“Neftçi”nin mühafizə xidməti niyə azarkeşlərin qarşısını almayıb?

7.03.2024 10:30 242
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 25-ci turunda “Neftçi”nin evdə əzəli rəqibi “Qarabağ”a məğlub olmasını paytaxt təmsilçisinin azarkeşləri tərəfindən qəzəblə qarşılandı.

Hətta bəzi tərəfdarlar klub bazasına hücum etdi, məşəl atdılar. Hadisəni araşdıran hüquq-mühafizə orqanları iki azarkeşi həbs edib, ikisini cərimələyib. Amma bu hücum olayı ilə bağlı suallar çoxdu. Məsələn, hücum edənlər “Forza Neftçi”nin üzvüdü, yoxsa sıravi azarkeşdi, polisə kim şikayət edib, klubun mühafizə xidməti niyə azarkeşlərin qarşısını almayıb, cərimə məbləği nə qədərdi və s. və i.a.

“Neftçi” açıqlama yayaraq azarkeşlərdən polisə şikayət etmədiyini bildirib. Maraqlıdı ki, bəyanata rəy bildirən azarkeşlər arasında buna inanan azdı. Digər suallar isə açıq qalır. Ümid edirik ki, bunların da cavabı tapılacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul