• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” 24-cü çempionluğu rekordlarla qazandı - ŞƏRH

Dünya futbolu

28-05-2024, 22:0

Türkiyədə avqustun 11-də start götürən və 9 ay davam edən çempionat ötən həftəsonu başa çatdı.

“Football-plus.az” xəbər verir ki, sonuncu – 38-ci tur cümə günü start götürdü. Antalya derbisində qalib müəyyənləşmədi. Formal xarakter daşıyan daha 2 oyun şənbəyə təsadüf etdi. Elitadan düşməsi hələ ötən tur rəsmiləşən “Fatih Karagümrük” “Samsunspor”u yenərək mövsümü qələbə ilə tamamladı. “Sivasspor” da “Kayserispor”u evə əliboş yola salaraq fanatlarını sevindirdi.

Turun əsas oyunları bazar günü keçirildi. Əsas diqqət Konyaya yönəlmişdi. Ötən tur “Fənərbaxça” ilə ev derbisində şok məğlubiyyət yaşayan və çempionluğu bir həftəliyə təxirə salmalı olan “Qalatasaray”a 24-cü çempionluğu rəsmiləşdirmək üçün 1 xal kifayət edirdi. Amma “Konyaspor”un da elitada qalmağı rəsmiləşdirmək üçün 1 xala ehtiyacı var idi. “Fənərbaxça”nın sonuncu pillədəki “İstanbulspor”u asanlıqla məğlub edəcəyinə heç kim şübhə etmirdi. Elə belə də oldu. İsmayıl Kartalın komandası aşkar autsayderə 6 cavabsız qolla qalib gəldi. Konyada isə “sarı-qırmızılar” ilk dəqiqələrdən üstünlüyü ələ aldı. Komandanı həm stadiondan, həm də ekran başından dəstəkləyən milyonlarla fanatın intizarı çox çəkmədi. 29-cu dəqiqədə Könün sol cinahdan asması zamanı İkardinin topa başla azacıq toxunması kifayət etdi. Top uzaq küncə yönəldi. İkinci hissədə yağışın artması ilə İstanbul nəhəngi də tempi artırdı. Okan Burukun komandası işi şansa buraxmayaraq rəqibini “kötəkləməyə” başladı. Əvvəlcə Barış Alpərin ötürməsindən sonra İkardi qeyri-adi şəkildə dabanla fərqlənərək mövsümün ən gözəl qollarından birini vurdu. Argentinalı forvard sanki Cekoya qol vurmaq dərsi keçdi. Çünki bir neçə həftə öncə “Fənər” məhz Konyada qızıla bərabər xallar itirərkən (0:0) Ceko çox gözəl fürsətləri boşa vermişdi. İkardinin ikinci qolundan sonra psixoloji cəhətdən tam çökən və “ağ bayraq qaldıran” “Konyaspor” çox keçmədən daha bir dəfə mərkəzə dəvət olundu. Bu dəfə Berkan Kutlu fərqləndi. Bununla da faktiki çempionluğun taleyi həll olundu və “Fənərbaxça” fanatlarının bütün ümidləri bitdi. Konya təmsilçisinin gücü yalnız təsəlli qolunu vurmağa çatdı. Prip oyunda yekun nəticəni müəyyənləşdirdi. Oyundan öncə turnir cədvəlində elə vəziyyət yaranmışdı ki, 50-dən çox mümkün ssenarinin yalnız ikisində “Konyaspor” elitanı tərk edəcəkdi. Maraqlıdı ki, 87-ci dəqiqəyə qədər bu iki ssenaridən biri reallaşırdı. Çünki paralel oyunda “Hatayspor” “Çaykur Rizəspor”u, “Anklaragücü” isə “Trabzonspor”u məğlub edirdi. Amma məhz 87-ci dəqiqədən etibarən konyalı fanatların üzü gülməyə başladı. Onların üzünü güldürən öz sevimli komandaları yox, “Trabzonspor” oldu. Abdulla Avcının kollektivi motivasiyasız olmasına baxmayaraq, son anlarda “Ankaragücü”yə şok yaşatdı. Trabzon təmsilçisi 87-ci dəqiqəyə qədər 1:2 geridə olduğu qarşılaşmadan 4:2-lik mükəmməl qələbə ilə ayrıldı. Bu da o deməkdi ki, Əmrə Belözoğlu paytaxt təmsilçisini elitada saxlaya bilməyərək böyük fiasko yaşadı. Gənc mütəxəssisin matçın sonlarına yaxın göz yaşlarını saxlaya bilməməsi diqqəti çəkdi. Elitanı tərk edən digər komanda isə evdə “Qaziantep”ə uduzan “Pendikspor” oldu. Digər oyunlara gəlincə, “Adana Dəmirspor”un ardıcıl 2-ci ev matçında 6 top buraxması diqqəti çəkdi. Amma bu dəfə Şahruddin heyətdə deyildi. “Beşiktaş” isə özü üçün ciddi əhəmiyyət daşımayan oyunda “Kasımpaşa”ya uduzaraq mövsümü 6-cı pillədə tamamladı. Amma “Qartal” ölkə kubokunu qazandığı üçün, təbii ki, gələn mövsüm avrokuboklarda oynayacaq.

Beləliklə, “Qalatasaray” rekordlarla zəngin mövsümü çempionluqla taclandırdı. İstanbul nəhəngi turnirin tarixində 100 xal həddini keçən və mövsümü 33 qələbə ilə tamamlayan ilk komanda oldu. Xal göstəricisində əvvəlki rekord 93-ə (“Fənərbaxça” 1988/89), qələbə göstəricisində isə 29-a (“Beşiktaş” 1959/60, 1962/63 və “Fənərbaxça” 1988/89) bərabər idi. Bundan başqa, superliqa tarixində 18-ci dəfə “Qalatasaray”ın futbolçusu, yəni İkardi qol kralı oldu. “Fənərbaxça” dan indiyə qədər 16 bombardir çıxıb. “Qalatasaray” həm də bu mövsüm keçirdiyi 38 matçın hamısında topa sahibolmada rəqiblərindən üstün olaraq inanılmaz performans sərgilədi. Muslera 7-ci dəfə Türkiyə çempionu olmaqla qapıçılar arasında Şenol Günəşə (6) məxsus rekordu yenilədisə, Mertens 16 məhsuldar ötürmə ilə “Qalatasaray” tarixində bir mövsümdə superliqada ən çox assist edən futbolçu oldu. Bu uğurun baş memarı Okan Burukun da saysız-hesabsız rekordları var. Buruk futbolçu (7) və məşqçi (3) kimi 10-ci çempionluğunu qazandı və bu göstəricidə Türkiyə futbolunda rəqibsizdi! Buna qədər “Qalatasaray” tarixində həm oyunçu, həm də baş məşqçi kimi ardıcıl 2 il çempionluq sevinci yaşayan isim olmamışdı. Buruk həm də superliqa tarixində bir klubun başında ən yüksək (82) qələbə faizi və hər oyuna orta hesabla ən çox (2,6) xal qazanan məşqçi statusundadı! “Fənərbaxça”nın durumuna isə yalnız heyifsilənmək olar. Çünki 99 xal əvvəlki 65 mövsümün hər birində çempionluq üçün kifayət edərdi! Amma əvəzində komandanın çempionluq həsrəti 10 ilə çatdı.
Sonda qeyd edək ki, gələn mövsüm avrokuboklarda “Qalatasaray” mübarizəyə ÇL-in təsnifatının pley-offundan, “Fənərbaxça” ÇL-in 2-ci təsnifat mərhələsindən, “Beşiktaş” AL-in təsnifatının pley-offundan, “Trabzonspor” AL-in 2-ci təsnifat mərhələsindən və “İstanbul BŞ” KL-in 2-ci təsnifat mərhələsindən başayacaq.

38-ci tur
Konyaspor – Qalatasaray 1:3
Prip, 78 – İkardi, 29; 51. Berkan Kutlu, 53.
Qalatasaray: Muslera, Kaan Ayhan (Orye, 73), Əbdülkərim Bardakcı, Sançes, Kön, Torreyra (Oliveyra, 88), Berkan Kutlu, 74), Barış Alpər Yılmaz (Zaha, 80), Mertens (Tete, 74), Kərəm Aktürkoğlu, İkardi.

Fənərbaxça – İstanbulspor 6:0
Ceko, 8-p. Şimanski, 15. Tadiç, 35. Osayi-Samuel, 66. Sərdar Dursun, 76. Kinq, 78.
Fənərbaxça: Livakoviç (Furkan Akyüz, 89), Osayi-Samuel (Mərt Müldür, 73), Bekao (Bonuççi, 64), Çağlar Söyüncü (Yusuf Akçiçək, 89), Fərdi Kadıoğlu, Şimanski, Fred, Kinq, Tadiç, Sərdar Dursun, Ceko (Zayts, 46).

Kasımpaşa – Beşiktaş 2:1
Da Kosta, 4. Yasin Özcan, 61 – Semih Kılıçsoy, 87.
Beşiktaş: Ərsin Destanoğlu, Onur Bulut, Talha Sanuç (Əmrəcan Uzunhan, 68), Zaynutdinov (Nəcip Uysal, 46), Masuaku (Əmrəcan Terzi, 46), Fəxri Ay (Gezzal, 79), Efe Tıknaz, Oksleyd-Çemberleyn, Mustafa Həkimoğlu, Semih Kılıçsoy, Cenk Tosun.

Trabzonspor – Ankaragücü 4:2
Visça, 63. Enis Destan, 87; 90; 90+7-p. – Xatziovannis, 25. Sou, 78.
Trabzonspor: Taha Tepe, Menye, Baniya, Benkoviç, Ərən Elmalı (Arif Boşluk, 83), Umut Günəş, Berat Özdəmir (Visça, 61), Pepe, Bardi (Kərəm Şən, 19), Trezeqe (Funtas, 83), Enis Destan.

Adana Dəmirspor – İstanbul BŞ 2:6
Tayfun Aydoğan, 37-p. Mendosa, 88 – Pyontek, 5; 13; 68-p. Berkay Özcan, 40. Devidson, 44.
Adana Dəmirspor: Yılmaz Aktaş, İsmayıl Çokçalış, Qravilyon, Dorukhan Toköz (İzzət Çelik, 70), Abdulsamet Burak, Atal (Məhəmmədi, 46), Maestro (Burhan Ərsoy, 89), Mişu, Mendosa, Ozan Dəmirbağ (Aymbetov, 46), Tayfun Aydoğan (Samet Duyur, 89).

Hatayspor – Çaykur Rizəspor 2:0
Dele-Başiru, 4. Strannberq, 57.

Sivasspor – Kayserispor 2:1
Koyta, 9. Çaktaş, 53 – Attamah, 24.

Alanyaspor – Antalyaspor 1:1
Hvan Vi Ço, 3 – Buksa, 80.

Fatih Karagümrük – Samsunspor 3:1
Markao, 42. Mendes, 50. Güvən Yalçın, 90+2 – Sonər Aydoğdu, 57.

Pendikspor – Qaziantep 0:1
Ogün Özçiçək, 33.

Yekun cədvəl
1. Qalatasaray 38 33 3 2 92-26 102
2. Fənərbaxça 38 31 6 1 99-31 99
3. Trabzonspor 38 21 4 13 69-50 67
4. İstanbul BŞ 38 18 7 13 57-43 61
5. Kasımpaşa 38 16 8 14 62-65 56
6. Beşiktaş 38 16 8 14 52-47 56
7. Sivasspor 38 14 12 12 47-54 54
8. Alanyaspor 38 12 16 10 53-50 52
9. Çaykur Rizəspor 38 14 8 16 48-58 50
10. Antalyaspor 38 12 13 13 44-49 49
11. Qaziantep 38 12 8 18 50-57 44
12. Adana Dəmirspor 38 10 14 14 54-61 44
13. Samsunspor 38 11 10 17 42-52 43
14. Kayserispor (-3) 38 11 12 15 44-57 42
15. Hatayspor 38 9 14 15 45-52 41
16. Konyaspor 38 9 14 15 40-53 41
17. Ankaragücü 38 8 16 14 46-52 40
18. Fatih Karagümrük 38 10 10 18 49-52 40
19. Pendikspor 38 9 10 19 42-73 37
20. İstanbulspor (-3) 38 4 7 27 27-80 16
Bombardirlər: İkardi (Qalatasaray) – 25, Ceko (Fənərbaxça) – 21, Manay (Sivasspor) – 18, Tiam (Kayserispor/Pendikspor), Pyontek (İstanbul BŞ) – 17.

Turun rəqəmi
24 – “Qalatasaray” növbəti dəfə Türkiyənin ən güclüsü olduğunu sübut edərək ardıcıl 2-ci, son 13 mövsümdə 7-ci, tarixinin isə 24-cü çempionluğunu qazandı. Bununla həm “Qalatasaray”, həm də Türkiyə futbolu tarixində ilk yaşandı. “Fənərbaxça”nın hələ də 19 çempionluqda qaldığını nəzərə alsaq, “Cim-Bom” tarixində ilk dəfə ən yaxın rəqibindən 5 çempionluq uzaqlaşdı!

Turun ulduzu
Enis Destan (Trabzonspor) – Türkiyə çempionatında ilk mövsümünü keçirən Enis son turda mükəmməl performans ortaya qoydu. 21 yaşlı forvard 9 dəqiqə ərzində 3 qol vuraraq peşəkar karyerasında ilk dəfə het-trik etdi! Enis bu mövsüm 38 rəsmi oyunda hesabına 12 qol yazdı.

Turun sitatı
Mauro İkardi, “Qalatasaray”ın forvardı:

“Daha bir çempionluq qazandıq. Mövsümboyu çəkdiyimiz zəhmətin bəhrəsini gördük. Fərdi planda ideal mövsüm keçirmədim. Ən yaxşı durumumda olsaydım, daha çox qol vurardım. Mənə milyonlarla avro təklif edildi. Buranı pul yox, çempionluq üçün seçdim. Maraqlıdı, görəsən, Kadıköydə indi nəyi qeyd edirlər? Biz çempionluğu qeyd etməyə hazırlaşırıq. Gələn mövsüm də burda olacam və 5-ci ulduzu qazanacağıq. “Fənərbaxça”lılar hər fürsətdəcə bizimlə bağlı bəzi sözlər söylədilər. Amma biz sözümüzü meydanda dedik. “Qalatasaray” Türkiyənin ən böyük klubudu. Məni tənqid edən bəzi pis insanlar var idi. İndi onların qarşısında həm çempion, həm də bombardir kimi dayanmışam!”


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Çox sevincliyik. Oyundan öncə qəliz vəziyyət yaranmışdı. “Konyaspor”un elitada qalmaq üçün xala ehtiyacı var idi. Amma gözəl oyunla tam layiqli qələbə qazandıq. Həmişəki kimi may bizim oldu. Artıq camiəmiz 25-ci çempionluğa hazırlaşsın. Bu işi fanatlarımızla birlikdə bacardıq. Mövsümboyu bizi əla dəstəklədilər. Sona qədər bizə güvəndilər. Ona görə də bu sevinci yaşamağa layiqdilər. Ötən mövsümlə müqayisədə budəfəki çempionluğumuz daha çətin alındı. Bu mövsüm 56 rəsmi oyun keçirdik. Çempionlar Liqasında oynamaq həmişə komandadan əlavə güc alır. Orda hər kəslə başabaş mübarizə apardıq. Çempionatda isə hamıdan üstün olduq. Bir neçə rekordu yeniləyərək 24-cü çempionluğumuzu qazandıq. Bu gün çox dəyərli qələbə qazandıq. “Konyaspor bacardığı qədər müqavimət göstərməyə çalışdı. İndi isə çempionluğu qeyd etmək zamanıdı. Yeni müqavilə? Mən “Qalatasaray”ın bir parçasıyam. “Qalatasaray” da mənim bir parçamdı. Başqa yerdə çalışmaq barədə düşünmürəm. Daha bir çempionluğun arzusundayam. Rəhbərlik yeni müqavilə təklif edəndə həmişə mövsümün bitməsini gözləməyi təklif edirdim. “Qalatasaray”ı çalışdırmağım oğlumun da xoşuna gəlir. İnşallah, hər birimiz üçün faydalı olan yeni müqaviləyə imza atacağıq”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:
“Məncə, çox danışmağa ehtiyac yoxdu. Mövsümün əvvəlindən bəri hər birimiz çempionluğa çox inanmışdıq. Buna layiq idik. Nələrə qarşı mübarizə apardığımızı bilirik. Çempionluğun əlimizdən necə qaçdığını bütün Türkiyə bilir. 99 xal və 99 qol ilə çempion ola bilmədik. Buna baxmayaraq, fanatların könlündə taxt qurduq. Hər dəfə olduğu kimi, bu gün də matçdan sonra bizə təşəkkür etdilər. Biz də onlara təşəkkür edirik. Sona qədər bizə inanan və arxamızda duran hər kəsə minnətdarıq. Əlimizdən gələni etdik. Amma bəzi şeylər bizim əlimizdə deyildi. Meydandan kənar olan şeylərə müdaxilə edə bilmirik. Meydanda mübarizə apararaq, tam layiqli şəkildə çempion olmaq istədik. Amma gördük ki, yalnız meydanda mübarizə aparmaqla layiqli çempion olmaq mümkün deyil! Fanatlar da, futbol ictimaiyyəti də bu komandanın necə mübarizə apardığını bilir. Könüllərin çempionu kimi mövsümü başa vurduq. Unudulmaz mövsüm keçirdik. Unudulmayacaq xallar qazandıq, qollar vurduq. Bu camiə bütün bunları heç vaxt unutmayacaq”.


Əmrə Belözoğlu, “Ankaragücü”nün baş məşqçisi:
“Anakaragücü” camiəsinə bu hissləri yaşatdığım üçün özümü heç vaxt bağışlamayacam. Həyatımın sonuna qədər bu yükü üzərimdə daşıyacam. Bütün məsuliyyət mənim üzərimdədi. Bu camiə daha yaxşı şeylərə layiqdi. Həyatımın bəlkə də ən acı təcrübəsini yaşadım. Bu acı duyğuları indiyə qədər heç vaxt yaşamamışdım. Sözlə ifadə edilməyəcək dərəcədə üzgünəm. Hər kəs haqqını halal etsin. Mən də haqqımı halal edirəm. Hələlik deyəcəklərim bu qədərdi. İstefa ilə bağlı rəhbərliklə görüşməmişəm. İstefa versəm, zatən bundan ən birinci siz mətbuat nümayəndələri xəbər tutacaqsız. Ayrılacağamsa da, bu, hər iki tərəfə yaraşan şəkildə baş verməlidi. Bura çox böyük hədəflərlə gəlmişdim. Hər kəsdən bir daha üzr istəyirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

26-05-2024, 22:0

“Qalatasaray”ın və çempionluğun taleyi Konyada həll olunacaq

Dünya futbolu

25-05-2023, 14:0

Çempionluq mübarizəsiylə bağlı üç ehtimal var...

Dünya futbolu

2-06-2023, 17:0

Yerli məşqçilərin hegemonluğu davam edir - TURUN ŞƏRHİ

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:16
    Yenə Unay Emeri?.. - YENİLƏNİR
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 206
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə