• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” tarixinin ən yaxşı nəticəsini təkrarladı - REPORTAJ

Ölkə futbolu / Reportaj

29-05-2024, 15:0

Avrokuboklara vəsiqə şansını kubokun ümidinə saxlamaq istəməyən “Zirə” ilə qarşısına ilk “altılığ”a düşmək hədəfi qoyulmuş “Səbail” 3 xal üçün vuruşacaqdı.

Doğrusu, hədəfləri nəzərə aldıqda qəsəbə təmsilisinin daha iddialı çıxış edəcəyi gözlənilirdi. Çünki “dənizçilər” qalib gələcəyi təqdirdə belə “altılığ”a düşmək şansları “Turan Tovuz”dan asılı idi. 5-ci dəqiqədə artıq ilk aqressivlik özünü büruzə verdi. “Dənizçilər”in kapitanı Adilin ötürmə zamanı yol verdiyi kobud səhvdən sonra əks-hücuma keçən Utziqin qarşısını Mehremiç qaydanı pozmaqla aldı. Davamında isə cərimə zərbəsini yerinə yetiən Qismət azca hədəfdən aralı düşdü. Cəmi 3 dəqiqə sonra meydan sahibləri ən real qol vəziyyətini yaratdı. Baxımlı kombinasiyanın ardından cərimə meydançasına daxil olan Sadıqovun yetirmələri hesabı açmağa çox yaxın oldu. Belə ki, Utziqin ötürməsindən sonra rəqib oyunçularının diqqətindən yayınan Salifunun zərbəsi Yusifə toxunaraq qapı tirinə tuş gəldi. İkinci cəhddə isə qayıdan topu Utziq başla “çərçivə”yə göndərmək istədi, lakin Səlahət gözəl seyvlə bunun qarşısını almağı bacardı. İlk 10 dəqiqə gərgin mübarizə şəraitində keçsə də, hissənin sonrakı dəqiqələrində yaddaqalan hadisə baş vermədi. İkinci yarıda qapıya ilk zərbə qonaqlardan gəldi. Alluş səliqəli şəkildə Qismətdən sıyrılmağı bacarsa da, “çərçivə”yə vuruşu qokiper üçün heç bir təhlükə yaratmadı. 53-cü dəqiqədə Ramalinqomun iti bucaq altından zərbəsini Fuad kritik müdaxilə ilə qapıdan uzaqlaşdırdı. Buna baxmayaraq, hücumun davamında Quetanın qapı önünə hava ötürməsini premyer-liqanın məhsuldar oyunçularından olan Aleksandr başla qapıya yönəltdi. Fəqət bu zərbə də Tyaqo üçün heç bir problem yaratmadı. Diniyevin yetirmələrinin təzyiqini dəf edən qəsəbə təmsilçisi 57-ci dəqiqədə hesabı açdı. Utziqin sol cinahdan cərimə meydançasına göndərdiyi ötürməni Qismət qola çevirdi – 1:0. Hesabda geri düşən “dənizçilər” var qüvvəsiylə bərabərlik qolunu vurmaq üçün irəli atıldı. Bu üzdən də müdafiədə boşluqlar yarandı, meydan sahibləri də bundan istifadə edərək əks-hücumlara çıxırdı. Belə vəziyyətlərin biri də 67-ci dəqiqəə təsadüf etdi. Rəhim meydanın özlərinə aid hissəsində götürdüyü topu komanda yoldaşı Rüstəmə ötürdü. Gənc futbolçu topu ram etsə də, zərbəsi birbaşa qapıçıya tuş gəldi. 70-ci dəqiqədən etibarən azlıqda qalmağına baxmayaraq, qonaqlar böyük qüvvə ilə irəli atılmışdı. 85-ci dəqiqədə Adilin başla zərbəsi təhlükəli alındı. Amma qolkiper sayıqlığı əldən vermədi.

Beləliklə, son dəqiqələrə qədər mübarizə aparan və ən azı bərabərlik qolu üçün irəli atılan “Səbail” ardıcıl 5-ci məğlubiyyətlə ilk “altılıq” hədəfindən kənarda qaldı. “Zirə” isə həm tarixinin ən yaxşı nəticəsini (“qartallar” 2015/16 mövsümündə də 2-ci olmuşdu) təkrarladı, həm də Avropa Liqasına vəsiqə qazandı.

Gözdən qaçmadı
* Oyunun həm 1-ci, həm də 2-ci hissəsi gec başladı.
* “Dənizçilər” tribunada yox idi.
* 7-ci dəqiqədə Adil topu uzaqlaşdırmaq istəyərkən zərbəsi media sektoruna tuş gəldi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-04-2024, 20:0

Utziq sabiq komandasına göz verdi, işıq vermədi - REPORTAJ

Premyer-liqa

17-04-2024, 19:0

“Qəbələ” üçün işıq ucu görünmür - REPORTAJ

Premyer-liqa

21-05-2024, 20:0

“Zirə” “Kəpəz” səddini də uğurla aşdı - REPORTAJ

Ölkə kuboku / Reportaj

5-04-2024, 12:0

Abu Akal intriqanı Qəbələyə saxladı - REPORTAJ

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

“Zirə” bir addım önə çıxdı, ancaq intriqa qorundu - REPORTAJ

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:16
    Yenə Unay Emeri?.. - YENİLƏNİR
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 206
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə