə yazırlar” deməsindən sonra telefonu əlimə alıb, onlara “Neftçi”dən xəbərlər oxuyardım. Adətən, xəbərləşər, saat təyin edər və bu görüşləri zarafatla “Müşahidə Şurasının İclası” adlandırardıq.

Parka çatanda ən axırıncı skamyada Əmir kişinin tək oturduğunu görüb, sevinirəm. Salam verib, əyləşəndən sonra uzaqdan Polad dayının gəldiyini gördüm. Polad dayı ah çəkib əyləşir. Heç kimə dünənki oyun haqda danışmaq, lal sükutu pozmaq istəmirdi. Anlaşılandı. Axı onlar indiyədək deyə biləcəkləri hər şeyi demişdi. Mutu məşqçi təyin ediləndə Əmir kişi “axtarıb kimi tapdun sən”, Bojoviç təyin ediləndə isə onun 19 ildə 20 kluba məşqçilik etməsinə işarə ilə “bu gəlini gətirəndə baxmadız arvaddı, ya kişi”, - deyə etiraz etmişdi.
Polad dayı “Neftçi”nin gətirdiyi legionerlərin klub üçün faydasız olacağını, bəzilərinin ehtiyat oyunçular skamyasında dincələcəyini, bəzilərinin isə meydanda varlığı ilə yoxluğunun bilinməyəcəyini öncədən demişdi. Hətta Matiasın meydanda ağalıq etməsinin klubdaxili ab-havanı pozacağını, Emin Mahmudovun kölgəyə çəkiləcəyini öncədən proqnozlaşdırmışdı.
Polad dayıya sual verəndə ki, niyə belə oyuna görə futbolçulara cəriməsi kəsilmir, belə cavab verərdi:

“Çünki cəriməni öncədən müqavilə bağlayanda - 500 minə qol çəkdirib, 200 min verəndə edirlər.”


Və ya Polad kişinin qonşusu Ziyad müəllim Fərrux Mahmudov kluba baş icraçı direktor təyin ediləndə “Neftçi” futbolu basketbol kimi oynamağa başlayacaq”, Yens Andersson idman direktoru təyin olunanda isə “cibi özündən ağır gələr” deyib, “Neftçi”nin pulları havaya sovurmasına sərt etiraz etmişdi.

Emin Əmrullayev Müşahidə Şurasına üzv seçiləndə “Neftçi”ni təhsilimizin bügününə oxşatsalar, vay halımıza” deməsi hələ də qulağımda səslənir. Öz-özümə düşünürəm: necə olur ki, siravi azarkeşlər klub haqda doğru təhlil və mühakimələr yürüdə, düzgün proqnozlar verə bilir, amma “Neftçi” rəhbərliyi hər dəfə səhv qərarla yadda qalır? Elə bu an Mahmud babanın həmişə müzakirə vaxtı dediyi fikir yadıma düşür :
Niyə qabağa gedir avropalılar,
Çünki işi işbilənə tapşırır onlar.
Aydındı ki, pul qazanmaq üçün iş görmək lazımdı. Bəlkə “Neftçi” yeganə yerdi ki, böyük pullar üçün iş görməmək lazım gəlir.

Əmir kişi ilə Polad dayının üzünə baxanda Bojoviçin istefasının onların yarasına məlhəm olmadığını aydın görürdüm. Axı səhv idarəetmənin seçdiyi doğru məşqçi belə klubu düzgün istiqamətə apara bilməz...
Artıq sükutdan ürəyim sıxılmağa başlayır. Telefonu əlimə alıb, baxanda Əmir kişi sükutu pozur. Bu dəfə əsəbi şəkildə “nə yazırlar” soruşur. Mən də “feysbuk”da qarşıma çıxan azarkeş fikrini oxuyuram:
“Neftçi”nin 5-ci yer tutması münasibətilə Fərrux Mahmudov azarkeşlərə basketbol topu hədiyyə edəcək.”


Və beləcə sükut pozulur. Əmir kişi və Polad dayının “Allah bilir, bunun üçün büdcədən nə qədər pul siləcəklər” sualı ətrafında müzakirəyə başladığını görüb, sağollaşıram, oranı tərk edirəm.

FİKRƏT ABDUL
P.S. Çoxdan görmədiyim dostum Seyran müəllim üçün darıxsam da, təyin etdiyimiz görüşü təxirə salıram. Hər dəfə “Neftçi” uduzandan sonra əlini çiynimə qoyub, “fikir eləmə, Neftçi”nin işi elə uduzmaqdı” deyərək verdiyi təsəlli bu dəfə qəlbimi daha çox qıra bilərdi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

24-10-2022, 14:0

“Neftçi” Yusuf Lavalın durumunu açıqladı

Aktual / Ölkə futbolu

7-03-2024, 10:0

“Neftçi”nin mühafizə xidməti niyə azarkeşlərin qarşısını almayıb?

Aktual / Ölkə futbolu

12-10-2023, 14:0

"Neftçi"nin çörəyi sənə haram olsun!" – Araz Abdullayev ürək qoydu, sərt cavab aldı

Premyer-liqa / Manşet

2-04-2024, 23:0

“Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq”

Premyer-liqa

20-01-2024, 13:0

"Neftçi" "Sabah"la oyuna 3 itki ilə çıxacaq

Ölkə futbolu / Manşet

26-07-2022, 20:0

“Neftçi” azarkeşi “Football-plus.az” saytına müraciət etdi - AÇIQLAMA

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Dünən, 23:38
    Demçenko, indi günah nə səndədi, nə məndə... – YAZI
  • Dünən, 22:52
    "Bu qələbədə komanda işi var" - Valdas Dambrauskas
  • Dünən, 22:27
    AFFA “Futbol Təhsili Vebinarları”na start verdi
  • Dünən, 22:20
    "Futbolçularımı əzmlarlığına görə təbrik edirəm" - Rəşad Sadıqov
  • Dünən, 21:55
    "Sabah" "qızıl dubl" etdi! - YENİLƏNİB
  • Dünən, 20:55
    Karateçilərimiz 6 medal qazandı - AÇ
  • Dünən, 20:24
    Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu
  • Dünən, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Dünən, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Dünən, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Dünən, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Dünən, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Dünən, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Dünən, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Dünən, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Dünən, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Dünən, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Dünən, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Dünən, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Dünən, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Dünən, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Dünən, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Dünən, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Dünən, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Dünən, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Dünən, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Dünən, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Dünən, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Dünən, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Dünən, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Dünən, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • 12-05-2026, 23:0
    Flikin məsələsinə aydınlıq gəldi
  • 12-05-2026, 23:0
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • 12-05-2026, 22:0
    Mbappe boykota əl atıb?
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 225
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 193
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə