• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın və çempionluğun taleyi Konyada həll olunacaq

Dünya futbolu

26-05-2024, 22:0

Türkiyə çempionatında bizi mövsümboyu böyük həyəcan içində saxlayan çempionluq mübarizəsi, nəhayət, başa çatmaq üzrədi.

“Football-plus.az” xəbər verir ki, əslində bütün suallara hələ ötən həftəsonu aydınlıq gələ bilərdi. Amma “Fənərbaxça” “Qalatasaray”a çempionluğu öz meydanında, üstəlik əzəli rəqiblə oyunda rəsmiləşdirməyə imkan vermədi. Bu dəfə bütün diqqətlər Konyaya yönələcək. Çünki son tura lider kimi daxil olan “Cim-Bom” səfərdə “Konyaspor”la qarşılaşacaq.

1 xal hər iki tərəfi qane edəcək
Öncə son turdan əvvəl turnir cədvəlində yaranmış vəziyyəti xatırladaq. “Qalatasaray”ın 99, “Fənərbaxça”nın 96 xalı var. Halbuki bu mövsümə qədər rekord 93 xal idi! Yəni hər iki nəhəng artıq xal rekordunu yeniləyib. Amma rekordu yeniləyən klublardan biri çempion ola bilməyəcək. “Sarı-qırmızılar”a çempionluq üçün 1 xal kifayət edəcək. Düzdü, futbolda çox möcüzələr olur. Amma “Fənərbaxça”nın son turda xal itirməsi mümkün görünmür. Çünki İsmayıl Kartalın komandası soncun pillədə qərarlaşan və elitadan düşməsi çoxdan rəmiləşən “İstanbulspor”u qəbul edəcək. Ona görə də Türkiyə futbol ictimaiyyətinin diqqəti yalnız Konyaya yönələcək.
“Qalatasaray”ın işini qəlizləşdirə biləcək əsas məqam odu ki, “Konyaspor” hələ də elitada qalmağı təmin etməyib. Bu mövsüm superliqanı tərk edəcək 4 klubdan yalnız ikisi bəllidi. Bunlar az öncə qeyd etdiyimiz “İstanbulspor” və “Fatih Karagümrük”dü. Digər iki yerə 5 namizəd var. Söhbət “Pendikspor”, “Hatayspor”, “Ankaragücü”, “Konyaspor” və “Qaziantep”dən gedir. “Konyaspor” “Qalatasaray”dan 1 xal alacağı təqdirdə digər oyunların nəticəsindən asılı olmayaraq elitada yerini qoruyacaq. Amma “ağ-yaşıllar” uduzacaqları təqdirdə vəziyyət qəlizləşəcək. Belə olan halda paralel keçəcək oyunlarda “Hatayspor” və “Ankaragücü”nün qələbə qazanması “Konyaspor”u avtomatik 1-ci liqaya göndərəcək! Əslində Konyada bərabərlik qeydə alınacağı təqdirdə nə şiş yanacaq, nə də kabab. Çünki 1 xal həm “Qalatasaray”ın, həm də “Konyaspor”un “yarasına məlhəm olacaq”. Bu təqdirdə belə desək, yanan “Fənərbaxça” olacaq. Çünki “Fənər”in çempion ola bilməsi üçün “Qalatasaray” mütləq uduzmalıdı. Bu məqamda “Konyaspor”un idman direktoru Yunus Dərəbağı dinləyək: “Elitada qalmağı ötən tur Kayseridə rəsmiləşdirə bilərdik. Əlimizdən gələni etsək də, qələbə qazana bilmədik. Amma iş hələ bitməyib. Turnir cədvəlində durumu bizdən də qəliz olan klublar var. “Qalatasaray”la oyunda qanımızın son damlasına qədər mübarizə aparacağıq”.

“Qalatasaray” son üç ildə Konyada uduzub!
Konyadakı matç ərəfəsində bir statistik məqam diqqəti çəkir. Öncə vurğulayaq ki, “Konyaspor” aprelin sonlarında məşqçi dəyişikliyinə getdi. Fahruddin Öməroviçi baş məşqçi kimi heç bir təcrübəsi olmayan Əli Çamdalı əvəzlədi. Bu məşqçinin debüt oyununda komanda evdə “Fənərbaxça”dan xal aldı (0:0), eləcə də “Samsunspor” (3:0) və “Kayserispor”la (2:2) oyunlardan 4 xal götürdü. Yəni Çamdalının təyinatından bəri “Konyaspor” uduzmayıb. Ən diqqətçəkən fakt isə odu ki, “Qalatasaray” son üç mövsümün hər birində Konyadan məğlubiyyətlə qayıdıb! İstanbul nəhəngi bu şəhərdə son qələbəsini 2020-ci il yanvarın 6-da qazanıb (3:0). “Konyaspor” güclü rəqibini 2020/21-də 4:3, 2021/22-də 2:0 və ötən mövsüm 2:1 hesabı ilə məğlub edərək ardıcıl 3 il evə əliboş yola salıb. İndi təsəvvür edin ki, belə bir çətin və uğursuz səfərdə “Qalatasaray” çempion olmaq üçün mütləq uduzmamalıdı. Bu oyunların özünə aid də maraqlı detallar var. Məsələn, ötən mövsüm “Qalatasaray” 14 oyunluq qələbə seriyası yaxalamış və Türkiyə çempionatı tarixinin yeni rekordunu müəyyənləşdirmişdi. Amma komandanın bu seriyası məhz Konyada başa çatmışdı. “Konyaspor”un evdəki bu 3 oyunluq qələbə seriyasının birincisi 2021-ci il yanvarın 5-də qeydə alınmışdı. “Aslan” həmin vaxt konyalıların 3 qoluna cavab versə də, 92-ci dəqiqədəki qola cavab verə bilməmişdi. Özü də o vaxt “Konyaspor”u, bilirsizmi, kim çalışdırırdı? “Fənər”in indiki baş məşqçisi İsmayıl Kartal! Üstəlik o matçı Arda Kardeşler idarə etmişdi. Həmin Arda Kardeşlerin idarəçiliyi altında “Qalatasaray” ötən həftə evdə “Fənərbaxça”ya uduzdu. Türkiyə mətbuatının yazdığına inansaq, “Konyaspor” rəhbərliyi futbolçulara çox ciddi bir pul mükafatı vəd edib. Amma bu mükafat qələbə yox, elitada qalmaq üçün vəd olunub!

Okan Buruk heyətə əl gəzdirəcək
Derbidə “soyuq duş yaşayan” “Qalatasaray”, təbii ki, qarşıdakı oyuna çox ciddi hazırlaşır. Həftəboyu rəhbərlik tez-tez baş məşqçi Okan Burukla, o da öz növbəsində futbolçularla toplantılar keçirdi. Srağagün rəhbərlik futbolçuların üzərindəki psxiloji gərginliyi azaltmaq üçün bazada onları və ailələrini bir yerə topladı. Subay futbolçular bu tədbirə sevgililəri, ailəlilər isə həyat yoldaşları və uşaqları ilə gəldilər. Rəngli görüntülərə səhnə olan tədbirdə başqan Dursun Özbək ilə başqan vəkili Ərdən Timur da iştirak etdi. Okan Buruk isə demək olar, bütün həftəni bazada keçirdi. “Konyaspor”un zəif və güclü cəhətlərini nöqtə-vergülünə qədər incələyən 50 yaşlı mütəxəssisin heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir. “Fənərbaxça” ilə oyunda ümidləri doğrultmayan futbolçular bu dəfə ehtiyata qalacaq. Bunların başında Derrik Kön gəlir. Qışda “Hannover-96”dan transfer edilən almaniyalı sol müdafiəçi ilk oyunlarda yaxşı təsir bağışlasa da, sonradan geriləməyə başladı. Derbidə də ona verilən son şansdan istifadə edə bilmədi. Ona görə də Konyada müdafiənin solunda artıq Barış Alpər Yılmaz qərarlaşacaq. Burukun əsas cokeri sayılan Barış bu mövsüm zatən dəfələrlə müdafiənin cinahlarında oynayıb və bu mövqe onun üçün yad deyil. Barışın öz həqiqi mövqeyində, yəni sol vinger mövqeyində isə son həftələrdə gününü ehtiyat oyunçular skamyasında keçirən Kərəm Aktürkoğlu qərarlaşacaq. Bundan başqa, start “11-liy”ində Devinson Sançesi Əbdülkərim Bardakcı, Kərəm Dəmirbayı Berkan Kutlu əvəzləyəcək. Hakim Ziyeş “Fənər”lə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşdü. O, komanda ilə birlikdə Konyaya yollansa da, meydana çıxa bilmıyəcək. Ona görə də sağ vinger mövqeyində çoxdan gözdən düşən Zaha (və ya Tete) qərarlaşacaq. Hər halda, bu, Türkiyə mətbuatının versiyasıdı.

“İnancım qorxumdan böyükdü”
“Qalatasaray”ın bu dəfə final xarakteri daşıyan qarşılaşmadan hansı nəticə ilə ayrılacağı böyük maraqla gözlənilir. Çünki komanda bu mövsüm hər nə qədər bir sıra rekordları alt-üst etsə də, həlledici oyunları heç də yaxşı keçirmir. Hətta “sarı-qırmızılar”da bu mövsüm “final sindromu” yaşanır. İlk belə uğursuzluq Çempionlar Liqasının son turunda “Kopenhagen”lə səfər oyununda qeydə alındı. Okan Burukun kollektivi qrup mərhələsinin gedişində pis təsir bağışlamasa da, pley-offdan kənar qaldı. Çünki həlledici məqamda Danimarkanın paytaxtında qalib gələ bilmədi. İkinci final oyunu Praqaya təsadüf etdi. Komanda Avropa Liqasının pley-offunda “Sparta”nı evdəki ilk oyunda 3:2 hesabı ilə yendi. Yəni cavab matçında “Qalatasaray”a bərabərlik də sərf edirdi. Amma “sarı-qırmızılar” 1:4 hesabıyla uduzaraq böyük fiasko yaşadılar. 3-cü final xarakterli oyun ötən həftə “Fənərbaxça”ya qarşı ev derbisi oldu. Həmin matçın nəticəsi də hər kəsə bəllidi. İstanbul nəhəngi bu mövsüm həlledici qarşılaşmalardan yalnız “Fənərbaxça”ya qarşı superkubok oyununda sevinə bilib. Amma həmin oyunda qələbə “Fənər”in meydana U-19 komandası ilə çıxması və İkardinin 1-ci dəqiqədəki qolundan sonra meydanı tərk etməsi ilə əldə olundu. Bu dəfə elə bir finaldı ki, artıq “Qalatasaray”ın səhvə yol vermək, yəni uduzmaq haqqı yoxdu!

Təbii ki, Konyadakı oyuna maraq hədsiz böyükdü. Biletlər hələ cümə axşamından tükənib. 42 minlik stadionda artıqlamasıyla anşlaq olacaq. “Qalatasaray”lılar üçün tribunada cəmi 2 min yer ayrılacaq. Amma şayiələrə inansaq, Konyaya bundan qat-qat çox “Cim-Bom” fanatı yollanıb. Bazar günü üçün Konyadakı otellərdə çoxdan otaqlar rezervasiya olunub. Oyun günü içəri daxil ola bilməyən “Qalatasaray”lılar stadionun ətrafında toplaşaraq çempionluğu qeyd edəcəklər... Onu da xatırladaq ki, bu gün həm də “Qalatasaray”da prezident seçkisi keçiriləcək. Yəni bu həftəsonu camiə üçün çox mühüm olaylar yaşanacaq. “Konyaspor” rəhbərliyi isə bu oyun üçün satışa xüsusi köynəklər buraxıb. Fanatlar üzərində “inancım qorxumdan daha böyükdü” yazılmış həmin köynəkləri geyərək oyuna gələcəklər. Eləcə də futbolçular isinmə hərəkətlərinə məhz bu köynəklərlə çıxacaqlar.

Sonda bir qədər hakim haqda da danışaq. Mövsümün ən vacib oyunlarından birini Tuqay Kaan Numanoğlu idarə edəcək. 1986-cı ildə Ankarada doğulan Numanoğlu 2019/20-dən etibarən superliqa oyunlarına təyinat alır. O, bu mövsüm elitada 19 oyunda fit sahibi olub. Maraqlıdı ki, “Konyaspor” bu mövsüm bu hakimin idarə etdiyi hər iki görüşdə (evdə “Sivasspor”a 0:1, səfərdə “Beşiktaş”a 0:2) uduzubsa, “Qalatasaray” hər iki oyunda (evdə “Fatih Karagümrükə 1:0, səfərdə “Samsunspor”a 2:0) qalib gəlib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2024, 18:0

“Qalatasaray” derbidə üç zəfəri birdən qeyd etmək istəyir

Dünya futbolu

13-05-2023, 10:0

Tarix “Qalatasaray” çempion olacaq” deyir

Dünya futbolu

7-03-2024, 15:0

“Qalatasaray”ın çempionluq şansı 100 faizdi!

Dünya futbolu

19-05-2024, 14:0

Tarixi derbidə kim sevinəcək?

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə