Bilindiyi kimi, "şirlər" Ramiz Məmmədovdan əvvəl Vüqar Əsgərlinin rəhbərliyi altında meydana çıxırdı. Lakin hazırda "Qarabağ" akademiyasında çalışan mütəxəssis 9-cu turdan - "Karvan"a məğlubiyyətdən sonra (2:4) istefa verdi.
Bəs Vüqar bəy sabiq komandasının yenidən premyer-liqaya yüksəlməsini necə qarşılayıb? "Football-plus.az" onun təəssüratını öyrəndi:
"İmkan olduqca komandanın oyunlarını izləyirdim. Belə ciddi uğuru ancaq təbrik etmək olar. Çünki "Şamaxı"nı yenidən premyer-liqada görmək çox sevindirici haldı. Onlar bu uğurla özünü nümunəvi klub kimi göstərə bildi. Bir daha təbrik edirəm".
Qeyd edək ki, "şirlər" məhz Vüqar Əsgərlinin baş məşqçi olduğu dönəmdə premyer-liqanı tərk etmişdi.
KƏNAN BAHADIR





