• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” avrokuboklara çıxa bilmədi! - Mövsümün 3-cü uğursuzu isə “Frozinone” oldu

Dünya futbolu

29-05-2024, 23:0

Mayın 23-26-da keçirilən oyunlarla A seriyasının 38-ci turu da arxada qaldı.

“Football-plus.az” xəbər verir ki, amma bəribaşdan 2023/24 mövsümünə nəticəsi vacib sayılan təxirə salınan bir oyuna görə tam şəkildə yekun vurulmadığını bildirək. Sonuncu turda qeydə alınan nəticələrdən sonra İtaliyanı Çempionlar Liqasının (ÇL) növbəti mövsümündə 6 yox, 5 komandanın təmsil edəcəyi dəqiqləşdi.

Tarixində 20-ci skudettonu finişə 5 tur qalmış rəsmiləşdirən “İnter” üçün sonrakı oyunlar, belə desək, daha çox əyləncə xarakteri daşıdı. Milanlılar mövsümü Veronada başa vurdular. Simone İnzaqi eyniadlı komandaya qarşı oyunda daha çox mövsüm ərzində az oynamaq şansı olan futbolçulara üstünlük verdi. Son nəticə 2:2 hesablı heç-heçə oldu və “İnter” mövsümü 94 xalla başa vurdu. Halbuki milanlıların 100 xal səddinə çatacağı güman edilirdi.

Milan şəhərinin eyniadlı təmsilçisi də mövsümü məhsuldar “sülh”lə başa vurdu. Halbuki mövsümün ən zəif komandası olan “Salernitana” ilə ev oyununda ölkə nəhənginin asan qələbə qazanacağı gözlənilirdi. Lakin Stefano Pyoli “Milan”ı qalib kimi tərk edə bilmədi. Son dəqiqələrdə buraxılan iki qol “qırmızı-qaralar”ı 3:3 hesablı heç-heçə ilə barışmağa vadar etdi. Qeyd edək ki, artıq 36-cı turda mövsümün vitse-çempionu statusunu rəsmiləşdirən milanlılar Pyoli ilə ardıcıl ikinci mövsümü də titulsuz başa vurdular.

Sonuncu tura 3-cü yerdə başlayan “Bolonya”nın bürünc mükafatçı olmaq planı baş tutmadı. “Cenoa”ya 0:2 hesablı məğlubiyyət “göy-qırmızılar”ı 5-ci yerə saldı. Amma Tyaqo Mottanın başçılığı altında 60 ildən sonra ÇL-ə qazanılan vəsiqə bolonyalılar üçün böyük uğur uldu. Yeri gəlmişkən, artıq baş məşqçi postunu tərk edən 41 yaşlı mütəxəssisin yeni mövsümdən “Yuventus”u çalışdıracağı xəbər verilir.

Onun gələcək komandası, nəhayət, çempionatdakı 6 oyunluq heç-heçə sindromuna son qoydu. “Yuventus”u “Montsa” ilə matça da baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Paolo Montero hazırlamışdı. 2:0 hesablı qələbədə müdafiədə etibarlı oyunu və ikinci qolu vurmaqla rol oynayan Aleks Sandro ağ-qara formada sonuncu dəfə meydana çıxdı. Turin klubunda 9 mövsüm keçirən braziliyalı futbolçu 73-cü dəqiqədə meydanı tərk edərkən tribunaların alqışları altında göz yaşlarını saxlaya bilmədi. “Yuventus” 3-cü yerə yüksəlsə də, bu, hələ turinlilərin bürünc mükafatçı olacağını deməyə əsas vermir.

Ona görə ki, gözlənildiyi kimi, “Atalanta” Avropa Liqasının (AL) finalında “Bayer-04”ü darmadağın (3:0) edəndən sonra öz meydanında “Torino”ya da şans vermədi. Can Pyero Qasperininin komandası üç cavabsız qolla qalib gələrək 4-cü yerə çıxdı. Berqamolular iyunun 2-də “Fiorentina” ilə keçirəcəkləri təxirə salınan oyunda qələbə qazanmaqla mövsümü bürünc mükafatçı kimi başa vuracaqlar. Qeyd edək ki, “Atalanta” İtaliya çempionatında ən yaxşı halda elə 3-cü yeri tutub.
Berqamoluların qələbəsi “Roma”nın işinə yaramadı. Paytaxt təmsilçisi “Empoli” ilə matçın nəticəsindən asılı olmayaraq, ÇL-də oynamaq şansını itirdi. Daniele De Rosinin komandası 6-cı yeri tutmaqla AL-ə yollanacaq. Paytaxtın digər təmsilçisi “Latsio” da bu turnirə vəsiqə qazandı.

“Napoli” isə avrokubokların növbəti mövsümündə iştirak edə bilməyəcək. İtaliyanın son çempionu qitə arenasına çıxmaq imkanını mövsümün son 7 oyununda qələbə üzü görməməklə itirdi.

Son turda A seriyasının 3-cü uğursuzu da müəyyənləşdi. Evdə “Udineze”yə uduzan “Frozinone” həm də “Empoli”nin “Roma”ya qalib gəlməsi ilə B seriyasına düşdü.

38-ci tur
Verona – İnter 2:2
Noslin, 16. Suslov, 37 – Arnautoviç, 10; 45+1.
İnter: Audero (Di Cennaro, 68), Dimarko (Byukenen, 56), Açerbi, Bissek, Auqusto, Dyumfris (Kuadrado, 56), Barella (Asllani, 68), Frattezi, Çalhanoğlu, Arnautoviç (Sançes, 56), Türam.
Milan – Salernitana 3:3
Leao, 22. Jiru, 27. Kalabriya, 77 – Simi, 64; 89. Sambiya, 87.
Milan: Mirante (Nava, 88), Ernandes, Tomori (Kyaer, 88), Qabbya (Kaldara, 58), Kalabriya, Florentsi, Reynders, Bennaser, Leao (Adli, 59), Pulişiç, Jiru (Yoviç, 85).
Cenoa – Bolonya 2:0
Malinovski, 13. Vitinya, 59.
Bolonya: Ravalya (Banyolini, 86), Likoyannis, Lukumi, Beukema, De Silvestri (Koratsa, 86), Moro, Salemakers (Karlsson, 70), Fabbian (Urbanski, 61), Əl-Azzuzi, Orsolini (Odqor, 62), Kastro.
Yuventus – Montsa 2:0
Kyeza, 26. Aleks Sandro, 28.
Yuventus: Perin (Pinsolyo, 46), Danilo, Ruqani, Aleks Sandro (Calu, 73), Aylinq, Alkaras, Facoli (Nikolussi Kavilya, 79), Vea, Yıldız (Miretti, 88), Kyeza, Milik (Vlahoviç, 73).
Atalanta – Torino 3:0
Skamakka, 26. Lukman, 43. Paşaliç, 70-p.
Atalanta: Karnesekki (Rossi, 86), Skalvini, Cimşiti (Rucceri, 62), Toloy, Zappakosta, Koopmeyners, Paşaliç, Holm (Hin, 62), Lukman, De Ketelare (Mirançuk, 73), Skamakka (Ture, 74).
Empoli – Roma 2:1
Kançelyeri, 13. Nyanq, 90+3 – Auar, 45+1.
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Çelik, Bove, Auar (Lorentso Pelleqrini, 70), Kristante, Zalevski (Əl-Şaaravi, 80), Dibala (Koşta, 89), Abraham (Azmun, 70).
Latsio – Sassuolo 1:1
Zakkanyi, 60 – Viti, 66.Latsio: Provedel, Xila, Romanyoli, Hüsay, Luka Pelleqrini (Latsari, 71), Rovella (Genduzi, 53), Vesino (Felipe Anderson, 53), Maruşiç, Zakkanyi (Pedro, 90), Kamada, Kastelyanos (İmmobile, 72).
Napoli – Leççe 0:0
Napoli: Meret, Olivera, Juan Jezus, Estiqor, Di Lorentso (Matsokki, 85), Zambo Angissa, Lobotka, Kayuste (Osimhen, 65), Kvaratsxeliya, Politano (Raspadori, 46), Simeone (Nqonq, 46).
Kalyari – Fiorentina 2:3
Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur, 90+13-p. (16412)
Frozinone – Udineze 0:1
Devis, 76. (16010)

1. İnter 38 29 7 2 89-22 94
2. Milan 38 22 9 7 76-49 75
3. Yuventus 38 19 14 5 54-31 71
4. Atalanta 37 21 6 10 70-39 69
5. Bolonya 38 18 14 6 54-32 68
6. Roma 38 18 9 11 65-46 63
7. Latsio 38 18 7 13 49-39 61
8. Fiorentina 37 16 9 12 58-44 57
9. Torino 38 13 14 11 36-36 53
10. Napoli 38 13 14 11 55-48 53
11. Cenoa 38 12 13 13 45-45 49
12. Montsa 38 11 12 15 39-51 45
13. Verona 38 9 11 18 38-51 38
14. Leççe 38 8 14 16 32-54 38
15. Udineze 38 6 19 13 37-53 37
16. Kalyari 38 8 12 18 42-68 36
17. Empoli 38 9 9 20 29-54 36
18. Frozinone 38 8 11 19 44-69 35
19. Sassuolo 38 7 9 22 43-75 30
20. Salernitana 38 2 11 25 32-81 17
Bombardirlər: Lautaro Martines (İnter) - 24, Vlahoviç (Yuventus) - 16, Osimhen (Napoli), Jiru (Milan) - 15, Qudmundsson (Cenoa) - 14.

B SERİYASI
A seriyasına vəsiqə uğrunda pley-off, yarımfinal: Palermo – Venetsiya 0:1, 1:2, Katanzaro – Kremoneze 2:2, 1:4.
Final oyunları mayın 30-u və iyunun 2-də keçiriləcək.

Turun rəqəmi
10 – kim deyərdi ki, “Napoli” mövsümü “avrokubok zonası”ndan kənarda başa vuracaq?! Nə qədər qəribə görünsə də, ötən mövsümün çempionu bu il A seriyasında 10-cu yeri tutdu! Neapollular eyni xala malik olduqları “Torino”dan şəxsi oyunların nəticəsinə əsasən geri qaldılar. Xatırladaq ki, ilk dövrədə Turində keçirilən oyun ev sahiblərinin 3:0 hesablı qələbəsi, Neapoldakı matç isə 1:1 hesabı ilə başa çatmışdı.

Turun ulduzu
Matteo Kançelyeri (Empoli) – italyan futbolçu “Roma” ilə oyunda nəticəyə çox təsir edən oyun sərgilədi. Kançelyeri komandası üçün vacib olan qələbənin təmin edilməsində bir qol və məhsuldar ötürmə ilə böyük rol oynadı. Maraqlıdı ki, 22 yaşlı hücumçu “Empoli”da keçirdiyi ilk mövsümdə ən yaxşı oyununu məhz böyük əhəmiyyətə malik olan son matçda sərgilədi.

Turun sitatı
Aleks Sandro, “Yuventus”un müdafiəçisi:

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2022, 19:0

Mövsümün sonunu gözləməyi lazım bilir

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 416
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 259
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 250
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 233
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 174
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə