Bu gün avrokubokların 2023/24 mövsümündə turnirlərdən birinə yekun vurulub: İrlandiyanın Dublin şəhərində Avropa Liqasının (AL) finalı keçirilib.
"Football-plus.az" xəbər verir ki, həlledici matçda “Atalanta” və “Bayer-04” qarşılaşıb.
Avropa Liqası, final
Atalanta (İtaliya) – Bayer-04 (Almaniya) 3:0
Ademola Lukman, 12, 26, 76
Hakim və köməkçiləri: İştvan Kovaç, Vasile Marinesku, Mihay Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR hakimləri: Pol van Bekel, Rob Diperink (hər ikisi Niderland), Katalin Popa (Rumıniya).
Cəzalı: yoxdu.
Avrokuboklardakı oyunlarının balansı: +2=0-0, 4-2
22 may. Dublin (İrlandiya), “Dublin Arena” stadionu.
Bəri başdan bu komandaların turnir Avropa Liqası adlandırılan dövrdə qalib olan ilk İtaliya və ya ikinci Almaniya (Frankfurt “Ayntraxt”ı 2021/22 mövsümündə qalib gəlib) təmsilçisi kimi tarixə düşə biləcəyini qeyd edək.
“Atalanta” qitə kuboklarında ilk dəfə finalda oynayacaq. “Bayer-04”ün avrokubok təcrübəsi isə çox böyükdü. Leverkuzen klubu AL-in sələfi sayılan UEFA Kubokunun 1987/88 mövsümünün qalibi olub. Komandaların avrokubolardakı yolu daha əvvəl yalnız bir dəfə kəsişib. Maraqlıdı ki, bu, məhz AL-də qeydə alınıb. 2021/22 mövsümünün 1/8 finalında İtaliya komandası hər iki matçda üstün olub: “Atalanta” 2022-ci il martın 10-da Berqamoda 3:2, bir həftə sonra Leverkuzendə 1:0 hesabı ilə qalib gəlib. Deməli, Almaniya klubu üçün iki məğlubiyyətin qisasını almaq axımından əla fürsət yetişib.
Əlbəttə, leverkuzenlilərin buna nail olmaq şansı heç də az deyil. Xabi Alonsonun komandası artıq tarixində ilk dəfə Almaniya çempionu olub. “Bayer-04” ölkə kubokunun da finalına çıxıb və mayın 25-də Berlində “Kayzerslautern” ilə qarşılaşacaq. Vurğulanası digər fakt isə komandanın bu mövsüm çıxış etdiyi turnirlərdə məğlub olmamasıdı. Leverkuzenlilərin seriyası artıq 51 oyuna çatıb. Onlar bu oyunları 42 qələbə və 9 heç-heçə ilə başa vurublar. Tarixinin ən unudulmaz mövsümünü keçirən “Bayer-04”ün finalın favoriti kimi dəyərləndirilməsi təbiidi. Amma “Atalanta”nı rəqibindən çox zəif komanda kimi qələmə vermək də olmaz. Berqamolular finala qədər pley-off mərhələsində artıq Portuqaliya çempionu olan “Sportinq”i ümumi hesabda 3:2, “Liverpul”u 3:1, “Marsel”i isə 4:1 üstələyiblər. Can Pyero Qasperininin komandası AL-in cari mövsümündə keçirdiyi 12 oyundan yalnız birində uduzub ki (7 qələbə, 4 heç-heçə), “Liverpul”a evdəki minimalhesablı məğlubiyyət yarımfinala vəsiqə qazanmağa mane olmayıb. “Atalanta” mayın 15-də İtaliya kubokunun finalında “Yuventus”a məğlub olduğu (0:1) üçün AL-in həlledici oyununa 116 illik tarixi ərzində 2-ci kuboku qazanmaq gözü ilə baxır.
Finala İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena” stadionu səhnə olacaq. Bu idman qurğusu İrlandiyanın futbol və reqbi yığmalarının ev oyunlarını keçirdiyi məkandı. 50 mindən artıq tamaşaçı tutumu olan arena 2010-cu ildə istifadəyə verilib. Burda AL-in ikinci finalı təşkil ediləcək. 2011-ci ildə “Dublin Arena”da baş tutan həlledici matçda Portuqaliya təmsilçiləri “Portu” və “Braqa” qarşılaşıblar. Kolumbiyalı Radamel Falkaonun vurduğu yeganə qol portululara qələbə qazandırıb.
Onu da vurğulayaq ki, reqlamentə görə, AL-dəki zəfər komandalara Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıracaqdı. Lakin hər iki finalçı artıq ölkə çempionatından bu turnirə özü üçün yol açıb. Başqa sözlə, AL-in qalibi olmaq artıq ÇL-ə yollanmaq baxımından əhəmiyyətini itirib. Deməli, “Atalanta” qitə kubokunda ilk uğurunu qazanmağa, “Bayer-04” isə mövsümü “trebl” ilə başa vurmağa çalışacaq.
Oyundan əvvəl
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi: