• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Klub təzə yarananda idarə heyətinin sədri Zülfüqar Kazımov bankdan pul götürdü” “İrəvan”ın mətbuat katibi bütün sirləri açdı

1-ci liqa / Manşet

27-05-2024, 19:0

Çərşənbə günü 1-ci liqada mövsüm başa çatdı.

“Şamaxı” çempion olmaqla elitaya yüksəldi. Halbuki mövsüm başlayanda elitaya iddialılar sırasında “İrəvan”ın da adı hallanırdı. Doğrudan da, bu komanda mövsüm boyunca gündəmdə oldu. Sadəcə, yaxşı oyununa və nəticələrinə yox, daimi söz-söhbətə görə. 27-ci turda “Karvan”ı qəbul edən “İrəvan” daha bir yeniliyə əl atdı. Baş məşqçi Nazim Süleymanov meydana buraxmağa 11 futbolçu tapa bilmədiyinə görə ehtiyat qapıçı Süleyman Süleymanovu əsas qapıçı kimi, əsas qapıçı Andrey Sinenkanı isə sahə oyunçusu kimi oynatdı. Bildiyiniz kimi, mövsüm boyunca futbolçular dəfələrlə meydana çıxmaqdan imtina etdi, klub prezidenti Zahid Niyazəliyevin mənimsəmə ilə bağlı istintaqa cəlb olunduğu, futbolçuların danışılmış oyunlarda iştirak etdiyi deyildi. “İrəvan” ətrafında yaşananları, bunların səbəbini öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Mübariz Zeynallı ilə danışdıq.

- Mübariz bəy, sonuncu turda Andrey Sinenkanın meydana sahə oyunçusu kimi buraxılmasını ictimaiyyətin necə qarşıladığını bilirsiz. Qapıçı niyə sahə oyunçusuna çevrildi?
- Həmin məqamda oyunçuların sayının azlığından irəli gəldi. Futbolda belə bir taktika var ki, oyunçu zədə alanda qapıçı da onun yerinə keçə bilər. Futbolçuların bir neçəsi birdən zədəli olduğundan belə addım atmalı olduq.

- Ehtiyat oyunçular skamyanız da daim boş olur...
- Futbolda əvvəldən dəqiq plan qurmaq olmur. Qeyri-adi hallar da baş verə bilir, bir neçə oyunçu eyni vaxtda zədələnir. Andreyi əvəz edən qapıçı da yad adam deyil, komandanın üzvüdü. Dünyanın ən nəhəng klubları da belə hallardan “sığortalana” bilməz. Biz də yeni komandayıq, cəmi bir ildi birinci liqadayıq. Klub yarandığı gündən üzləşdiyi hadisələr mətbuatda işıqlandırılıb. Başverənlərdən hər kəs məlumatlıdı. Yəqin ki, tədricən qaydasına qoyulacaq. 

- “Karvan”la qarşılaşma barədə də “danışılmış oyun” şübhəsi var. Bu barədə araşdırma gedir?

- Ümumiyyətlə, mayın son günlərində klubun fəaliyyəti ilə bağlı qərar veriləcək.
   
- "İrəvan" niyə bu vəziyyətdədi?
- Klub yarananda bir neçə sponsor söz vermişdi ki, maliyyələşdirəcək. Sonra isə geri çəkildilər. Liqada birinci yerə yüksəldik, bir neçə tur həmin yerdə olduq. Qapıçımız Andrey Sinenkanı Belarusdan Azərbaycana gətirməmiş maraqlandıq. Potensialına bələd olandan sonra transfer etdik. 3-4 matçda qapıdan bir top da buraxmadı. Nəticələrimiz də yüksək idi. Sonradan maliyyə çətinlikləri yarandı. Həmin sponsorlar da əlini çəkdi. Oyunçularla bağlanan müqavilələrdə əməkhaqqı çox idi, çünki onlara arxayın olub elə razılaşmışdıq. Onlar bizi yarıyolda qoyduğu üçün biz də pis vəziyyətdə qaldıq. PFL ayda cəmi 30 min manat ayırır. Elə hesablanmışdı ki, oyunçular aylıq 1000-1400 manat maaş alacaqdı. Transferlərinə də bəlli məbləğ verildi. Hər birinin qalmaq üçün xərcləri, mənzil problemi həll olundu ki, hamsı həmin vəsaitə aid idi. Təşkilatlar geri çəkiləndən sonra bu nöqsanlar yaranmağa başladı. Yeni yaranan klublarda belə hallar yaşana bilər.

- Bəs Qərbi Azərbaycan İcması sizə yardım göstərmir?
- Millət vəkili Əziz Ələkbərli bu yöndə kluba kömək etmək istəyir. Çalışırlar ki, klub öz nüfuzunu bərpa etsin. Hər klubda yaranan çətinlikləri aradan qaldırmaq üçün ilk növbədə maliyyə problemini həll etmək lazımdı. Zəifdisə, təbii ki, çətinliklərlə üzləşəcək. Onlar da çalışırlar ki, sponsor cəlb etsinlər. Yəqin ki, növbəti mövsüm bu məsələlər həllini tapar.   

- İcma mənəvi yardım göstərir, yoxsa maliyyə də ayırır?
- Maaliyyə yardımı göstərsəydilər, belə problemlər olardı?! Mənəvi yardım edirlər. İndiyədək heç kim büdcə dəstəyi göstərməyib. İş də orasındadı ki, göstərən yoxdu. Tək ümid dövlətdən aldığımız puladı.

 - İcmaya maliyyə ilə bağlı müraciət etmisiz?
- Yox, biz tərəfdən hansısa müraciət olmadi. Özləri də bununla bağlı nəsə deməyib. Ümid edirik ki, gələcəkdə edərlər. Nəinki onlar, heç bir təşkilat kömək etmir.

 - Son vaxtlar Nazim Süleymanovun da maaş almadığına görə komandanı oyunlara çıxarmaq istəmədiyi haqda xəbərlər yayılmışdı. Özü ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.  Narazılıq etdiyi doğrudu?
- Nazim müəllim, adətən, məşqdə olur. Tanınmış futbol adamı, SSRİ futbolunun tanınmış simalarından biridi. “İrəvan”la müqaviləsi var, gəlir, bütün məşqlərdə də iştirak edir. Maaş məsələsinə gəlincə, mən özüm də ordan maaş almıram.

- Nə vaxtdan? 

- Maliyyə probleminə görə maaş almıram. Klub fəaliyyətə başlayandan indiyə qədər mətbuat xidmətinin rəhbəri kimi buna görə pul almamışam. Çünki klubun ödəniş etməyə pulu yoxdu.    

- Bəs siz bununla bağlı harasa müraciət etməsiz?
- Peşəkar Futbol Liqasına müraciət etdim. Bir ay da deyil, gör neçə müddətdi… Səhərdən axşama kimi komandanın yanında olmuşam, oyunlar vaxtı rayonlara getmişəm. Yəni belə vəziyyətdə olan tək mən deyiləm, bir neçə nəfər də var. Mayın sonu, iyunun əvvəlində mətbuat konfransı keçirib, buna da aydınlıq gətirəcəm  Əlbəttə, hara qədər pulsuz işləmək olar? Axır biz də haqqımızı tələb etməliyik. 
   
- Maliyyə böhranının günahkarı kim oldu?

- Hər şeyə klub rəhbərliyinin səhlənkarlığı səbəb oldu. Zahid Niyazəliyev səhv etdi, müxtəlif vədlərlə gələn şirkətlərə inandı. Söz verdilər, o da razılaşdı. Həmin inanmağın qurbanına çevrildi. Oyunçularla danışılmışdı ki, bu qədər əməkhaqqı alacaqlar. Amma sözünü tuta bilmədi. Belə hallara görə futbolçularla imzalanan müqavilənin şərtləri də pozuldu. Yanvarın sonundan çaxnaşma başladı. Oyunçular pulunu tələb etdi. Bunlar hamısı klubun daxilində başverənlərdi. Bundan sonra, göründüyü kimi, partlayış oldu. Nəticədə klubun adı çıxdı, Zahid Niyazəliyev öz nüfuzuna xələl gətirdi. Hər şey də komandanı uçuruma apardı. Halbuki belə olmaya biilərdi. Əvvəlcədən ölçülüb-biçilməliydi ki, oyunçulara pulu hardan ödəyəcək. Kənar vədlərə inanıb belə iş gördü. Maaşlarını yazdırtdı, ödədi. Amma cəmi bir ay çəkdi. Bilindiyi kimi, nə qədər adam müqaviləni pozdu, komandadan getdi, yəni dözə bilmədi. Aleksandr Jifkov kimi tanınmış qapıçı düşərgədən ayrıldı. Çünki ona söz verilən məbləği verə bilmədilər. Hələ bir dəfə getmişdi, qayıdib gəldi, sonradan birdəfəlik ayrıldı. Bütün qayğıların, problemlərimizin arxasında maliyyə durur. Əminliklə deyə bilərəm ki, səbəb budu.

- Bu müflisləşmə nə vaxtdan başladı?
- Klub təzə yarananda idarə heyətinin sədri Zülfüqar Kazımov bankdan pul götürdü. Birinci ayın maaşlarını öz cibindən verdi. Düşündü ki, klub guya dirçələcək, sponsorlar yardım edəcək, ondan sonra... Söhbət 5-10 manatdan yox, ciddi məbləğdən gedir. Komandanın bir səfər matçına gedib-gəlməsi 3-4 minə başa gəlir. 20-25 nəfərin nəqliyyat xərci, yeməyi, qalmağı bu qədər, bəlkə də daha çox edər.

- “İrəvan”ın danışılmış oyunlara görə 1-ci liqadan uzaqlaşdırılması gündəmdədi.
- Hələ ki bununla bağlı rəsmi qərar yoxdu. Klubun dağılması barədə indidən nəsə demək olmaz. İyunun əvvəlində o fikirlərə nöqtə qoyulacaq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

23-05-2024, 15:0

“İrəvan” məşqçisi ilə yollarını ayırdı? – Eksklüziv

1-ci liqa / Manşet

15-04-2024, 21:0

“İrəvan”ın prezidentinin saxlanılması təsdiqləndi

1-ci liqa / Manşet

14-02-2024, 01:0

Alı Alıyev “İrəvan”la bağlı bəd xəbəri təsdiqlədi - "fırıldaqçı bir adamdı"

1-ci liqa / Manşet

16-07-2023, 21:0

"İrəvan" bu jurnalistləri məhkəməyə verə bilər - AÇIQLAMA

1-ci liqa / Manşet

21-10-2023, 11:0

“İrəvan” rəhbərliyinin 5 gün vaxtı var

1-ci liqa / Manşet

13-01-2024, 21:0

"Tezliklə bu haqda danışacam" - Nazim Süleymanov "İrəvan"dan ayrılmaq istəyir

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə