• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heç-heçə üçün oynayan uduzmağa məhkumdu! - Futbolun yazılmayan qanunu Bojoviçin başında çatladı

Ölkə futbolu / Reportaj

29-05-2024, 15:0

Matçın önəmi kiçikdən böyüyə hər kəsə bəlli idi. Avrokuboklar uğrunda mübarizənin daha bir qalibinə "Neftçi Arena"da aydınlıq gələcəkdi.

Əlbəttə, matçın "doğma divarlar" arasında keçirilməsi "Neftçi"yə sərf edirdi. Komandalar arasında 1 xal fərqi var idi, “ağ-qaralar” “bayquşlar”dan öndəydi.

Artıq 3-cü dəqiqədə qonaqlar hesabı açmağa yaxın oldu. Tellur Sekidikanın ötürməsini "çərçivə"dən keçirə bilmədi. Az sonra Ayaz uzaq məsafədən qeyri-dəqiq zərbə ilə yadda qaldı. "Bayquşlar"ın növbəti fürsətini dəyərləndirə bilməyən yenə Tellur oldu. Təcrübəli yarımmüdafiəçi Sekidikanın ötürməsindən sonra topa toxunsa da, istəyinə çatmadı. Çünki Brkiç yerinə idi. Açıq-aşkar heç-heçə üçün oynayan "ağ-qaralar" ilk təhlükəli vəziyyəti 18-ci dəqiqədə yaratdı. Lakin bu dəfə də Ozobiç Lebonun ötürməsindən faydalana bilmədi - top qapının üstündən keçdi. Ümumiyyətlə, hər iki komanda hesabı erkən açmağa tələsirdi. 43-cü dəqiqədə "bayquşlar"ın növbəti cəhdi uğursuz alındı. Brkiçin Sekidikanın zərbəsini dəf etməsi 1-ci hissənin sonuncu təhlükəli epizodu oldu.

2-ci yarı daha gərgin mübarizə vəd edirdi ki, belə də oldu. Namik 48-ci dəqiqədə Brkiçə çətin anlar yaşatdı. "Neftçi"nin qorxu yaşadığı başqa epizodun səbəbkarı isə Koffi oldu. Fransalı Sekidikayla mübarizədə səhvə yol verdiyindən "bayquşlar" hesabı aça bilərdi. Lakin Cessenin qeyri-dəqiq zərbəsi qonaqları üzdü. Bir qədər sonra Caber uzaq məsafədən bəxtini sınasa da, Yusif qola imkan vermədi. Ardından hücum xəttində fəallaşan Masazır təmsilçisi Parrisin üzündən sevinə bilmədi. Yamaykalı yarımmüdafiəçi ilk fürsətdə qapını nişan ala bilmədisə, ikincidə Brkiç özünü yaxşı tərəfdən göstərdi. Namikin 83-cü dəqiqədəki zərbəsini də xorvatiyalı qolkiper dəf etdi. Heç-heçənin sərfəli olmadığını dərk edən "bayquşlar" hücumları sıraladı. Nəhayət, 87-ci dəqiqədə meydan sahiblərini şoka salan qol vuruldu. Çakla daha əlverişli mövqedə olan Namikin fərqlənməsinə şərait yaratdı. Ardından tərəflər arasında anlaşmazlıq yarandı. Daha dəqiq desək, rəqib futbolçuların söz atışması şiddətləndi. Nəticədə Əliyar Ağayev çıxış yolunu qırmızı vərəqələri sıralamaqda tapdı. İş o yerə çatdı ki, növbəti dəqiqələrdə "Neftçi" 10, "Sabah" 9 futbolçuyla mübarizəyə davam etdi. Matçın final fiti Eminin topun qapının üzərindən keçən zərbəsindən sonra çalındı. Beləliklə, "Neftçi" mövsümü 5-ci pillədə bitirdi və 2017/18 mövsümündən bəri ilk dəfə avrokuboklardan kənarda qaldı. "Sabah" isə ardıcıl 2-ci dəfə bu hüququ qazandı.

Gözdən qaçmadı
* "Forza Neftçi", "Neftçi Baku", "Soldati di Sabah" və "Fratelli del Sabah" fanklunları komandalarını sona qədər dəstəklədi. "Ağ-qaralar"ın məğlubiyyəti rəsmiləşdikdən sonra "Neftçi" azarkeşləri “istefa” şüarları səsləndirdi. "Sabah" qələbəni azarkeşləriylə birgə qeyd etdi.
* Bojoviç hakimləri təhqir etdiyinə görə 90+2-ci dəqiqədə qırmızı vərəqə aldı. “Neftçi”nin ertəsi monteneqrolu mütəxəssislə yolları ayırdığını nəzərə alsaq, bu, onun ölkəmizdəki son cəzası idi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-05-2024, 21:0

“Neftçi” yenidən 2-ci pilləyə yüksəldi - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 17:0

“Neftçi” son dəqiqə qolu ilə üzüldü - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 19:0

“Sabah” iki qolla bir pillə irəlilədi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

“Turan Tovuz” da razı qaldı, “Neftçi” də - REPORTAJ

Ölkə futbolu / Premyer-liqa

11-05-2024, 18:0

“Neftçi” darmadağınla “avrokubok zonası”na qayıtdı - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 21:0

“Sumqayıt” yenə qələbəyə həsrət qaldı - REPOTAJ

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə