Fond və WTA idmançıların bütün mərhələlərdə inkişafına yönəlmiş təşəbbüslər üzərində çalışacaq. Hələ müqavilə imzalanmamış məlum olub ki, 2024-cü ildən etibarən qarşıdakı üç il ərzində WTA illik yekun turniri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. “WTA Ventures”in baş direktoru Marina Storti belə deyib:
“PIF-i qlobal tərəfdaşımız kimi salamlamaq imkanına görə çox şadıq. İstedadlı oyunçularımızın mövsüm ərzində inkişaf yolunu bölüşmək imkanını səbirsizliklə gözləyirik. Ona görə ki, bu idman növünün inkişafını davam etdiririk. Gənclərin daha böyük qismini bu idman növü ilə məşğul olmağa ruhlandırmağa və azarkeşləri cəlb etməyə çalışırıq”.
Xatırladaq ki, bu ilin fevralında Peşəkar Tennisçilər Assosiasiyası (ATP) ilə də analoji tərəfdaşlıq müqaviləsi imzalanıb.




