• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa Liqasının finalının qəhrəmanı haqda nə bilirik?

Dünya futbolu / Manşet

28-05-2024, 12:0

Çərşənbə günü Avropa Liqasının finalını televiziya vasitəsi ilə izləyən azərbaycanlı azarkeşlərin fikirləri, heç şübhəsiz, təzadlı idi.

“Kaş “Bayer-04”ün əvəzinə meydanda “Qarabağ” olaydı” düşünənlər də var idi, “Atalanta”nın Azərbaycan çempionunu mübarizədən kənarlaşdıran almanları cəzalandırmasını arzulayanlar da. Hər halda, İtaliya kuboku bu mövsümün ən yaxşı komandasını darmadığın etdi, ona heç bir şans vermədi. “Bayer-04”ün məğlubedilməzliyi haqda nağıl başa çatdı – Xabi Alonsonun komandası son 52 oyunda ilk dəfə uduzdu. Klubun tarixindəki 2-ci avrokuboku qazanmaq ümidi də puç oldu, trebl arzuları da.

Dublindəki duelin əsas qəhrəmanı üç qol vuran nigeriyalı Ademola Lukmandı. Bu, onun karyerasına tarixi oyun kimi düşdü: berqamoluların hücumçusu son 49 ildə turnirin tarixindəki ilk het-trikin müəllifi olmaqla yanaşı, avrokubokların finalında üç qol vuran ilk afrikalıdı. 26 yaşlı futbolçu qələbədən sonra belə dedi: “Həyatımdakı ən yaxşı gecələrdən biri idi. Komandam möhtəşəm çıxış etdi. Biz bunu bacardıq! Bayram etmək lazımdı, bu gecə tarixə düşdük”.
Lukman yeniyetmə yaşlarında planetin əsas istedadlarından biri sayılırdı, ancaq heç cür özünü göstərmək alınmırdı. İcarələrdə dolaşandan və Britaniya mediasının təzyiq dalğasından qurtulandan sonra, nəhayət, potensialını aça bildi. Can Pyero Qasperininin rəhbərliyi altında keçirdiyi son iki mövsümü karyerasının ən parlaq dönəmi saymaq olar.

Əfsanəvi ukraynalı müdafiəçinin yetirməsi
Lukman İngiltərədə doğulub və böyüyüb. “Vaterloo” akademiyasında futbolla məşğul olmağa başlayıb, ardından “Çarlton”a keçib və məhz orda peşəkar səviyyədə debüt edib.

Lukman London klubunda Kiyev “Dinamo”sunun və SSRİ yığmasının əfsanəvi müdafiəçisi Sergey Baltaçanın rəhbərliyi altında məşq edib. Baltaça “Çarlton”da Ezri Konsa v Co Qomes kimi futbolçuları da yetişdirib. Lukman klubun ən baha yetirməsi idi – “Eddiks” 2017-ci ildə ona görə “Everton”dan 12 milyon avro qopardı. Forvard elə həmin il İngiltərə yığmasının heyətində U-20-lər arasında dünya çempionluğunu qazandı.

Milli komanda ilə uğurlara baxmayaraq, Lukman bir neçə ildən sonra idman vətəndaşlığını dəyişdi, Nigeriyanı seçdi. 2023-cü ildə isə Afrika Millətlər Kubokunun vitse-çempionu oldu, turnirdə məhsuldar hərəkətlərin sayına görə yığmanın əsas ulduzu Viktor Osimheni arxada qoydu.

“Panenka” az qala karyerasını korlayacaqdı...

Ancaq Ademola uzun müddət klub səviyyəsində özünü göstərə bilmədi. İngiltərədə onu daim xatırladan bir məqam var – “Vest Hem” ilə oyunun 98-ci dəqiqəsəində faciəvi şəkildə yerinə yetirdiyi penalti. Belə görünürdü ki, uğursuz yerinə yetirilən “Panenka” üslubunda zərbə onun uğurlu karyerasının üzərindən xətt çəkəcək. Ertəsi gün Britaniyanın idman mediası onu amansızcasına tənqid etdi. Lukman sonradan belə dedi:

“Zərbədən sonra əlimin-qolumun necə sustaldığını hətta izah da edə bilmirəm. Mən yalnız həmin səhvin günahını yumağa çalışa bilərəm”.

Daim icarəyə verilmək də işlərin qaydasında getməməsinin əlaməti idi. Hətta Leyptsiqə köç də işə yaramadı. Lukman 25 yaşında tam gözdən-könüldən uzaq düşdü, Britaniyanın ortabablarının tipik vingerinə çevrildi. Sabitlik sarıdan da ciddi əziyyət çəkirdi. Axı o, müxtəlif klubları dəyişdi, fərqli məşqçilərin rəhbərliyi altında çalışdı. Taktiki sabitsizlik tərəqqini əyləcləyirdi. Qasperininin 2022-ci ildəki dəvətindən sonra hər şey dəyişdi.

İtaliyaya keçid – karyerada dönüş nöqtəsi

Berqamoda nigeriyalıya inandılar, icarə variantını arxa plana atıb, satın aldılar. Ademolanın artıq daim gələcəyi haqda düşünməsinə ehtiyac yox idi. Necə deyərlər, meydana çıx və özünü sübut et! Müasir futbolun ən acımasız məşqçilərindən birinə sübut et!
66 yaşlı italiyalı mütəxəssisini etimadını qazanmaq üçün Lukman öz rejimini tam yenidən qurmalı oldu. Sərt pəhriz, məşqlərdən sonra uzunmüddətli bərpa, minimum 8 saat yuxu – başqa yolla Qasperininin yükləmələrinin altından çıxmaq mümkün deyildi.
Lukman Berqamoda zamanla hücumun aparıcı oyunçusu oldu və artıq mövsüm ərzindəki məhsuldarlığa görə iki dəfə ikirəqəmli həddi keçib. İndi onun hesabında 43 oyuna 15 qol və 8 məhsuldar ötürmə var.

Avropa Liqasında zəfər hələ ki forvardın karyerasındakı əsas uğurdu. Şübhə yoxdu ki, o, Qasperininin rəhbərliyi altında tərəqqini davam etdirəcək. “Atalanta”nın baş məşqçisi “Bayer-04” üzərindəki qələbədən sonra belə dedi:
“Lester”də işləyən, onun dəvət olunmasının mümkünlüyünü deyən məşqçimiz var idi. İngiltərədə o qədər də məhsuldar deyildi. Mən Lukmandan hücumda daha aparıcı rolda yararlanmağa başladım. Bu gecə futbol tarixinə düşəcək uğura nail oldu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2024, 16:0

Lukman son 49 ildə bunu bacaran ilk futbolçu oldu

Avropa Liqası

6-11-2023, 13:0

“Qarabağ”ın rəqibi tarixi rekorda imza atdı

Yazarlar / Avrokuboklar

14-03-2024, 18:0

Baş verə kaş belə bir möcüzə... - YAZI

Manşet / Avropa Liqası

23-05-2024, 00:0

"Atalanta" "Bayer-04"ün seriyasına son qoydu - YENİLƏNİB

Dünya futbolu

15-03-2024, 12:0

“Bayer-04” “Qarabağ”la oyunda rekordunu yenilədi

Avropa Liqası

4-03-2024, 15:0

"Qurban Qurbanov Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib"

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 188
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 170
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə